Sizin reklam burada 728×90
Son dəqiqə

“AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb - BUNDAN SONRA...

07.09.2026 15:46 134 1 dəq oxunur
“AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Azərbaycanın yeganə təkrar sığorta şirkəti “AzRe Təkrarsığorta” ASC-nin iki rəhbər şəxsləri şirkətdən ayrılıblar.

Banker.az xəbər verir ki, Baş Maliyyə İnzibatçısı və İdarə Heyətinin üzvü Lalə Əfəndiyeva sentyabr ayından etibarən şirkətdəki fəaliyyətini dayandırıb. Bundan əlavə İdarə Heyətinin üzvü Ivan Samsonov da vəzifəsindən ayrılıb.

Asim Ramiz Salamov oğlu “AzRe”nin Direktorlar Şurasındakı müstəqil üzv kimi vəzifəsindən ayrılmışdı.

Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 50%-lik səhmdarıdır.

“Azre Təkrarsığorta” ASC 2025-cı ili 22.35 mln. manat xalis mənfəətlə tamamlasa da, bu 2024-cü ildə qeydə alınan 24.24 mln. manat xalis mənfəəti ilə müqayisədə 1.89 mln. manat və ya 8% az olub.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az