• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Prezidentin Ağdam səfəri: Azad edilmiş ərazilərdə dirçəliş Azərbaycanın dövlət iradəsinin göstəricisidir - TƏHLİL

Siyasət

25-12-2025, 17:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdamın 2-ci yaşayış kompleksinin açılışındakı çıxışı təkcə bir infrastruktur layihəsinin təqdimatı deyil, həm də işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın qətiyyətli dövlət siyasətinin davamlılığının təsdiqidir. Uzun illər ərzində “Qafqazın Xirosiması” adlandırılan Ağdam bu gün dirçəlir, həyat qayıdır və Azərbaycan xalqının iradəsinin gücü öz real təcəssümünü tapır.

Prezidentin nitqində ilk növbədə Ermənistanın işğal dövründə apardığı məqsədyönlü talançılıq siyasəti xüsusi vurğulanıb. Dövlət başçısı qeyd edib ki, Ağdam urbisidə məruz qalıb. Bu, Ermənistan dövlətinin Azərbaycan xalqına və dövlətinə qarşı düşmənçiliyinin açıq təzahürü olub. Məqsəd təkcə torpağı işğal etmək olmayıb. Məqsəd bu ərazilərdə Azərbaycanın varlığını silmək, tarixi irsi məhv etmək, bölgəni yaşayışsız və yararsız məkana çevirmək olub.

Prezidentin Ağdam səfəri: Azad edilmiş ərazilərdə dirçəliş Azərbaycanın dövlət iradəsinin göstəricisidir - TƏHLİL

“İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır. Yəni şəhər Ermənistan dövləti tərəfindən tamamilə dağıdılmışdır. Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. Məqsəd də tam aydın idi. Birincisi, talançılıq. Çünki bütün binaların daşları bir-bir sökülərək talan edilmişdir, müxtəlif yerlərdə, Ermənistan ərazisində satılmışdır. Digər tərəfdən, Ermənistan dövləti bu bölgələrdə Azərbaycan xalqının tarixi irsini tamamilə silmək istəyirdi. Üçüncü məqsəd isə bu şəhəri elə vəziyyətə salmaq idi ki, artıq burada yaşayış mümkün olmasın, azərbaycanlılar heç vaxt buraya qayıtmaq haqqında düşünməsinlər. Ancaq səhv etdilər. Biz, xalqımız bütün bu əzablı illər ərzində bir amalla yaşamışıq ki, öz doğma dədə-baba torpaqlarımıza qayıdaq və qayıdandan sonra bu torpaqları, bu şəhərləri, kəndləri bərpa edək. Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdır”, - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında deyib.

İşğalın başlanğıcından etibarən mədəni irs yerləri dağıdılıb, məscidlər təhqir olunub, tarixi abidələr məhv edilib. Tikililər sökülərək Ermənistana daşınıb, hətta metal qırıntısına qədər talan edilib. Təbii sərvətlər – meşələr, yeraltı resurslar, qızıl və digər yataqlar sistemli şəkildə istismar edilib. Bütün bunlarla yanaşı, Ermənistan həmin əraziləri kütləvi şəkildə minalayıb. Məqsəd aydın olub – gələcəkdə keçmiş məcburi köçkünlərin geri dönüşünün qarşısını almaq. İşğaldan sonra azad edilmiş torpaqlarda mina qurbanlarının sayı bu cinayətkar siyasətin acı nəticəsi olub. Üstəlik, bəzi Qərb şirkətlərinin bu qanunsuz fəaliyyətdə iştirak etməsi və indiyədək onlara qarşı hər hansı real tədbirin görülməməsi beynəlxalq ikili standartların bariz nümunəsi kimi yadda qalıb.

Beynəlxalq qurumların və himayəkarların rolu

Ermənistan Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciət edəcək » xezertv.info

Prezident İlham Əliyev çıxışında Ermənistanın arxasında duran siyasi, iqtisadi və hərbi dəstəyi açıq şəkildə qeyd edib. Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olmalı olan beynəlxalq qurumlar faktiki olaraq işğalçı ilə həmrəy olublar. ATƏT-in Minsk qrupu buna klassik nümunə olub. Onlar problemin həlli üçün deyil, işğalı “əbədiləşdirmək” üçün fəaliyyət göstəriblər. Azərbaycan dövləti isə bu diktələrlə razılaşmayıb. Prezidentin hərbi-siyasi iradəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və Minsk qrupunun formal varlığı məntiqi sonluğa çatdırılıb. Ermənistan uzun illər ərzində müxtəlif mənbələrdən silahlandırılıb. 1998-ci ildən başlayaraq Rusiyadan genişmiqyaslı silah-sursat tədarükü, 2016-cı ildən sonra “İskəndər-M” raketlərinin verilməsi və 44 günlük müharibə dövründə müxtəlif kanallarla Ermənistana silah axını bunun sübutu olub. Maraqlı məqamlardan biri də ondan ibarət olub ki, maliyyə resursları yox dərəcəsində olan bir dövlət milyardlarla dollar dəyərində silahları hansı hesabla əldə edib? Aydın məsələdir ki, Ermənistanın arxasında duran qüvvələr bu ölkəni regionda alətə çeviriblər. Bu gün də eyni siyasət davam edir. Fransa və Hindistanın Ermənistana hərbi dəstəyi açıq görünür. Müxtəlif ölkələrdən gələn muzdluların Qarabağda Ermənistan tərəfdən vuruşması da artıq tarixə düşüb.

Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə məşğul olan beynəlxalq təşkilatların qurumları Ermənistan dövləti ilə, işğalçı, talançı dövlətlə həmrəy idilər: “Xüsusilə ATƏT-in Minsk qrupunun yarıtmaz və anti-Azərbaycan fəaliyyətini qeyd etmək istərdim. Bu qrup 1992-ci ildə yaradılmışdır və o vaxt bizim torpaqlarımızın işğal altına düşməsinin birinci mərhələsi idi. Bu qrupun və onun həmsədrlərinin məqsədi məsələni həll etmək əvəzinə, əksinə, bu işğalı əbədi etmək, Ermənistana haqq qazandırmaq, Azərbaycan xalqını və dövlətini isə işğalla barışdırmaq idi. Mən 17 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmasda olmuşam, onlarla çoxsaylı görüşlər keçirmişəm. Hər dəfə görüşəndə illər keçdikcə görürdüm ki, bunların məqsədi məsələni həll etmək, işğala son qoymaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq yox, işğalı əbədi etmək idi. Sanki danışıqlar masasında bir tərəfdə Ermənistan və Minsk qrupunun həmsədrləri, digər tərəfdə isə Azərbaycan idi. Bax, bu 17 il ərzində keçirdiyim saysız-hesabsız görüşlərin nəticəsi budur. Hesab edirdilər ki, buna nail olacaqlar. Hesab edirdilər ki, bizi inandırmağa nail olacaqlar ki, biz öz əzəli torpaqlarımızdan əl çəkək. Ancaq yenə də Ermənistan dövləti kimi səhv etdilər. Mən işğal dövründə dəfələrlə demişdim ki, xalqımız və dövlətimiz heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarını qaytaracaq. Bunu Prezident kimi fəaliyyətə başladığım ilk dəqiqələrdə - birinci andiçmə mərasimindəki çıxışımda və ondan sonrakı dövrdə bildirmişəm. Bu illər ərzində biz bir məqsəd ətrafında birləşmişdik ki, bir nöqtəyə vuraraq xalqımız bu müqəddəs missiyanı yerinə yetirsin. Beş il bundan əvvəl şanlı İkinci Qarabağ müharibəsi və onun nəticələri haqq-ədaləti bərpa etdi, bizim hüquqlarımızı bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, bizim milli ləyaqətimizi bərpa etdi”.

Siyasi və maliyyə havadarlığı

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistana qarşı sanksiyalar tətbiq olunmadığı, əksinə, ona milyardlarla dollar dəyərində pulsuz silah və maliyyə dəstəyi verildiyi üçün işğal illərlə uzandı.

“Bu gün dünyada müxtəlif yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş alıb gedir. Ya beynəlxalq təşkilatlar, ya böyük nüfuzlu ölkələr dərhal nə edirlər? Sanksiyalar tətbiq edirlər. Əlbəttə ki, sanksiyaların da böyük təsiri var. Xüsusilə Ermənistan kimi kiçik və zəngin olmayan, demək olar ki, kasıb ölkəyə əgər sanksiyalar tətbiq edilsəydi, əlbəttə, Ermənistan işğala son qoyardı. Ancaq nəinki sanksiyalar tətbiq edilmədi, əksinə, onlara bəziləri pulsuz silahlar verirdi, özü də bir milyon dollarlıq yox, milyardlarla dollar dəyərində”, - Prezident İlham Əliyev vurğulayıb.

Sülh prosesi və qeyri-obyektiv qərarlar

Bu gün Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesi aparılır, kommunikasiyaların açılması və qarşılıqlı münasibətlərin hüquqi müstəvidə tənzimlənməsi istiqamətində danışıqlar davam edir. Lakin bu proses təsadüfi şəkildə və yaxud kənardan diktə olunan təşəbbüs kimi formalaşmayıb. Əksinə, regionda dayanıqlı sülhün bərqərar olması ideyasının əsas təşəbbüskarı məhz Azərbaycan dövləti olub. Sülh müqaviləsi üzrə ilkin təkliflərin, hüquqi çərçivənin və əsas maddələrin müəllifliyi də Azərbaycanın üzərinə düşür ki, bu da ölkəmizin konstruktiv mövqeyinin bariz göstəricisidir. Bununla belə, danışıqlar aparmaq və sülhə çalışmaq tariximizə, şəhidlərimizin ruhuna və xalqımıza qarşı törədilmiş cinayətlərə göz yummamız anlamına gəlmir.

“İndi Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və bu sülh prosesinin təşəbbüskarı da biz olmuşuq. Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və oraya salınan bütün maddələrin də müəllifi bizik. Ancaq biz işğalı necə unuda bilərik?! Şəhidlərimizi necə unuda bilərik?! Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik?! Heç vaxt unuda bilmərik və unutmamalıyıq. Çünki bu tarixi yaddaş həmişə bizim qəlbimizdə olmalıdır. Şəhidlərin əziz xatirəsi həmişə qəlbimizdə yaşamalıdır və heç vaxt şirin sözlərə uymamalıyıq. Bax, bunu mən bir də deyirəm. Mən bunu birinci dəfə deyil ki, deyirəm. Ayıq olmalıyıq, daim güclü olmalıyıq. Ona görə biz son 5 ildə ordu potensialımızı böyük dərəcədə gücləndirmişik və keçən ay hərbi paradda bütün dünya bunun bir hissəsini görə bildi. Əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq. Bunu təmin edirik və edəcəyik”, - Prezident İlham Əliyev qeyd edib.

Ağdamda dirçəliş: Prezidentin izi ilə


Bu gün “Prezidentin izi ilə” layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri misilsiz miqyasda həyata keçirilir. Ağdamın yeni yaşayış massivləri, məktəblər, sosial obyektlər, yollar, infrastruktur layihələri bir daha göstərir ki, Azərbaycan dövləti öz vətəndaşını doğma torpağa şərəflə və ləyaqətlə qaytarır. Bu, təkcə fiziki bərpa deyil. Bu, ruhun bərpasıdır. Bu, ədalətin bərpasıdır. Bu, Azərbaycan xalqının sarsılmaz iradəsinin simvoludur. Prezident İlham Əliyevin Ağdamda səsləndirdiyi fikirlər strateji mesajdır: Azərbaycan artıq zəif, məcbur edilən, diktə qəbul edən ölkə deyil. Azərbaycan öz sözünü deyən, hüququnu bərpa edən və regionda sülhün, təhlükəsizliyin təminatçısı olan dövlətdir.

Dövlət başçısı qeyd edib ki, Ağdamda həyat bərpa olunur – sakinlərin geri qayıdışı və yeni yaşayış məhəllələrinin qurulması ardıcıl şəkildə davam edir: “Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir. Üç kənddə insanlar yaşayır. Mən bu kəndlərin yenidən istifadəyə verilməsi mərasimlərində iştirak etmişəm - Kəngərli, Sarıcalı, Xıdırlı. Orada indi bir neçə min insan yaşayır və bu köç prosesi davam edir. Bu gün Ağdam şəhərində artıq insanlar yerləşir və bu yaşayış məhəlləsindəki 1268 mənzildə ağdamlılar yerləşəcək. Daha iki məhəllədə inşaat işləri gedir. Təkcə bu məhəllədə 60 çoxmərtəbəli bina var. Bütün şərait yaradılıb, infrastruktur qurulub və burada rahat yaşamaq üçün bütün imkanlar var. Təbii ki, Ağdam şəhərinin tam istədiyimiz kimi qurulması zaman tələb edir”.

Qarabağda qurulan gələcək sülhün və sabitliyin əsasını möhkəmləndirir


Ağdamda açılan hər yeni məktəb, salınan hər yeni küçə, açılan hər yeni yaşayış kompleksi bir həqiqəti təsdiq edir: bu torpaqlar əbədi olaraq Azərbaycanındır. Ermənistanın illər boyu apardığı dağıdıcı siyasət, beynəlxalq qurumların ikili standartları və xarici sponsorların destruktiv yanaşmaları Azərbaycan Respublikasının güclü siyasi iradəsi qarşısında iflasa uğrayıb.

Bu gün Qarabağda yalnız binalar deyil, həm də ədalət, inam və gələcək qurulur. Azərbaycan xalqı gələcəyə əminliklə baxır, çünki bu torpaqlarda artıq sülh, təhlükəsizlik və inkişaf hökm sürür. Və ən əsası, biz bu tarixi yolun dərslərini unutmadan, müdrik və qətiyyətli addımlarla irəli gedirik.(Apa)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Cəmiyyət

24-12-2025, 19:15

Prezident Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib, sakinlərlə görüşüb - YENİLƏNİB

Siyasət

16-08-2022, 16:30

Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır.

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Siyasət

6-08-2022, 01:04

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin əbədiyaşar memarıdır

Gündəm

4-01-2023, 22:16

Fərid Şərifov: Prezident İlham Əliyevin güclü siyasəti və rəhbərliyi ilə Azərbaycan respublikası hər zaman zirvələrdə olacaq

Cəmiyyət

13-08-2022, 18:14

Azərbaycan xalqı xoşbəxt xalqdır ki. onların İlham Əliyev kimi iradəli və mərd Prezidenti var

Cəmiyyət

9-05-2023, 18:39

Prezident İlham Əliyevin hər bir sözü bizim üçün yaddaş kitabçasıdır

Siyasət

15-10-2024, 14:59

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür

Gündəm / Siyasət

4-10-2024, 17:33

Prezident və xanımı Cəbrayılda açılışda - Yenilənib - Video - Fotolar

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 12:30
Göyçayda yol qəzasında xəsarət alan dörd nəfərdən ikisi ölüb - YENİLƏNİB
21-08-2026, 18:48
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
20-08-2026, 10:04
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
19-08-2026, 18:07
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
18-08-2026, 09:16
Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB
17-08-2026, 18:20
Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb
Xəbər lenti
  • Bu gün, 19:32
    Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb
  • Bu gün, 19:19
    Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
  • Bu gün, 18:44
    Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub
  • Bu gün, 18:33
    Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
  • Bu gün, 18:05
    Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
  • Bu gün, 17:56
    Peşə mətkbələrində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi, görə bilmir?
  • Bu gün, 16:55
    Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB
  • Bu gün, 16:45
    7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
  • Bu gün, 16:07
    Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb
  • Bu gün, 15:53
    Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
  • Bu gün, 15:10
    Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub
  • Bu gün, 14:58
    Nazirlik təmir işlərinə 2.5 milyon manat xərcləyəcək
  • Bu gün, 14:14
    Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
  • Bu gün, 13:55
    Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI... - VİDEO
  • Bu gün, 13:41
    Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir
  • Bu gün, 13:08
    Zabratda BUDAMA adı altında yaşıl soyqırım... - FOTOFAKT
  • Bu gün, 12:29
    UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub
  • Bu gün, 12:19
    Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
  • Bu gün, 11:56
    Hikmət Hacıyev Buxaradan paylaşım edib
  • Bu gün, 11:39
    Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
  • Bu gün, 11:31
    Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
  • Bu gün, 11:16
    İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
  • Bu gün, 11:05
    Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
  • Bu gün, 10:29
    Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib
  • Bu gün, 10:13
    Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi:OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya
  • Bu gün, 09:46
    AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq
  • Bu gün, 09:30
    “Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır - VİDEO
  • Bu gün, 09:13
    Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb
  • Dünən, 17:00
    Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib
  • Dünən, 16:30
    İrana Məkkə sazişinə qoşulmaq təklifi verilib
  • Dünən, 16:00
    Prezidentin köməkçisi: Rəsmilər öz aralarında Azərbaycan və özbək dillərinin kombinasiyasında danışmağa çalışırlar
  • Dünən, 15:00
    Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
  • Dünən, 14:30
    Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
  • Dünən, 14:00
    ABŞ-də meşə yanğınının sahəsi bir gündə 3,2 min hektara qədər genişlənib
  • Dünən, 14:00
    Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə