Sizin reklam burada 728×90
Son dəqiqə

Barselonada azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı başlayıb

22.11.2026 12:30 31 1 dəq oxunur
Barselonada azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı başlayıb
İspaniyada azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı Barselonada yerləşən Abat Oliba CEU Universitetində rəsmi olaraq fəaliyyətə başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Açılış mərasimində universitetin rektoru, Azərbaycanın İspaniyadakı səfiri, AIDA-nın direktoru və digər nüfuzlu şəxslər çıxış ediblər. Tədbir çərçivəsində Anlaşma Memorandumu da imzalanıb", - paylaşımda deyilir.

Qeyd olunub ki, bu təşəbbüs Azərbaycan-İspaniya akademik əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafı haqqında biliklərin təşviqi, eləcə də akademik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm mərhələdir.
Barselonada azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı başlayıb
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az