Sizin reklam burada 728×90
Son dəqiqə

Pensiya ödənişlərinə 2 mlrd. 443 mln. manat yönəldilib

28.07.2022 15:50 841 1 dəq oxunur
Pensiya ödənişlərinə 2 mlrd. 443 mln. manat yönəldilib
Pensiya ödənişlərinə 104 mln. manat çox olmaqla 2 mlrd. 443 mln. manat yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bakunews.az -ya apa-ya istinadən verilən xəbərə görə, 2022-ci ilin yanvar-iyun aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 4,5 faiz (104 mln. manat) çox olmaqla 2 mlrd. 443 mln. manat vəsait yönəldilib.

FHN: Ötən sutka 101 yanğına çıxış olubAzərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıbHavanı çirkləndirən restoranlar cərimələnib

Bu ilin əvvəlindən növbəti artım olaraq, minimum aylıq pensiya daha 20 faiz artırılaraq 240 manata çatdırılıb.

2022-ci ilin əvvəlindən pensiyaların sığorta hissəsi indeksləşdirilib və sığorta prinsipi ilə pensiya alanlara bu il üzrə 200 manat maddi yardım ayrılıb. Habelə qulluq stajına görə əlavələr alan pensiyaçılara bu ilin əvvəlindən pensiyalarının 10 faizi məbləğində aylıq maddi yardım ödənilir.

Həmin artımlar üçün illik 440 mln. manat əlavə vəsait ayrılıb.

Son 6 ayda pensiyaların orta aylıq məbləği 11 faizədək artaraq 364 manata, yaşa görə orta aylıq pensiya isə 10,2 faiz artaraq 395 manata çatıb.

2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırılıb. Ötən dövrdə 64 mini pensiya, qalanı müavinət və təqaüd olan 430 min, o cümlədən bu ilin yanvar-iyun aylarında 15,6 mini pensiya, qalanı müavinət və təqaüd olan 160 min təyinat proaktiv olaraq e-qaydada aparılıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az