• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Sevda Abuzərli: “Bu səfər mənim üçün həm elmi, həm də peşəkar baxımdan olduqca faydalı təcrübə oldu”

Təhsil

23-06-2026, 19:25

Filologiya fakültəsi nəzdində Avropa dilləri kafedrasının baş müəllimi Sevda Abuzərli ilə müsahibəni təqdim edirik:

- Bu yaxınlarda “Orhun Akademik Mübadilə Proqramı” çərçivəsində Akademik Y.E. Böketov adına Karaqanda Milli Tədqiqat Universitetinə ezamiyət sizə hansı elmi və akademik təcrübələri qazandırdı?

Bəli, mən 11-23 may tarixlərində “Orhun Akademik Mübadilə Proqramı” çərçivəsində Akademik Y.E. Böketov adına Karaqanda Milli Tədqiqat Universitetinə elmi ezamiyyətdə olmuşdum.

Bu səfər mənim üçün həm elmi, həm də peşəkar baxımdan olduqca faydalı təcrübə oldu. Ezamiyyət müddətində Xarici Dillər Fakültəsinin dekanı, professor Alfiya Kitibayeva, dekan müavini, baş müəllim Dariqa Toluspayeva və Xarici Dillər kafedrasının müdiri, fəlsəfə doktoru Dinara Joldanova ilə görüş zamanı universitetlərimiz arasında həyata keçirilən akademik mübadilə proqramının əhəmiyyəti, təhsil və elm sahəsində əməkdaşlığın inkişaf perspektivləri, gələcəkdə birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi apardıq.

- Akademik Y.E. Böketov adına Karaqanda Milli Tədqiqat Universitetində keçdiyiniz seminarların əsas mövzuları nələr idi?

Həmkarım Leyla Seyidova ilə birlikdə 3-cü kurs tələbələri üçün ingilis dilində “Azərbaycan tarixi” mövzusunda seminar keçirdik. Seminarda Azərbaycan tarixi, milli mətbəxi, tarixi abidələri və zəngin mədəni irsi haqqında ətraflı məlumat verdik. Qədim dövrdən müasir dövrə qədər Azərbaycan xalqının mədəni, siyasi və sosial inkişaf mərhələləri tələbələrə təqdim olundu. Mən milli geyimdə “Tərəkəmə” rəgsini təqdim etdim, tələbələrdən ikisinə “Naz eləmə” rəqsini öyrətdim və onlar bu rəqsi ifa etdilər. Yallı rəqsinin mahiyyəti haqqında məlumat verdikdən sonra Leyla xanımın istəyi ilə “Naxçıvan yallısı”sının sədaları altında əl-ələ tutub rəqs etdik.

Növbəti həftə isə mən tələbələrə ümummilli lider Heydər Əliyevin Türk dünyası ölkələri arasında dostluq, əməkdaşlıq və mədəni əlaqələrin inkişafına verdiyi töhfələrdən bəhs edən “National Leader Heydar Aliyev and the Turkic World” mövusunda seminar təqdim etdim. Seminarda xüsusilə 1992-ci il 28 may tarixində istifadəyə verilən “Ümid körpüsü”nün tarixi əhəmiyyətindən, Araz çayı üzərində inşa olunan bu körpünün Azərbaycan-Türkiyə qardaşlığının rəmzinə çevrildiyindən, çətin siyasi və iqtisadi şəraitdə açılan körpünün Naxçıvanın blokadadan çıxmasında mühüm rol oynadığı diqqətə çatdırıldı.

Seminarda həmçinin Heydər Əliyevin Türk dünyasının ortaq mədəni irsinin qurunması və göstərdiyi diqqətdən danışıldı. Onun 1995-ci ildə qırğız xalqının məşhur qəhrəmanlıq abidəsi “Manas” dastanının 1000 illik yubileyində, görkəmli qazax şairi və qazax yazılı ədəbiyyatının banilərindən biri Abay Kunanbayevin 150 illik yubiley tədbirlərində iştirakı Türk dünyasının ortaq tarix və mənəvi dəyərlərinə verilən yüksək dəyərin göstəricisi kimi dəyərləndirildi.

- Bu beynəlxalq akademik mübadilə proqramı sizin və əməkdaşı olduğunuz Azərbaycan Dillər Universitetinin gələcək elmi fəaliyyətinə necə təsir göstərəcək?

Universitetlərimiz arasında inkişaf etməkdə olan peşəkar əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminəm. Göründüyü kimi, ADU-nun rektoru, akademik Kamal Abdulla, həm də Karaqanda Milli Tədqiqat Universitetinin rektoru professor Nurlan Dulatbekov arasında mövcud olan qarşılıqlı etimad və əməkdaşlıq ruhu gələcək layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. İnanıram ki, bu əlaqələr gələcəkdə birgə elmi-tədqiqat layihələrinin, akademik mübadilə proqramlarının, beynəlxalq konfransların və ortaq nəşrlərin sayının artmasına şərait yaradacaq. Onu da qeyd edim ki, səfərdən qayıtdıqdan sonra akademik Kamal Abdulla bizi qəbul etdi və biz professor Nurlan Dulatbekov tərəfindən göndərilən xatirə hədiyyəsini ona təqdim etdik. Həmin hədiyyə ilə universitetimizin muzeyində tanış ola bilərsiz.

- Seminarlar zamanı tələbələrlə və tədqiqatçılarla hansı mövzular ətrafında fikir mübadiləsi apardınız?

“Azərbaycan-Kazaxstan əbəbi əlaqələri” mövzusu hər kəsdə maraq doğurdu. Mözunu hərtərəfli təqdim etmək məqsədilə folklordan, yəni Aldar Kosa, Molla Nəsrəddin lətifələrinin oxşar xüsisiyyətləri, Türk dünyasının ortaq mənəvi irsi olan “Kitabi-Dədə Qorqud” dastanı, eləcə də orta əsrlərdən müasir dövrə qədər Azərbaycan və qazax ədəbiyyatı arasında mövcud əlaqələr barədə fikir mübadiləsi apardıq. Xüsusilə qazax ədəbiyyatının görkəmli nümayəndələri Abay Kunanbayev və Oljas Süleymanovun Azərbaycan dilinə tərcümə olunmuş əsərləri iştirakçıların diqqətini cəlb etdi.

Müzakirələr zamanı akademik Kamal Abdullanın “Gizli Dədə Qorqud” əsərindən bir hissənin məzmununu ingilis dilinə tərcümə edib onların diqqətinə çatdırdım. Kafir qızına geri dönəcəyi haqqında söz verib onun köməkliyi ilə əsrlikdən qaçan Beyrək öz elinə, sevgilisinə qovuşsa da qısa ömr yaşayır. Kamal müəllim bu məqamda dastanın sirli simvollarının, kodlarının gizləndiyi dərin qatlara enərək kafir qızı da olsa məsum qadını aldatmağın, söz verib geri dönməməyin acı nəticələr doğurduğunu göstərir. Bu bizim fikir mübadiləmizin ən həssas anlarından idi.

Seminarlar zamanı tələbələrlə aparılan fikir mübadiləsi yalnız elmi mövzularla məhdudlaşmadı, həm də ədəbi və mədəni mübadilə xarakteri daşıdı. Müzakirələr çərçivəsində tələbələrdən biri qazax dilində Abay Kunanbayevin “Qış” şeirini səsləndirdi, mən isə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğunun “Azərbaycan” şeirinin bir neçə bəndini əzbər söylədim. Bu parallel təqdimat Türk dünyası xalqları arasında leksik və semantic yaxınlığın canlı şəkildə hiss olunmasına imkan yaratdı və seminarın ən yaddaqalan anlarından birinə çevrildi.

- Qazaxıstandakı akademik mühitlə Azərbaycan universitetləri arasında hansı oxşar və fərqli cəhətləri müşahidə etdiniz?

Ezamiyyət müddətində universitetin tədris prosesi, elmi-tədqiqat fəaliyyəti və beynəlxalq əlaqələri ilə yaxından tanış olmaq imkanı əldə etdim. Ümumilikdə, Azərbaycan və Qazaxıstan universitetləri arasında bir sıra oxşar cəhətlər müşahidə olunur. Hər iki ölkədə ali təhsil müəssisələri beynəlxalqlaşma prosesinə xüsusi önəm verir, tədrisin keyfiyyətinin artırılması, tələbə mərkəzli yanaşmanın gücləndirilməsi və elmi tədqiqatların genişləndirilməsi əsas prioritetlər sırasındadır.

- Seminarlar çərçivəsində təqdim etdiyiniz mövzular iştirakçılar tərəfindən necə qarşılandı?

Ürəklə deyə bilərəm ki, təqdim etdiyim mövzular həm müəllimlərin, həm də tələbələrin xoşuna gəldi, İştirakçılar Azərbaycan haqqında daha geniş məlumat əldə etdilər, əyani şəkildə milli rəqslərimizlə tanış oldular. Milli ornamentli kiçik xalçaların, süvenirlərin, Azərbaycan çayının hədiyyə edilməsi hər kəsdə xoş təəssürat oyatdı. Mən 2025-ci ilin dekabr ayında tamaşaçı kimi iştirak etdiyim qazax musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Amre Kaşaubayevin həyat və yaradıcılığından bəhs edən “Amre” tamaşasından parçalar təqdim etdim. Seminarlar silsiləsi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin həyat və mübarizəsindən bəhs edən “Uzaq sahillərdə” filminin nümayişi ilə yekunlaşdı.

- Gənc tədqiqatçılar və tələbələr üçün belə beynəlxalq proqramların əhəmiyyətini necə dəyərləndirirsiniz?

Əlbəttə, “Orhun Akademik Mübadilə Proqramı” Türk dünyası gəncləri arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edəcək. Qeyd edim ki, ADU-nun beynəlxalq akademik mühitdə daha yaxından tanıdılması məqsədilə “A closer look at ADU” mövzusunda da təqdim etdiyim seminarda Azərbaycanda xarici dillərin tədrisinin tarixi inkişaf mərhələləri, ADU-nun yaranma tarixi və bu günədək keçdiyi inkişaf yolu, universitetə müxtəlif dövrlərdə rəhbərlik etmiş rektorların elm və təhsil sahələrində həyata keçirdikləri fəaliyyətlər, ADU-da fəaliyyət göstərən mərkəzlər haqqında geniş məlumat vedim. Ən əsası isə, akademik Kamal Abdullanın təşəbbüsü ilə 8 ölkənin nüfuzlu universitetlərində açılan Azərbaycan dili mərkəzləri haqqında təqdimatım müəllimlər tərəfindən maraqla qarşılandı. Bu fakt Azərbaycan dilinin və mədəniyyətinin beynəlxalq səviyyədə təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

- ADU ilə əməkdaşlıq üçün xarici universitetlərin perspektivlərini necə qiymətləndirirsiniz?

ADU-nun xarici universitetlərlə əməkdaşlıq əlaqələri həmişə möhkəm və dinamik inkişaf istiqamətində olub. Bu gün, əlaqələrimizin möhkəmlənməsində akademik Kamal Abdullanın həm yazıçı, həm alim kimi beynəlxalq elmi mühitdə qazandığı nüfuz xüsusi rol oynayır. Eyni zamanda, Kamal müəllimin şəxsi dostluq əlaqələrinin də əlaqələrin inkişafına təsiri böyükdür. Məsələn, elə bu ilin mart ayında Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş tədbirdə Beynəlxalq Qazax Dili Akademiyasının sədri, Kamal müəllimin dostu, professor Erden Kajıbekin ADU-da qonaq qismində iştirakını deyə bilərik.

- Proqram müddətində əldə etdiyiniz əlaqələrin gələcək əməkdaşlıqlara çevriləcəyini düşünürsünüzmü?

Hesab edirəm ki, bu proqram çərçivəsində qurulan əlaqələr artıq real əməkdaşlıq mərhələsinə keçib. Möhtərəm rektorumuzla görüşdə mən ezam olunduğum Karaqanda Milli Tədqiqat Universitetinin müəllimlərinin ADU ilə elmi əməkdaşlığı genişləndirilməsində maraqlı olduqları barədə məlumat verdim. Kamal müəllim bu istiqamətdə təşəbbüslərin daha da sistemli şəkildə davam etdirilməsi üçün həm universitetimizin Elm şöbəsinə, həm kafedra iclaslarında müəllim heyətinə müvafiq məlumatların çatdırılmasını və əlaqələrin qurulmasında aktiv iştirak etməyimizi tövsiyə etdi və məsləhətlər verdi. Artıq bu əməkdaşlığın praktiki nəticələri də görünməkdədir. Avropa dilləri kafedrasının müəllimləri ezam olunduğum Karaqanda Milli Tədqiqat Universitetinin Xarici dillər fakültəsinin elmi jurnalının növbəti sayında çap olunacaq məqalələr üzərində işləyirlər. Qazaxstanlı müəllimlər də ADU-da keçiriləcək beynəlxalq konfranslarda iştirak və onların məqalələrinin ADU-nun “Elmi xəbərlər” jurnalında çap olunması məsələsi də müzakirə olunmuşdur.

Bir sıra tədbirlərdə iştirak imkanı əldə etdim. Universitet rəhbərliyi və əməkdaşları ilə birgə Fransanın Kazaxstandakı fövqəladə və səlahiyyətli səfirinin də qatıldığı “Fransız dili kabineti”nin açılış mərasimində, Xarici dillər kafedrasının iclasında iştirak etdim, hərbi kafedranın işi ilə tanış oldum.

Ümumilikdə, “Orhun Akademik Mübadilə Proqramı” çərçivəsində qazandığım təcrübənin və qurduğum əlaqələrin gələcəkdə elmi, tədris və mədəni əməkdaşlığın daha da inkişafına daha da töhfə verəcəyinə inanıram.

Karaqanda gözəl və yaşıllıq içində olan bir şəhərdir. Şəhər sakinlərinin yaşıllığın qorunmasına xüsusi həssaslıqla yanaşdıqlarını müşahidə etdim. İnsanlar ağacəkmə aksiyalarında fəal iştirak edir, əkdikləri ağacların yanına adlarının qeyd olunduğu lövhələr yerləşdirirlər. Qazaxstanın birinci prezidenti Nursultan Nazarbayevin 2011-ci ildə açılışında iştirak etdiyi “Anet Baba məscidi”nin yaxınlığındakı ərazidə buna şahid oldum. Qazaxlar həlim təbiətli insanlardır. Burada müxtəlif millətlərin nümayəndələri dostcasına yaşayır. Şəhərdə ziyarət etdiyim məscid və kilsələrin faəliyyəti tolerantlığın bariz nümunəsidir. Qeyd edim ki, Stalin repressiyaları dövründə Karaqanda bölgəsinə sürgün edilmiş katoloiklərin xatirəsinə inşa eedilmiş “Fatima Müqəddəs Məryəm Katolik Kafedral”ı Orta Asiyada ən böyük katolik kilsəsidir.

Akademik mübadilə proqramının yekunu olaraq, kafedranın müəllimləri ilə birgə “Mədənçilər Mədəniyyət Sarayı”nda Astana Filarmoniya Orkestrinin konsertini izlədim, “KARLAQ” kimi tanınan “Siyasi Repressiya Qurbanlarının Xatirə Muzeyi”ni və “Karaqanda Vilayət Tarix-Diyarşünaslıq Muzeyi”ni ziyarət edərək, bölgənin tarixi, repressiya dövrü və Qazaxstanın sosial-mədəni inkişaf mərhələləri barədə geniş məlumat əldə etdim.

İcazə versəz məni çox təsirləndirən bir məqamı da sizinlə bölüşüm.

- Buyurun.

Karaqanda “KARLAQ” muzeyinin ümumi ab-havası ağır olsa da mən oranı ziyarət etməyi, tarixi həqiqətlərlə yaxından tanış olmağı özümə borc bildim. Bilirdim ki, orada repressiyaya uğramış gühahsız həmvətənlərimiz də cəza çəkiblər. Eksponatlara toxunmadan, çəkiliş etmədən bələdçinin rəhbərliyi ilə məşum otaqları gəzirdik: həbs olunanların şəxsi işləri, o dövrü əks etdirən sənədlər, fotoşəkillər, əşyalar vəs. “Курт-дрогоценный камень” (Qurut – qiymətli daş) şerinin çap nüsxəsi və s. Deyim ki, bu şerin öz dəhşətli tarixçəsi var. Otaqlardan birində divarı boyunca repressiya qurbanlarının uzun-uzun siyahıları var idi. Mən qeyri-ixtiyari siyahılardan birinə, məhz birinə çox yaxın getdim və ağlamaya bilmədim. Oxuduğum ad mənim həmvətənlimin adı idi: Aşurbəyov Balabəy Teymurbəy oğlu (hətta ata adını Baymurbəy yazıblar səhvən). Məni müşayət edən müəllimlər də təsirləndirdi. Nə qədər ağır olsa da həmin siyahının şəklini çəkdim.

Əlbəttə, bu cür akademik mübadilə proqramları universitetlər arasında qarşılıqlı anlaşmanın və elmi əməkdaşlığın güclənməsinə xidmət edir.

Ezamiyyət müddətində çox dəyərli insanlarla tanış oldum. Xüsusilə Alfiya xanım, Mayken xanım, Şolpan xanım, Gülnarə xanım, Olqa xanım, Marina xanım, Janar xanım, Anastasiya xanım, Akbota xanım kimi dostlar qazandım.

Dinara xanımın milli çapan, Nazım xanımın milli ornamentli şal hədiyyəsi mənim üçün xüsusi mənəvi dəyər daşıyan xatirələrdir. “Turan El” restoranında təşkil olunan milli “beşbarmaq” yeməyi və “kumıs” içkisinin bəzədiyi nahar süfrəsi, dombırada çalınan milli musiqilər bu xoş xatirələri daha da unudulmaz etdi.

Bu proqramda iştirakıma üçün şərait yaratdıqları üçün Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullaya və Akademik Y.E. Böketov adına Karaqanda Milli Tədqiqat Universitetinin rektoru professor Nurlan Dulatbekova dərin minnətdarlığımı bildirirəm.

Söhbətləşdi: Tural Cəfərli






Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Maraqlı

4-02-2026, 16:33

Yüksək postlarda çalışan azərbaycanlı qadın rəhbərlər - ƏTRAFLI

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Mədəniyyət / Ölkə

2-04-2026, 12:52

UNEC-də “Elm günləri”nə start verilib FOTOLAR

Cəmiyyət

4-11-2024, 19:26

AMEA-da “Yaşıl dünya naminə həmrəylik - COP-29-un çağırışları və humanitar elmin vəzifələri” mövzusunda elmi konfrans keçirilib

Siyasət

23-04-2024, 11:26

AMEA-nın bir sıra elmi müəssisələrinin YAP ərazi partiya təşkilatlarının sədri vəzifəsinə seçkilər keçirilib FOTOLAR

Təhsil

14-01-2025, 21:05

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Təhsil

7-04-2023, 21:55

"Özbaşınalıq, korrupsiya və anarxiya..." - Gəncə Dövlət Universiteti

Gündəm / Cəmiyyət

24-12-2024, 09:02

Lerik təhsilində savadlı kadr problemi - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

16-10-2024, 15:51

ADAU: Elmin BATAQLIQ ADASI... - Rektora AĞIR İTTİHAMLAR...

Cəmiyyət

5-01-2025, 23:52

Akademik Cavad Abdinov: “Bərk cisim elektronikasının inkişafı üçün böyük müəssisələr, istehsal sahələri və texnoloji infrastrukturun olması vacibdir”

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 16:09
Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
Dünən, 18:25
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
Dünən, 10:46
Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü
Dünən, 09:59
"David Seliverstov" Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu -DETALLAR
9-08-2026, 11:00
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
8-08-2026, 12:25
Xanımının doğum günündə vəfat edibmiş...
Xəbər lenti
  • Bu gün, 19:00
    İranın müdafiə naziri: Əsas təhlükə mənbəyi İsraildir
  • Bu gün, 18:44
    Deputat-biznesmen Məşhur Məmmədovun biznes imperiayası…-Özü də jurnalisti belə təhdid edir...
  • Bu gün, 18:30
    Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
  • Bu gün, 18:17
    Türkiyədə seçki sorğusu: Ərdoğan İmamoğlu və Yavaşa uduzur
  • Bu gün, 17:56
    Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib
  • Bu gün, 17:46
    İran İraq ərazisini vurdu
  • Bu gün, 17:25
    Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib
  • Bu gün, 17:11
    “Tarqovu“dakı məşhur restoranın yerləşdiyi obyekt satılır - 7 milyon manata
  • Bu gün, 16:36
    Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb
  • Bu gün, 16:29
    Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? - Qanun nə deyir?
  • Bu gün, 16:09
    Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
  • Bu gün, 15:52
    Musiqi məktəbin direktoru olmuş Elşad Məmmədovun işi üzrə məhkəməni uzatmaqda hakim Vüsal Qurbanovun məqsədi nədir – ŞİKAYƏT
  • Bu gün, 15:19
    DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib
  • Bu gün, 15:09
    800 manata 3 günlük İŞGƏNCƏ! – “A Frame by EastWest”dən şikayət
  • Bu gün, 13:11
    Bu gün və sabah geomaqnit qasırğası gözlənilir
  • Bu gün, 13:04
    Göygöldə şok iddialar: Tender maxinasiyası, rüşvət və saxta əlillik faktları! VİDEO
  • Bu gün, 12:52
    Sabah Azərbaycanda yağış yağacaq
  • Bu gün, 12:28
    QHT-lərə Dövlət Dəstəyi Agentliyi tender müsabiqədən 10 gün sonra yaradılan MMC ilə işbirliyi qurur
  • Bu gün, 12:03
    Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək
  • Bu gün, 11:45
    AHİK (əlil) həmkarlardan “qara otaqda olmayan qara pişiyi tapmağı” tələb edir “Tapanda” isə tam məbləğ ödənilməsə yollayış verilmir
  • Bu gün, 11:20
    Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək
  • Bu gün, 11:12
    MAŞTƏĞADA “KEYFİ ƏT DÖNƏR”İN ÜSTÜNDƏ NƏ BAŞ VERİR?
  • Bu gün, 10:49
    Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib
  • Bu gün, 10:34
    “Azəriqaz”ın baş direktoru səni deyirlər: “Hörmətli” Azər müəllimə açıq məktub — 1/4-lük böyük hörmət
  • Bu gün, 09:50
    Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq
  • Bu gün, 09:37
    AYNA əlillərə "ŞAH" elan edib, ac və dərmansız ölümə məhkum ediilənlər... VİDEO
  • Bu gün, 09:20
    UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq
  • Dünən, 19:11
    Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib
  • Dünən, 18:54
    Baş Prokurorluq ekoloji cinayətlərə qarşı mübarizəni gücləndirir-FOTO
  • Dünən, 18:25
    Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
  • Dünən, 18:04
    Qanunsuz cərrahiyyə təhlükəsi: “Universal Hospital”da sertifikatsız həkim skandalı
  • Dünən, 17:43
    MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır
  • Dünən, 17:16
    Azərbaycanı Avropa çempionatında 13 boksçu təmsil edəcək
  • Dünən, 16:50
    Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib
  • Dünən, 16:34
    Agentlik Neftçalada jurnalistdən hər biri 72 min manata 20 ədəd ev alır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə