• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycan gənci olaraq hər zaman cənab Prezidentin yanındayıq və əmrindəyik - FOTO

Ölkə

9-04-2023, 14:56

Prezident İlham Əliyevin adı tarixə qızıl hərflərlə yazılacaq

Cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 5 il ötür. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar Prezident seçkiləri zamanı qələbə qazanan İlham Əliyev aprelin 18-də Konstitusiyaya və müqəddəs Qurani-Kərimə əl basaraq and içib, növbəti 7 il üçün Prezident səlahiyyətlərinin icrasına başlayıb. Dövlət başçısı bu üç il ərzində verdiyi vədləri yerinə yetirib. Prezident İlham Əliyev “Bizim sözümüz imzamız qədər keçərlidir” ifadəsini əbəs yerə səsləndirməyib. Həqiqətən də 2018-ci ildən başlayaraq ölkədə həyata keçirilən islahatlar daha da sürətləndirilib, daha çevik idarəçilik siseminə keçid edilib, proses bu gün də davam etməkdədir. Bu müddətdə tarixə qızıl hərflərlə yazılacaq 44 günlük Vətən Müharibəsi başladı, Azərbaycan 30 ildir, işğal altında olan torpaqlarını azad etdi. Xalq “dəmir yumruq” kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi, düşmənə qalib gəldi. Bununla da BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi. Dövlət başçısı dəfələrlə çıxışlarında erməniləri xəbərdar etmişdi: Danışıqlar uzun müddət davam edə bilməz, münaqişə sülh yolu ilə həll edilməyəcəksə, müharibə olacaq. Belə də oldu. Çünki Prezident Azərbaycan Ordusuna, xalqına arxalanırdı. Elə məhz buna görə də ordu quruculuğuna xüsusi önəm verilirdi. Prezident İlham Əliyev torpaqları işğaldan azad etməklə adını tarixə qızıl hərflərlə yazdırmış oldu. Ali Baş Komandan heç kəsin xəyal etmədiyi reallığı ortaya qoydu.

Prezidentin regionda söz sahibi olması bizim başımızın ucalığı, cənab İlham Əliyevin gücü və qüvvəsidir: “İlham Əliyevin, ümumiyyətlə, 19 illik prezidentliyi dövründə apardığı siyasət ordunun və iqtisadiyyatın güclənməsinə, bu da öz növbəsində ən böyük problemimiz olan Qarabağın azad olunmasına gətirib çıxardı.

Azərbaycan xalqı hər zaman dövlət başçısını dəstəkləyir. Bu gün Azərbaycan, əlbəttə ki, Cənab İlham Əliyevin gördüyü işlər nəticəsində bölgənin ən qabaqcıl dövlətlərindən biri olmağı bacarıb. Prezidentimizin Xəzəryanı, türkdilli ölkələrin birləşdirilməsi, bölgədə yaxınlığın yaradılması istiqamətindəki uğurları, qardaş ölkə Türkiyə ilə dostluğu daha da möhkəmləndirməsi, bu təcrübələri başqa ölkələrə aşılaması və nəhayət bölgədə söz yiyəsi olması cənab Prezidentin öz gücü və qüvvəsidir. Biz Prezident İlham Əliyevlə fəxr edirik!”

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan paytaxtı iki illik fasilə ilə iki müxtəlif mədəniyyətin daşıyıcılarının böyük idman bayramlarına ev sahibliyi etmişdir. 2015-ci ildə tarixdə ilk dəfə olaraq I Avropa Oyunlarını keçirən Azərbaycan Respublikası, 2017-ci ildə IV İslam Həmrəylik oyunlarına ev sahibliyi etməklə mədəniyyətlər arasında unikal körpü rolunu oynamış və idman vasitəsilə sivilizasiyalararası barışıq və dialoqa böyük töhfə vermişdir. Eyni məntiqdən qaynaqlanaraq Prezident İlham Əliyev 2017-ci ili “İslam Həmrəylik İli” elan etmişdir. Cənab İlham Əliyevin islam həmrəyliyinə xidmət edən bu və digər təşəbbüsləri müsəlman dünyasında geniş rəğbət hissi ilə qarşılanmış və böyük siyasi rezonans doğurmuşdur.

Ölkəmizin qazandığı bütün bu tarixi uğurlar fonunda 2019-ci ilin dekabr ayında Çin Xalq Respublikasının Uhan şəhərindən başlayaraq dünyanın bütün ölkələrini əsarətə alan koronovirus pandemiyası dünya iqtisadiyyatında yeni və daha ağır böhran təhlükəsi yaratdığı kimi, Azərbaycana da təsirsiz qalmamışdır. Xüsusilə bu infeksiyanın məlum təsirləri fonunda dünya neft bazarında qiymətlərin 2 dəfədən artıq enməsi, heç şübhəsiz, ölkəmizin də sosial-iqtisadi həyatına, diplomatik və beynəlxalq iqtisadi əlaqələrinə mənfi təsir göstərməkdədir.

Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan dövlətinin koronavirus infeksiyasına qarşı mübarizədə həmrəylik, birlik və məsuliyyətimizi daha da möhkəmləndirməklə bağlı çağırışları yalnız bir məqsədə xidmət edir. Bu məqsəd xalqımızı və dövlətimizi bu qorxulu infeksiyanın fəlakətli nəticələrindən hifz etmək və qorumaqdan ibarətdir. Elə bu niyyətlə də dövlətimizin rəhbəri koronovirus pandemiyasına qarşı mübarizədə preventiv, profilaktik, ardıcıl və sistemli addımların atılmasını təmin etməklə bu qorxulu xəstəliyin təsirlərinin minimuma endirilməsinə nail olmaq üçün gecə-gündüz çalışır. Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunması; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısındadır.

Bu gün müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu.

8 Noyabr-Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır: Müzəffər Ali baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu reallıqda “Prezident Ordu Xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir.

Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımız uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birləşdik! Bütövləşdik! Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.

Artıq üç ildir ki, müzəffər Azərbaycan ordusu xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.

Həqiqətən də, müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi sayəsində əldə olunan qələbə öz miqyası və əhəmiyyəti baxımından bölgəmizin sərhədlərini aşır, Türk dünyası kimi daha geniş coğrafi arealı əhatə edir. Cənab Rəcəb Tayyib Ərdoğanın Ali Ordenin təqdimat mərasimində səsləndirdiyi fikirlər bu baxımdan olduqca böyük məna kəsb edir :”Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.”

Xüsusi olaraq onu da qeyd edim ki, Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı, ölkəmizin Birinci vitse-prezidenti mərhəmətli Mehriban xanım Əliyeva 44 günlük Vətən müharibəsinin çətin və şərəfli günlərində torpaq uğrunda canını fəda etmiş şəhidlərlə bağlı rəsmi “İnstaqram” səhifəsində çoxsaylı paylaşımlar edərək, onların şücaətini əsl qəhrəmanlıq, rəşadət və qorxmazlıq nümunəsi kimi qiymətləndirmişdir. “Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq,” - deyən ölkəmizin birinci xanımı Mehriban Əliyeva şəhidlərimizin əziz xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını vurğulamışdır.

Hörmətli Mehriban xanım Əliyeva Prezident İlham Əliyev ilə birlikdə işğaldan azad olunmuş müqəddəs torpaqlarımıza davamlı səfərlər edərək Ali Baş Komandanın erməni vəhşiliyi və barbarlığını ifşa edən fikirlərini çəkdiyi unikal videokadrlarla zənginləşdirmiş və tamamlamışdır. Bir çox hallarda bu kadrlar ilkin mənbə rolunu oynamaqla erməni faşizminin eybəcər simasını dünya ictimaiyyətinə tanıtmaq baxımından misilsiz əhəmiyyətə malikdir.

Prezident İlham Əliyev öz rəhbərliyi altında Azərbaycanı bundan sonra da daha böyük inkişafa aparacaq, yeni uğurlara imza atacaq”.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı xoşbəxt gələcək gözləyir.

Prezident İlham Əliyev Adını dünya diplomatiya və hərb tarixinə həkk etmiş xoşbəxt Prezidentdir.

Mən Fərid Şərifov bir gənc olaraq bildirmək istəyirəm ki Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan respublikası hər zaman zirvələrdə olacaq. Həmçinin qeyd edim ki, Azərbaycan gənci olaraq hər zaman cənab Prezidentin yanındayıq və əmrindəyik.
Azərbaycan çox xoşbəxtdir ki, İlham Əliyev kimi güclü lideri var.

Yaşasın Güclü Prezidentimiz
Yaşasın Güclü Azərbaycan


YAP üzvü, Xətai rayon icra hakimiyyətinin könüllüsü, İDEA İctimai Birliyin üzvü və könüllüsü, Birinci vitse prezident Mehriban xanım Əliyevanın könüllüsü, QEYD Sosial Maarifləndirmə İctimai Birliyin üzvü, Güvən Xeyriyyə ictimai Birliyin üzvü, Ulutv.İnfo xəbər portalının əməkdaşı Fərid Şərifov

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Ölkə

10-04-2023, 20:43

Fidan Hüseynova: Müstəqil siyasətin müəllifi

Cəmiyyət

11-04-2023, 19:15

Sədaqət Vəliyeva: Əsrə bərabər 5 il

Siyasət

14-08-2022, 00:00

Ali Baş Komandanın rəhbərliyi ilə 44 Günlük Vətən Müharibəsində Tarixi Qələbə Əldə Etdik

Cəmiyyət

26-08-2022, 14:56

Prezidentə Laçının nəzarətə götürülməsini məruzə edən general kimdir?

Siyasət

10-08-2022, 16:48

Prezident İlham Əliyev Əlcəzairin xarici işlər və xaricdəki milli icma nazirini qəbul edib

Siyasət

8-04-2023, 01:37

Sevinc Fətəliyeva: Yeni reallıqlar Azərbaycanın daha böyük uğurlar əldə etməsinə hədəflənib

Siyasət

11-04-2023, 19:13

Möhkəmlənən mövqeyin nümayişi - Malik Həsənov Milli Məclisin deputatı

Siyasət

9-08-2022, 15:39

Prezident İlham Əliyevin şəhid ailələrinə olan dəstəyi hər addımda hiss edilir - Şəhid anası

Cəmiyyət

14-04-2023, 20:46

Fidan Hüseynova: "Əməkdaşlığın inkişaf etdirilməsinin uğurlu davamı"

Siyasət

16-09-2022, 13:43

Azərbaycan Prezidenti İlham Əliyevin Səmərqənddə Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşü olub

Cəmiyyət

7-11-2022, 19:45

Qədim Şuşamız qısa müddətdə İlham Əliyevin iradəsi ilə “Zəfər” adını daşıyan qələbə yoluna çevrildi

Ölkə

18-02-2023, 00:26

İlham Əliyev: Azərbaycanla İsrail arasında müdafiə və hərbi-texniki sahədə əməkdaşlıq inkişaf edir

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Bu gün, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
Dünən, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
6-10-2026, 09:38
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 19:06
    Rusiya ordusu Donetsk vilayətində qəsəbəni "Smerç" raketləri ilə vurub, ölənlər var
  • Bu gün, 18:54
    Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
  • Bu gün, 18:33
    Bakıda "Ürək transplantasiyası həftəsi" keçiriləcək
  • Bu gün, 18:18
    SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
  • Bu gün, 18:02
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 17:46
    Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -İcra Hakimiyyətinin "qırmızı işığı"nda qalan sahibkarlar
  • Bu gün, 17:37
    Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
  • Bu gün, 17:30
    Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları
  • Bu gün, 16:19
    Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
  • Bu gün, 16:09
    Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -Bir mənbədən satınalma metodunun tətbiqi ilə(?)!
  • Bu gün, 15:46
    Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib
  • Bu gün, 15:33
    Elşən Salahov əslində kimi cəzalandırmalı idi – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
  • Bu gün, 15:21
    Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
  • Bu gün, 15:02
    Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
  • Bu gün, 14:47
    Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq
  • Bu gün, 14:27
    İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib
  • Bu gün, 12:06
    Azərbaycan və Kamboca işçi qrupu yaradacaqlar
  • Bu gün, 11:39
    Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
  • Bu gün, 11:32
    İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • Bu gün, 11:22
    İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • Bu gün, 11:11
    “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
  • Bu gün, 10:47
    Şahin Babayev: "Bakıdan Praqaya uçuşların sayının 14 % artacağı gözlənilir"
  • Bu gün, 10:31
    Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
  • Bu gün, 09:45
    BƏƏ Prezidentinin müşaviri Körfəz ölkələrini kollektiv təhlükəsizliyi gücləndirməyə çağırıb
  • Bu gün, 09:33
    Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
  • Bu gün, 09:06
    Biləsuvarda toyda bıçaqlanma olub
  • Bu gün, 08:59
    1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... - "Landau School"da BİABIRÇILQ
  • Bu gün, 08:37
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Dünən, 17:52
    Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək
  • Dünən, 17:00
    Allahşükür Paşazadə niyə SUSUR?
  • Dünən, 16:00
    Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var
  • Dünən, 15:42
    Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
  • Dünən, 15:00
    Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
  • Dünən, 14:00
    FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
  • Dünən, 13:30
    NYT ABŞ-nin Rusiya və Ukraynaya təklif etdiyi sövdələşmənin detallarını açıqlayıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə