Şabranda sel fəsadı: Körpə uşaqlarla çöldə qalan ailə kömək gözləyir
Şabran rayonunun Qazbabalı kənd sakini Merdanova Fəride Zərbalı qızına məxsus fərdi yaşayış evi mart ayının 27-28-də yağan güclü leysan yağışlarından sonra baş verən sel nəticəsində ciddi zərər görüb.
Sakinin sözlərinə görə, intensiv yağıntı nəticəsində yaranan torpaq sürüşməsi zamanı yamacdan qopan kütlə sel suları ilə birlikdə birbaşa evə yönəlib və yaşayış sahəsini su basıb. Nəticədə ev tamamilə yararsız vəziyyətə düşüb. Bildirilir ki, tikilinin bir divarı tamamilə uçub, digər divarların isə vəziyyəti qəza həddindədir.
Zərərçəkmiş bildirir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, indiyədək heç bir rəsmi qurum tərəfindən əraziyə baxış keçirilməyib. Onun iddiasına görə, nə Şabran Rayon İcra Hakimiyyəti, nə də Fövqəladə Hallar Nazirliyi əməkdaşları hadisə yerinə gələrək vəziyyəti qiymətləndirib.
Ailə hazırda çətin şəraitdə qaldığını, körpə uşaqlarla birlikdə evsiz vəziyyətdə olduğunu bildirir və aidiyyəti qurumlardan təcili yardım göstərilməsini xahiş edir.
Hadisə ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şikayət və təkliflər üçün qaynar xətt
Xəbər, şikayət və təklifinizi bizə göndərin
Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz
BakuNews.az

[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]