• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“MuğanBank” niyə bağlandı?

Gündəm

20-10-2023, 11:09

Azərbaycanda daha bir bank bağlanıb. Mərkəzi Bankın İdarə Heyətinin oktyabrın 18-də qəbul etdiyi qərara əsasən “MuğanBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Mərkəzi Bank bu qərarını “MuğanBank”ın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan az olması, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyi, habelə bankın daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmadığı ilə əsaslandırıb. Bunları nəzərə alan tənzimləyici “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsaslanaraq “MuğanBank”ın lisenziyasını ləğv edib.

AMB-nin qərarına əsasən, “MuğanBank” ASC-nin idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçib. Tənzimləyici bildirir ki, bankın fəaliyyətini dayandırması Azərbaycanın bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır: ""MuğanBank" ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4 faiz, kredit portfelində 2 faiz, sektorun öhdəliklərində isə cəmi 1,3 faiz təşkil edir. “MuğanBank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır".

Mərkəzi Bank həmçinin bəyan edir ki, “MuğanBank” ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək: ""Muğan Bank" ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək. Bank tərəfindən fonda təqdim olunmuş hesabatlara əsasən, 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manat təşkil edir. Qeyd edək ki, bankın əmanətçilərinin say etibarı ilə 99,9 faizinin əmanətləri kompensasiya olunacaq".

Qeyd edək ki, “MuğanBank” ASC-nin ölkə üzrə bütün bankomatlarının oktyabrın 17-dən etibarən fəaliyyətini dayandırdığı açıqlansa da, bankdan bunu sistem yenilənməsinin aparılması ilə əsaslandırmaqla, həftə sonundan etibarən bankomatların yenidən fəaliyyətini bərpa edəcəyi bildirilmişdi.

“Muğanbank”ın İnternet səhifəsində ASC-nin 2023-cü ilin ikinci rübü üzrə maliyyə nəticələrinə əsasən bankın öz fəaliyyətini “uğurla inkişaf etdirdiyi” qedy olunub: ""MuğanBank" ASC 2023-cü ilin ikinci rübündə müsbət maliyyə nəticələrinə nail olmaqla sabit artım nümayiş etdirir. Ötən ilin analoji dövrü ilə müqayisədə ümumi aktivlər böyüyərək 3,47 faiz artımla 721,86 milyon manat təşkil edib, cəmi depozit portfelində də 9,56 faiz artım qeydə alınaraq 393,83 milyon manata çatıb. Eləcə də faiz gəlirləri 11,68 faiz artaraq 20,79 milyon manat təşkil edib. Bankın kredit portfeli 5,96 faiz artaraq 454,13 milyon manata çatıb. I dərəcəli kapital isə 63,63 faiz artaraq 136,51 milyon manat təşkil edib. Əlavə olaraq bankın nizamnamə kapitalı 51,16 faiz artaraq 162,5 milyon manat təşkil edib. Bu nəticələr bankın maliyyə bazarında sabitliyinin və davamlı artımının göstəricisidir, onun etibarlılığını və müştərilərin etimadını təsdiqləyir. “MuğanBank” ASC müştərilərinə yüksək keyfiyyətli maliyyə xidmətləri göstərmək üçün fəaliyyətini bundan sonra da inkişaf etdirəcək və göstəricilərini daha da yaxşılaşdırmağa çalışacaq.

“MuğanBank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hazırda bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir".

Bankın saytındakı bu məlumatlardan fərqli olaraq, 3-cü rübün sonundakı maliyyə göstəriciləri tamam əks vəziyyəti ortaya qoyur. Belə ki, 2023-cü ilin III rübü üzrə maliyyə hesabatına əsasən, “MuğanBank”ın pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 139 milyon 687 min manat azalıb. Əgər 2023-cü ilin yanvar ayının 1-nə bankın pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 169 milyon 608 min manat təşkil edibsə, cari ilin oktyabr ayının 1-nə bankın pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 29 milyon 921 min manata kimi azalıb.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində “MuğanBank” 1 milyon 287 min manat zərər edib. 2022-ci ilin müvafiq dövründə bank 703 min manat xalis mənfəət əldə etmişdi. Hesabat dövründə bankın faiz gəlirləri 7.6 faiz artaraq 31 milyon manat, faiz xərcləri isə 7.5 faiz artaraq 27.7 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 21.3 milyon manata (illik müqayisədə 36.9 faiz az), qeyri-faiz xərcləri isə 25 milyon manata (illik müqayisədə 4.9 faiz çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 301 min manat əməliyyat zərəri edib.

Cari ilin oktyabrın 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 18.9 faiz və ya 151 milyon 367 min manat azalaraq 647 milyon 971 min manata enib. Cari ilin ilk 9 ayında “MuğanBank ”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1.4 faiz və ya 6.3 milyon manat azalaraq 447.4 milyon manata düşüb. Bankın kredit portfelində istehlak kreditləri 46.1 milyon manat ,biznes kreditləri 264.2 milyon manat, daşınmaz əmlak kreditləri isə 139.7 milyon manat təşkil edib.

Bu dövrdə “MuğanBank”ın cəmi öhdəlikləri 500.8 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 29 faiz və ya 205.2 milyon manat azdır. Bankın depozit portfeli də cari ilin ilk 9 ayında 34.4 faiz və ya 169.2 milyon manat azalaraq 322 milyon 478 min manat təşkil edib.

Mərkəzi Bankın açıqlamasında bankdakı depozitlərin cəmi 216,7 milyon manatının qorunan əmanətlər olduğu və ƏSF tərəfindən ödəniləcəyi bildirilir. Bu isə o deməkdir ki, 105 milyon 778 min manat həcmində əmanət geri qaytarılmayacaq.

2023-cü il oktyabr ayının 1-nə “MuğanBank”ın cəmi kapitalı 57.8 faiz və ya 53 milyon 899 min manat artaraq 147 milyon 79 min manat təşkil edib.

Mərkəzi Bankın təsdiqlədiyi “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na əsasən, bankın məcmu kapitalının əsas məqsədi bankın biznes strategiyasının dəstəklənməsi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı bankın maliyyə dayanıqlığının təmin edilməsidir. Məcmu kapital bankın ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərlərin azaldılmasına, əmanətçilərin və potensial investorların bank sisteminə etimadının artırılmasına xidmət edir.

Qaydaya görə, bankın məcmu kapitalının minimum miqdarı 50 (əlli) milyon manat məbləğində olmalıdır. “MuğanBank”ın məcmu kapitalı minimum məbləğdən 3 dəfə çoxdur.

Onu da bildirək ki, bu il “MuğanBank”ın səhmdarları dəyişib. Aprel ayında uzun illər boyu “MuğanBank”ın əsas səhmdarı (74 faiz) və Müşahidə Şurasının sədri olan Elmir Mehdiyev səhmlərinin 37 faizini Minur Vəliyev, 37 faizini isə Samir Vəliyevə dövr etmişdi. Onun anası Fəridə Mehdiyeva isə öz səhm payının 3 faizini M.Vəliyevə, 3 faizini isə S.Vəliyevə satıb.

Maraqlıdır ki, ötən həftə dövlət televiziyasına müsahibəsində Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Azərbaycanın bank sektorunda likvidliyin, kapital adekvatlığının dünya ortalamasından yüksək olduğunu, sektorda sabitliyin mövcud olduğunu bəyan etmişdi. Bir həftə sonra kifayət qədər çəkisi olan bankın bağlanması maraq doğurur.

İqtisadçı-ekspert Samir Əliyevin fikrincə, Azərbaycanda bank bazarı məhdud, bank sayı isə çoxdur: “Bazar balaca, bank isə çox. Proses gedəcək. Ola bilsin, zəif getsin, amma gedəcək. Neft gəlirləri azaldıqca bankların çoxluğu daha çox özünü büruzə verəcək”.

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov bildirir ki, “MuğanBank”da xüsusilə problemli kreditlərlə bağlı çətinliklərin olduğunu bir neçə ay əvvəl ictimaiyyətə açıqlayıb: “Bu il bağlanan iki bankdan "GünayBank" bağlanmağa layiq deyildi, onun çətinlikdən çıxmaq üçün imkanları vardı. Amma “MuğanBank”da belə imkan yoxdur. Bu bankda idarəetmə keçmiş “StandardBank”, ATABank və digərlərindəki kimi anormal idi - bank sahibləri müştəri vəsaitlərindən öz biznesləri üçün istifadə edirdilər, çoxsaylı təminatsız kreditlər verilirdi. Bu isə bank fəaliyyəti üçün ən təhlükəli və zərərli prosesdir. Buna görə də onun bağlanması düzgün addımdır. Mərkəzi Bank “MuğanBank”a müəyyən müddət də tanıdı, bəlkə vəziyyətdən çıxa bildi deyə. Çünki kifayət qədər böyük bankdır. Lakin bank vəziyyətdən çıxa bilmədi".

Mütəxəssis bildirir ki, vətəndaşların bankda olan qorunan əmanətləri ödənəcək, əsas problem hüquqi şəxslərin vəsaiti ilə bağlıdır: “Bir qayda olaraq, şirkətlərin hesablarındakı pullar geri qaytarılmır. Bu isə biznes üçün böyük zərbədir. "GünayBank" bağlanan banklar arasında bəlkə də yeganə bankdır ki, onun bütün öhdəlikləri qarşılanacaq, o cümlədən şirkətlərin hesablarındakı vəsaitlər qaytarılacaq. “MuğanBank”da isə belə imkan yoxdur".

Ə.Həsənov da hesab edir ki, problemli banklar hələ də qalır: “Ad çəkmək doğru olmazdı, amma ilk beşlik və 7-8 orta səviyyəli banklardan kənardakı banklar arasında çətinlikləri olanlar az deyil”.

Sonda qeyd edək ki, AMB-nin qərarından sonra keçmiş rəhbəri E.Mehdiyevə görə bəzi internet resursları “MuğanBank”ın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə bağlı olduğunu yazıblar. Reallıqda isə belə bağlılıq yoxdur.
(“Yeni Müsavat”)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat / Sosial

18-10-2023, 12:01

"MUĞANBANK" BAĞLANIR - Mərkəzi Bank bu ASC-nin lisenziyasının ləğvinə qərar verib

Gündəm / Olay

19-10-2023, 14:51

Mehdiyev bank sektorunda SIXIŞDIRILIR?..

İqtisadiyyat

16-07-2022, 17:37

“Azər-Türk Bank”ın idarə edilməsi təkmilləşdirilir

İqtisadiyyat / Sosial

10-10-2023, 14:47

Ramiz Mehdiyevə məxsus bank bu qiymətə satılır - MƏBLƏĞ

Cəmiyyət / Sosial

13-09-2023, 12:01

Əhməd Vəliyevin "Muğanbank"ı yenidən məhkəmə qarşısında

Cəmiyyət / Sosial

13-07-2023, 13:16

Yunis İldırımzadənin ləğv prosesində olan bankının yarım milyon vergi borcu var

Cəmiyyət / Araşdırma

12-10-2023, 11:53

Mehdiyevin 1 milyonluq "xeyir-duası" - Bank BTB niyə satılmadı?

Araşdırma / Sosial

15-09-2023, 10:56

“Ziraat Bank Azərbaycan”da nə baş verir?

Cəmiyyət / Olay

20-06-2023, 16:09

Ramiz Mehdiyevin bankı ÇÖKÜŞ ASTANASINDA... - DETALLAR

Cəmiyyət

29-07-2022, 17:50

Mərkəzi Bankın sədrindən manatın məzənnəsi ilə bağlı açıqlama

Gündəm / Olay

16-08-2023, 10:14

“Ziraat Bank Azərbaycan”da yenə Avni Dəmirçi sindromu yaşanır?

Siyasət

16-07-2022, 17:32

Dövlət Sığorta Kommersiya Şirkəti yenidən təşkil ediləcək - FƏRMAN

Araşdırma
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Həkimlərdən “fond pulu”, yoxa çıxan dərmanlar, işə gəlməyən əməkdaşlar – Gəncə xəstəxanasında qalmaqallı iddialar
Hadisə
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
10-09-2026, 10:15
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
9-09-2026, 18:30
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
Xəbər lenti
  • Bu gün, 16:31
    Azərbaycanın TDT hədəfi: qurum qlobal aktora çevrilir - ŞƏRH
  • Bu gün, 16:22
    "Range Rover"imi satıb pulunu götürdü - Könül Həmzəyevanın MƏHKƏMƏSİ
  • Bu gün, 16:08
    Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına Şikayət
  • Bu gün, 15:52
    Moskva Kyuşu adasında Typhon raket sistemlərinin yerləşdirilməsi ilə bağlı Tokioya etiraz notası göndərib
  • Bu gün, 15:42
    Novxanıda Ramiz Mehdiyevə məxsus 5 hektar torpaq sahəsi iş adamına satılıb – Əcaba necə?
  • Bu gün, 15:36
    Şuşada Milli Musiqi Günü münasibətilə tədbir keçirilib
  • Bu gün, 15:09
    “Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib FOTOLAR
  • Bu gün, 15:00
    Binəqədidə TİKİNTİ XAOSU... - ETİRAZ VAR...
  • Bu gün, 14:23
    Pakistanda məscid yaxınlığında partlayış olub, 15 nəfər ölüb, onlarla insan xəsarət alıb
  • Bu gün, 13:33
    DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
  • Bu gün, 13:21
    Sabah rayonlarda arabir yağış yağacaq
  • Bu gün, 13:11
    "6 ildir bizi ALDADIRLAR, evsiz-eşiksiz QALMIŞIQ" - Gəncə sakinləri ETİRAZ EDİR
  • Bu gün, 12:20
    Azərbaycan millisinin heyəti açıqlanıb
  • Bu gün, 12:11
    "Burda qiymətlər həddindən artıq yüksəkdir" - XİDMƏTSƏ... SIFIR!
  • Bu gün, 11:39
    Milli Məclisin Aqrar siyasət komitəsi ötən sessiyada 15 məsələyə baxıb
  • Bu gün, 11:27
    Kamera önündə “ŞOU”, əməliyyat masasında təhlükə - “New Med”də ŞƏNLİK VAR!
  • Bu gün, 10:48
    DTX 5 ölkədə antiterror əməliyyatı keçirib, 11 nəfər tutulub
  • Bu gün, 10:31
    “JOY Tour” işi: sahibkarın təsisçi kimi məsuliyyəti niyə faktiki idarəetmə ilə eyniləşdirilir? - NARAZILIQ VAR...
  • Bu gün, 09:57
    Azərbaycan nefti ucuzlaşmaqda davam edir
  • Bu gün, 09:50
    “Əsaslı Tikinti və Təchizat” İdarəsi “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC-yə bir gündə 3 tender verdi – NƏ MÜNASİBƏT?
  • Bu gün, 09:18
    Xətai və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq
  • Bu gün, 09:07
    Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
  • Dünən, 18:46
    İrəvan ilə Vaşinqton hərbi kadrların hazırlığını və təlimlərin keçirilməsini müzakirə edib
  • Dünən, 18:39
    Şabran rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümov əmək müqaviləsinin şərtlərini pozub müəllimləri istismar edir-İDDİA
  • Dünən, 18:30
    Dermatoloq Fəridə Babayeva Assosiasiyaya üzv qəbul olunub
  • Dünən, 18:16
    Səudiyyə Ərəbistanında PUA qalıqlarının düşməsi nəticəsində ölən və xəsarət alanlar var
  • Dünən, 17:43
     “Bir aydır gördüyüm işin pulunu ala bilmirəm” - Ramiz Cəfərov “Mr. Pepper”dən şikayətləndi
  • Dünən, 17:17
    Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib
  • Dünən, 16:34
    Burger King-də işləyən 50-yə yaxın şəxs maaşlarını ala bilmədiyini deyir - əmək müqaviləsi ilə çalışsalar da...
  • Dünən, 16:17
    Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
  • Dünən, 15:56
     “Arpa işi”: İcra başçısı 2 sakinin həbsini tələb edir – APELLYASİYA ŞİKAYƏTİ VERİLDİ
  • Dünən, 15:28
    Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub
  • Dünən, 13:49
    İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
  • Dünən, 13:09
    İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
  • Dünən, 13:02
    AAYDA-ya məxsus MMC işçilərin maaşını vermir - ETİRAZ VAR...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə