Sizin reklam burada 728×90
Son dəqiqə
---

Qran Pri: Azərbaycanın daha bir cüdoçusu finala yüksəlib

16.07.2022 17:04 1 018 1 dəq oxunur
Qran Pri: Azərbaycanın daha bir cüdoçusu finala yüksəlib
Azərbaycan cüdoçusu Səid Mollayi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə finala yüksəlib.

bakunews.az-nun report-a istinadən məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Loik Pyetriyə (Fransa), Tim Qramkova (Almaniya), Sebastian Marcinkievizə (Polşa) və Gilyerme Şmidtə (Braziliya) qalib gəlib.

Eyni çəkidəki Zelim Tçkayev Takeşi Sasaki (Yaponiya) və Frank De Viti (Niderland) mübarizədən kənarlaşdırsa da, Joau Fernandunun (Portuqaliya) müqavimətini qıra bilməyib. Tçkayev təsəlliverici görüşdə Tato Grigalaşviliyə (Gürcüstan) yenilib.

73 kq-dakı son Avropa çempionu Hidayət Heydərov 1/16 final mərhələsinə təsadüf edən ilk qarşılaşmasında Abdul Malik Umayevə (Belçika) uduzub. Bu çəkidəki Rüstəm Orucov Filip Yovanoviçi (Serbiya) məğlub etsə də, Martin Hojakla bacarmayıb.

Qadınların yarışında 63 kq-dakı Aytac Qardaşxanlı 1/8 finalda Coan Van Lesxauta (Niderland), 70 kq-dakı Südabə Ağayeva isə Miriam Butkereitə (Almaniya) uduzub.

Qeyd edək ki, yarışın ilk günündə 66 kq-dakı Yaşar Nəcəfov qızıl medal qazanıb. Azərbaycan Qran Pridə 14 cüdoçu ilə təmsil olunur.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az