• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

ƏƏSMN-nin əməkdaşları 1-ci qrup gözdən əlili “zəlil” edirlər - FOTO/VİDEO

Gündəm / Cəmiyyət

29-08-2024, 11:52


Əlilliyi olan şəxslərin hüquqları haqqında Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri və s. tənzimləyir.

Əlilliyi olan şəxslərin mənzil təminatı ilə bağlı məsələlər, əlil olan şəxslərin hüquqları haqqında qəbul olunmuş Qanunun 31-ci madəsinin 31.1. bəndinə uyğun tənzimlənir. Yəni, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasının qaydaları, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən olunur. O halda sual oluna bilər ki, görəsən Qanunun belə bir tələblərinə aidiyyəti dövlət qurumları tərəfindən lazımi səviyyədə əməl olunurmu? Əsla yox! Məsələn, bu günlərdə gundemxeber.az-ın redaksiyasına Bakı şəhəri, Səbail rayonu, Nicat Şükürlü küçəsi, ev-166 ünvanında yaşayan Əliyev Vahid İbrahim oğlu tərəfindən video-müraciət daxil olub.

Vahid Əliyev video-müraciətində bildirir ki, “29 may 1993-cü il təvəllüdlü qızım Samirə Əliyeva Bakı şəhərində anadan olmuşdur və ilk vaxtlar onun gözlərində heç bir problem olmamışdır. Elə ki, qızım 11 yaşına çatdı, o halda onun gözlərində müəyyən ağrılar əmələ gəlməyə başladı. Xeyli müddət Samirəni gözlərindən müayinə və müalicə etdirsək də, son anda heç bir nəticə əldə etmək mümkün olmadı və o, hər iki gözünün görmə qabiliyyətini tamamilə itirdi. Qızım hər iki gözünün görmə qabiliyyətini tam şəkildə itirdiyinə görə, həkim komissiyası ona I qrup gözdən əlillik dərəcəsi verdilər. Belə bir səbəbdən də, Samirə 19 sentyabr 2011-ci il tarixdən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin (Vəsiqə №04802) üzvüdür.

31 yaşına çatan qızım özünü heç cür idarə edə bilmir. Əgər əvvəllər qızıma öz anası- həyat yoldaşım qulluq göstərirdisə, 2010-cu ildə həyat üzümüzə gülmədi və mən həyat yoldaşımı erkən yaşlarında itirdim. Bu gün mən qızım və oğlumla birlikdə lazımi şəraiti olmayan, hansı ki, 20 kvm-r ümumi sahəsi olan köhnə mənzildə yaşayırıq. Qeyd edim ki, yaşadığımız evdə lazımi şəraitin olmaması qalsın bir yana, heç fərdi ayaqyolumuz da yoxdur. Hal-hazırda bir neçə mənzil üçün təqribən on beş metra aralı məsafədə bir ayaqyolu var və bütün qonşular həmin ayaqyolundan istifadə edirlər. Bu da bizim üçün, ələlxüsus qızım Samirə üçün olduqca çətinliklər yaradır. Maddi vəziyyətimizin göstəricisinə gəlincə onu deyə bilərəm ki, biz də dözülməz həyat şəraiti keçirən ailələrdənik. Maddi imkanımız yol vermir ki, yeni mənzil alaq və həyat şəraitimizi bir qədər qaydaya salaq.

Qızım Samirə Əliyeva hər iki gözünün görmə qabiliyyətini itirib I qrup gözdən əlil olduğu üçün o, 2012-ci ildən Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətində ümumi və güzəştli əsaslarla mənzil növbəsindədir. Qeyd edim ki, qızımın ümumi və güzəştli əsaslarla mənzil növbəsi siyahısına daxil edilməsi üçün, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Asif Əsgərov 01 avqust 2012-ci il tarixdə №170 SƏRƏNCAM imzalamışdır.

Həmin vaxtdan 12 ildən bir qədər çox vaxt keçsə də, bu günə kimi qızımın mənzillə təmin olunması məsələsi həyata keçirməmişdir. Belə bir səbəbdən də, indiyəcən müxtəlif dövlət qurumlarına şikayət ərizələri yazıb göndərsək də, hər dəfə ünvanımıza başdansovdu cavablar veriblər. Məsələn, 2014-cü ildə ƏƏSMN-nə yazdığımız ərizəyə Dövlət Sosial Təminat Xidmətinin (indiki Dövlət Sosial Müdafiə Fondu) rəis müavini Ə. Seyidzadənin imzası ilə, 04 iyun 2014-cü il tarixdə № 03/1709 təsdiq olunmuş cavab məktubu verilmişdir. Məktubda qeyd olunur: “Nazirliyin sifarişi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində gözdən əlil vətəndaşlar üçün 132 mənzilli yaşayış binası inşa edilir.
İnşaası başa çatdıqdan sonra mənzil növbəsinə dayanan digər gözdən əlil şəxslər ilə yanaşı, Sizin də mənzillə təmin olunması məsələsinə növbəlilik qaydasında baxılacaqdır”. Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədrinin müavini cənab Zaur İbrahimovun,

08 aprel 2024-cü il tarixdə imzaladığı №3-17-3/2-Ə-13486/4/2024 cavab məktubunda isə qeyd olunur ki, “Birotaqlı mənzillə təmin edilməyiniz barədə qərar verilmiş, lakin hazırda Nazirlik tərəfindən imtiyazlı şəxslərə təqdim olunan mənzillərin arasında birotaqlı mənzil olmadığına görə, mənzil təminatınızı həyata keçirmək mümkün olmamışdır. Nazirlik tərəfindən birotaqlı mənzillər verilməyə başlandıqda sizə mövcud qanunvericiliyə uyğun olaraq mənzil təklif ediləcəkdir”. Bəli, bu cür cavablar olduqca gözəl və cəlbedici cavablar olsa da, nədənsə indiyə kimi bu yöndə heç bir nəticə əldə etmək mümkün olmur. O halda ortaya belə bir sual çıxır ki, görəsən qızım Samirə Əliyeva daha 12 il də gözləməlidir ki, onun mənzillə təminatı məsələsi öz həllini tapa bilsin? Qeyd etmək istəyirəm ki, artıq aidiyyəti dövlət qurumlarından bu yöndə verilən cavabların heç birinə hansısa formada inamımız qalmayıb. Çünki, ötən 12 il ərzində oxşar cavabları çox almışıq. Hər dəfə bizə “yağlı vədlər” verilib, son anda heç bir nəticə əldə etmək mümkün olmayıb. Deməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin fəaliyyəti əməli işlər görmək əvəzinə, məhz sakinlərə, ələlxüsus gözdən əlil olan şəxslərə başaldadıcı cavablar verməkdən ibarətdir”.

Bəli, söz yox ki, Səbail rayon sakini Vahid Əliyevin redaksiyamıza təqdim etdiyi video-müraciət olduqca diqqəti cəlb edir. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra ƏƏSMN-nin rəhbər şəxsləri I qrup gözdən əlil Samirə Əliyevanın mənzillə təmin olunması məsələsinə xüsusi diqqət yetirib, problemin aradan qaldırılması yöndə lazımi addımlarını atacaqlar. Unutmaq olmaz ki, bir çox gözdən əlil olan şəxslərin, o cümlədən I qrup gözdən əlil Samirə Əliyevanın mənzil məsələsinin həll olunmamasında, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi də müəyyən məsuliyyətin daşıyıcısıdır. Çünki, adı çəkilən bu ictimai Birlik gözdən əlil olan hər bir şəxsin probleminə diqqətlə yanaşmalı və problemlərin həlli yöndə lazımi iradə ortaya qoymağı da bacarmalıdır. Bu məsələ ilə bağlı növbəti yazılarımızda geniş məqalələr dərc etməyə çalışacağıq.
Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.(Qərar.az)

Mövzunu diqqətdə saxlayacağıq.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

15-02-2024, 16:58

Bu şəxslər də evlə təmin olunacaq - RƏSMİ

Sosial

25-05-2024, 13:19

Əlilliyi olan şəxslərin təmin edilməli olduğu dərmanların sayı artırıldı

Təhsil

30-05-2024, 15:42

Özəl universitetdə oxuyan bu şəxslərin təhsilhaqqını dövlət ödəyəcək

Gündəm / Ölkə

13-06-2024, 10:25

Azərbaycanda şəhid ailələrinin hüquqları artırılır

Cəmiyyət

28-06-2024, 13:02

Şəhid ailələrinin uçotuna dair qanun dəyişdi

Gündəm / Cəmiyyət

15-02-2024, 14:28

Prezidentdən əlillər və şəhid ailələri ilə bağlı - Sərəncam

Siyasət

25-07-2023, 19:19

Ombudsmanın səlahiyyətləri artırıldı

Gündəm / Cəmiyyət

14-08-2024, 13:47

Azərbaycanda 397 min 420 nəfərə Prezident təqaüdü verilir

Siyasət

16-07-2024, 18:37

Şəhid ailəsinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək

Cəmiyyət

3-08-2022, 13:38

Birdəfəlik ödənişi alan Qarabağ əlili: "Prezidentimizə dua edirik"

Cəmiyyət

16-07-2024, 19:24

"Access Bank" yığılmış zərərindən canını qutara bilmir - İLGİNC

Gündəm / Sosial

29-03-2024, 13:33

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək - Şərt AÇIQLANDI

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
Dünən, 09:28
Ağstafa su kanalında kişi batıb
14-06-2026, 12:00
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
14-06-2026, 11:00
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
10-06-2026, 17:21
Hacıqabulda açıq ərazidə yanğın başlayıb
10-06-2026, 08:57
Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb
9-06-2026, 12:25
Sankt-Peterburqda yanğında dörd nəfər ölüb
Xəbər lenti
  • Bu gün, 16:52
    “Hadisəyə səbəb “Kəpəz Hospital”ın təcili yardım maşınının qırmızı işıqda hərəkət etməsi olub” - Yol qəzasında ölən gəncin anası
  • Bu gün, 14:39
    “Zeytun Pharma” işçiləri istismar edir – İDDİA
  • Bu gün, 14:07
    Prezident İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib
  • Bu gün, 12:50
    Sabah 38 dərəcə isti olacaq
  • Bu gün, 12:43
    Qohum təyinatları, təcrübəsiz kadrlar VƏ... - su təsərrüfatında mübahisəli idarəetmə
  • Bu gün, 12:14
    DİM: I və IV qruplar üzrə qəbul imtahanının nəticələri gələn həftə elan ediləcək
  • Bu gün, 12:00
    Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
  • Bu gün, 11:29
    Sabah ölkə üzrə pensiyalar ödəniləcək
  • Bu gün, 11:22
    Nərimanov Məhkəməsinin “Bazargünü Qətnaməsi”: Məhkəmə Kürsüsü Niyə Bazar Piştaxtasına Çevrilir?
  • Bu gün, 10:43
    Prezident: Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq
  • Bu gün, 10:33
    “RAHAT AUTO”-dan inanılmaz dələduzluq: Vətəndaşları aldadıb, ölkədən qaçdılar
  • Bu gün, 10:03
    Azərbaycan nefti 82.6 dollara ticarət olunur
  • Bu gün, 09:35
    `AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR... - İTTİHAM VAR...
  • Bu gün, 09:12
    Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir
  • Bu gün, 08:58
    "Kəndimiz Mərdəkan"da qiymət oyunu - 1 xiyar 3 manat, 1 pomidor 4 manat, 1 soğan 1 manat...
  • Bu gün, 08:45
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
  • Dünən, 19:36
    Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olub
  • Dünən, 19:14
    "Temu bağlamaları açılır, içindəkilər yoxa çıxır" - Vətəndaşlar Gömrükdən və Limakdan araşdırma tələb edir
  • Dünən, 18:06
    Oman Sultanı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
  • Dünən, 11:09
    I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
  • Dünən, 11:00
    "Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." - NARAZILIQ VAR...
  • Dünən, 10:34
    Əli Əsədov: Birgə investisiya fondları əməkdaşlığın inkişafı üçün səmərəli alətdir
  • Dünən, 10:18
    İcra başçısı şəhidin məhəlləsini yarımçıq asfaltladı – Fotolar
  • Dünən, 09:57
    Azərbaycan nefti ucuzlaşmaqda davam edir
  • Dünən, 09:42
    Bakıda insanlar günlərdir susuz qalıb – ADSEA tənqid olundu
  • Dünən, 09:28
    Ağstafa su kanalında kişi batıb
  • Dünən, 08:56
    "Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
  • Dünən, 08:46
    Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! - BAZAR AÇIBLAR...
  • Dünən, 08:34
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 16-06-2026, 15:10
    Qubada polis profilaktik tədbirlər keçirib
  • 16-06-2026, 14:40
    Nazir müavini ilə “Azəryaşlandşaft” ASC-nin sədrini nə birləşdirir? – Leyla Əliyevanın təşəbbüsü ilə qurulan zeytun bağlarını inək otlağına çevirənlər…
  • 16-06-2026, 14:09
    Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb
  • 16-06-2026, 12:54
    Ələsgər Rüstəmovla Nizami Mayılovun TORBA əməliyyatı - Qanunsuz tikintilərlə icra başçısına qurulan gizli oyun - ARAŞDIRMA
  • 16-06-2026, 12:10
    Zaur Mikayılov: Müasir suvarma texnologiyalarının tətbiqi genişləndiriləcək
  • 16-06-2026, 11:58
    Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır - TƏBİB-in yeni sədrinə müraciət
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə