• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Şuşada Vaqif Poeziya Günləri çərçivəsində kitab sərgisi təşkil olunub

Cəmiyyət

14-07-2022, 13:52

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə iyulun 14-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Vaqif Poeziya Günləri başlayıb.

Qırx illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir təşkil olunur.

bakunews.az milli.Az və trend-ə istinadən bildirir ki, mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdikləri Poeziya Günləri çərçivəsində keçirilən ilk tədbir "Qarabağ" mehmanxanasının qarşısında təşkil olunan kitab sərgisidir.

Sərgini Azərbaycan Yazıçılar Birliyinin üzvü İlqar Fəhmi açıb. Xalq yazıçısı Anar qonaqları salamladıqdan sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, sərgidə 100-dən çox şair və yazıçının kitabları nümayiş etdirilir. Kitab sərgisində ayrı-ayrı yazıçıların kitablarının təqdimatı keçirilib.

Qeyd edilib ki, əvvəlcə Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan "Qarabağ dastanı, otuz ilin həsrəti - 44 günün Zəfəri" və Şuşada keçirilmiş Vaqif Poeziya Günləri barədə "Bütün yollar Şuşaya aparır..." kitablarının təqdimatı olub.

"Qarabağ dastanı, otuz ilin həsrəti - 44 günün Zəfəri" kitabı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə Qələbəmizin ilk günlərindən hazırlanmağa başlanıb. Kitabda azad olunmuş Qarabağdan olan hər bir yazıçı öz rayonları haqqında xatirələrini yazıb. Məsələn, Elçin Əfəndiyev Şuşadan, Ramiz Rövşən Qubadlıdan, Seyran Səxavət Füzulidən, Elçin Hüseynbəyli Cəbrayıldan, Aqil Abbas Ağdamdan yazıblar.

Eyni zamanda, bu kitabda Qarabağın tarixi, ədəbiyyatı, musiqi adamları haqqında zəngin məlumatlar da yer alıb. Həmçinin şairlərin Qarabağa həsr olunmuş şeirlərinə, ötən il "Xarıbülbül" musiqi festivalından sonra yazılmış publisist məqalələrə də kitabda yer verilib. Kitabın "Ön söz"ünün müəllifi və redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məciddir.

Sərgidə iştirak edən yazıçılar və şairlər Azərbaycanın Vətən müharibəsində Qələbəsinə həsr olunmuş kitablar nəşr etdiriblər.

Tədbirdə Elçin İsgəndərzadə, Elşən Əzim, Arzu Əsəd, İntiqam Yaşar və digərləri öz kitabları haqqında danışıb, şeirlər səsləndiriblər. Şair və publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylı Şuşaya həsr olunmuş şerini oxuyub və öz təəssüratlarını bölüşüb.

Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verilib. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-07-2022, 11:13

Şuşada Vaqif Poeziya Günləri başlayıb

Mədəniyyət

9-09-2022, 15:42

Şuşada Xurşidbanu Natəvanın 190 illik yubiley tədbiri başlayıb

Cəmiyyət

14-07-2022, 20:50

“Maraqlısı odur ki, heç biri Qarabağı görməyib, hamısının 20-25 yaşı olub...”

Mədəniyyət

13-08-2022, 18:29

Yazıçı Anar ona “xalq şairi” deyən icra başçısından danışdı

Mədəniyyət

29-07-2022, 15:23

Tənzilə Rüstəmxanlı: “Diaspor Gənclərinin III Yay Düşərgəsinin Şuşada keçirilməsi möhtəşəm layihədir”

Mədəniyyət

2-09-2022, 10:45

Şimali Kaliforniyadakı soydaşlarımızın İcma Düşərgəsi layihəsi gerçəkləşdirilib

Cəmiyyət

18-04-2023, 16:17

ZƏFƏRİ NURLANDIRAN NURLAN

Mədəniyyət

2-08-2022, 21:50

Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda açıq havada kino nümayişi təşkil olunub - FOTO

İqtisadiyyat

5-09-2022, 13:45

İQTİSADİYYAT Bank Respublika şəhid övladları üçün təşkil edilən “Zəfər” yay məktəbinə dəstək oldu!

Bölgə

28-07-2022, 13:14

Şuşada keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsində Pənahəli xanın varisi də iştirak edəcək

Mədəniyyət

5-08-2022, 13:29

Şuşada diaspor gəncləri ilə görüşən incəsənət xadimləri: “Bu, şans deyil, böyük xoşbəxtlikdir”

Mədəniyyət

2-08-2022, 19:00

Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılış mərasimi keçirilib

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
29-10-2026, 17:20
Ceyranbatanda 10 şagird zəhərlənib
29-10-2026, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
28-10-2026, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28-10-2026, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
Xəbər lenti
  • Dünən, 16:00
    İran XİN Britaniyanın MI6 və Hərbi Dəniz Qüvvələrini terrorçu kimi tanıyıb
  • Dünən, 15:00
    Qətərin tankeri Fars körfəzində hücuma məruz qalıb
  • Dünən, 14:30
    Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
  • Dünən, 14:00
    Tramp və Netanyahu arasında telefon danışığı olub
  • Dünən, 13:00
    Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
  • Dünən, 12:30
    Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qüvvəyə minib
  • Dünən, 12:00
    Premyer Liqa: Bu gün X turun daha 2 oyunu keçiriləcək
  • Dünən, 11:00
    Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
  • Dünən, 10:30
    Sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayının artırılmasını rəğbətlə qarşılayıblar
  • 31-10-2026, 18:00
    XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
  • 31-10-2026, 17:30
    Rusiya dizel yanacağının ixracına qoyulan qadağanın müddətini uzadıb
  • 31-10-2026, 17:00
    MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib
  • 31-10-2026, 16:22
    Suriya Məkkə müdafiə alyansına qoşula bilər
  • 31-10-2026, 16:02
    10 manatlıq şirkət 3 müsabiqənin qalibi oldu - "VNM İnşaat" kimindir?
  • 31-10-2026, 15:47
    Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib
  • 31-10-2026, 15:25
    Azərbaycanda “Halloween” və ya öz "şeytanlarımız" kifayət qədər deyil? - AXI NİYƏ?
  • 31-10-2026, 14:46
    Canni İnfantino: "Bakıdakı U-15 dünya çempionatı və festivalı FIFA-nın ən uğurlu layihəsidir"
  • 31-10-2026, 14:23
    Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi rəsmən KOLXOZA ÇEVRİLİB... - İTTİHAM VAR...
  • 31-10-2026, 14:06
    Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyestrdə qeydiyyatdan keçib
  • 31-10-2026, 14:00
    Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpıb – TƏFƏRRÜAT/FOTO
  • 31-10-2026, 13:52
    Sabahdan Bakı-Tbilisi-Bakı qatarında əlavə reyslərdə biletlərin qiyməti 36 AZN-dən başlayacaq
  • 31-10-2026, 13:32
    Ali Məhkəmədə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı qərar layihəsi müzakirə olunub
  • 31-10-2026, 13:24
    "Kimsə aldanıb sifariş verməsin..." - UYARI!
  • 31-10-2026, 12:33
    Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub
  • 31-10-2026, 12:00
    Zəbt olunan səkilər: İctimai mülkiyyət necə “şəxsi mal”a çevrilir? - FOTOLAR
  • 31-10-2026, 11:36
    Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
  • 31-10-2026, 11:19
    Yasamalda parkın ərazisini "Şərur" MTK-ya kim satıb? - VİDEO
  • 31-10-2026, 10:32
    İsveçdə Quranı yandıran belə cəzalandırıldı
  • 31-10-2026, 10:18
    Peşə təhsilində coğrafiyaçılar “fəth yürüşündə”- Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
  • 31-10-2026, 09:53
    Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
  • 31-10-2026, 09:26
    EL İÇİNDƏ LEYSAN kimi TALANÇILIQ... - NƏ BAŞ VERİR?
  • 31-10-2026, 09:01
    Axios: Respublikaçıların məğlubiyyəti İranla müharibənin yenidən başlamasına səbəb ola bilər
  • 30-10-2026, 19:00
    YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
  • 30-10-2026, 18:00
    Mirziyoyev Türk birliyinin möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
  • 30-10-2026, 18:00
    Tramp İranla müharibənin çox tezliklə bitəcəyini açıqlayıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə