“Neftqaztikinti” trestinin rəhbəri Qağaməli Seyfullayevlə bağlı ilginc iddiaların yer aldığı məlumatlar almışıq. "Dia-az" SOCAR-dakı mənbələrə istinadən xəbər verir ki, hal-hazırda "yuxarıların" qərarı ilə “Neftqaztikinti” trestinin maliyyə fəaliyyəti ciddi şəkildə təftiş olunur.
Hələlik,qurumla bağlı araşdırmanın kənardan aparıldığını iddia edən mənbə bunları əlavə edir:
"Yaxın günlərdə Maliyyə Nazirliyi və Hesablama Palatasının ekspertlərinin də iştirakı ilə böyük araşdırmaya qərar verilə bilər. Burada söhbət 44 milyonluq büdcə vəsaitinin taleyindən gedir. Məsələ təkcə “Neftqaztikinti” trestinin hazırki rəhbəri Qağaməli Seyfullayevlə bitmir, ondan əvvəlki dönəmi də əhatə edir. Amma Qağaməli Seyfullayvin dövrü də ciddi təftişə götürülüb.
Ola bilsin ki, bu prosesdə hətta həbslər də olsun. Bunu zamanla görəcəyik..."
Əlavə bilgilərimiz olacaq...
Dia-az