Sizin reklam burada 728×90
Son dəqiqə

Nizami rayonunda ağacların məhv edilməsi ilə bağlı iddialar –

04.04.2026 16:45 413 1 dəq oxunur
Nizami rayonunda ağacların məhv edilməsi ilə bağlı iddialar –
Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospekti 124 ünvanında aparılan tikinti işləri ətrafında narazılıq yaranıb. Sakinlər iddia edirlər ki, ərazidə yerləşən meşə zolağı dağıdılaraq tikinti aparılır.

Bizimesr.az-ın patrul.az-a istinadən verdiyi məlumata görə, həmin ərazidə yaşayan vətəndaşlar ağacların kütləvi şəkildə məhv edilməsindən narahat olduqlarını bildirərək videogörüntülər paylaşıblar.

Görüntülərdə tikinti zamanı bir sıra ağacların zədələndiyi, bəzilərinin isə tamamilə məhv edildiyi müşahidə olunur. Bundan əlavə, qazıntı işləri aparılan sahədə təhlükəsizlik qaydalarına riayət olunmadığı da diqqət çəkir. İddialara görə, ərazidə çalışan işçilər üçün zəruri təhlükəsizlik tədbirləri görülmür.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını və ağacların qorunması üçün tədbir görülməsini tələb edirlər.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az