• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

"Tender kralı" Ramazan Mirzəyev - Təbriz Həsənov cütlüyü dövlət büdcəsini necə talayır?

Araşdırma

8-03-2025, 00:27

Reallıq TV-də yayımlanan araşdırma materiallarından sonra redaksiyamıza Hacı Ramazan Mirzəyevin digər qanunsuz əməlləri ilə bağlı yeni faktlar daxil olub. Həmin faktlarda qeyd olunur ki, illərdir paytaxtda demək olar ki, bütün tenderlərin qalibi olan Ramazan Mirzəyev təkcə son bir ayda dövlət büdcəsinə milyonlarla manat ziyan vurub.

Bir neçə gün öncə Bakıda yağan qar səbəbindən yolların təmizlənməsi üçün istifadə olunan materiallar və tonlarla duzun Hacı Ramazan Mirzəyevə məxsus şirkətlər tərəfindən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalatı Birliklərinə və digər tabeli qurumlara verilməsi yenidən suallar doğurub. Paytaxtda keçirilən bütün tenderlərin qalibi olan və Ramazan Mirzəyevə aid şirkətlərin yolların buz örtüyündən təmizlənməsi üçün keçirilmiş tenderlərdə yenidən qalib çıxması onu göstərir ki, Hacının himayədarları daha yüksək vəzifələrdə təmsil olunurlar.

Araşdırmalar nəyi üzə çıxardı?

Reallıq TV-nin apardığı araşdırmalardan məlum olub ki, Mirzəyevin şəriklərindən biri Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi Həsənov Təbriz Oruc oğludur. İllərdir dövlət büdcəsini talayan Ramazan-Təbriz cütlüyünün qanunsuz əməlləri ört-basdır edilir, hər kəsə məlum olan faktlar isə araşdırılmır.

Bakının baş maliyyəçisi Təbriz Həsənovun istər tenderlərdə, istərsə də dövlət vəsaitinin ayrılmasında Ramazan Mirzəyevə xüsusi diqqət və qayğı göstərməsi Bakı Şəhər İcra Hakimiyyətinin də bu məsələdən xəbərdar olduğuna şübhə yeri qoymur. Görünən odur ki, Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığı ilə Mirzəyevə aid şirkətlər saxta yollarla tenderlərin qalibi elan olunur, dövlətdən ayrılan milyonlar isə adı çəkilən vəzifəli şəxslər tərəfindən bölüşdürülür. Əks halda, 2018-ci ildən bu günə qədər Bakıda keçirilən bütün tenderlərin dəyişməz qalibi Hacı Ramazan Mirzəyev olmazdı.

Tenderlər necə saxtalaşdırılır?

Milyonçu iş adamı böyük tenderləri “VEST-LTD” QSC və “İnpeks.N.” MMC adlı şirkətləri ilə udsa da, digər kiçik satınalmalarda əsasən, 10 manatlıq MMC-lərini işə qoşur. Reallıq TV-nin araşdırmalarına əsasən, 2018-2025-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin və digər qurumların satınalmalarında qalib olan aşağıdakı MMC-lər Ramazan Mirzəyevə məxsusdur:

“Yukon-K”, “Astok-5”, “Foodr 21”, “Vinsfud”, “Vertus 2018”, “Local LLC”, “Green SS”, “Ardo-2017”, “Təchizat Servis-18”, “Hermes-R Group”, “Staples Holding”, “Aztex-NN Servis”, “Gibernes MM”, “Katlos 2020”, “Forvard-SS”, “Olimpic HH”, “Kross Good”, “Faraon 200”, “Rudel Marketing” və s.


Bu satınalmalarda və tenderlərin saxtalaşdırılmasında Hacı Ramazan Mirzəyevə Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi Təbriz Həsənov və Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi himayədarlıq edir. Dövlət büdcəsindən ayrılmış vəsaitlərin necə bölüşdürüldüyü bilinməsə də, hər il milyonlarla manatın dövlətə ziyan vurulduğuna şübhə yoxdur.

Dəyəri 10 manat olan MMC-lərin milyonluq tenderlərdə iştirakını təmin edən məmurlar yalnız Mirzəyevə yaşıl işıq yandırır. İllərdir Mirzəyevdən başqa tender qalibi olmayan digər şirkət rəhbərləri bu vəziyyətdən narazıdırlar, lakin onların etirazlarına məhəl qoyan yoxdur.

Bakıdakı idarə və müəssisələrə yalnız Mirzəyevin şirkətləri ilə işləmək tapşırılıb. Bir çox məmurlar isə artıq onun saxtakarlıqlarından bezib. Onların narazılığı səbəbsiz deyil – görülən işlər üçün ödənilməli olan məbləğin yarısını belə ala bilməyən idarə və təşkilatlar yaranmış maliyyə çatışmazlığını şəxsi vəsaitləri hesabına aradan qaldırırlar.

Tenderlərin qalibinə isə görülən işlərin yüksək səviyyədə tamamlanması üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır, lakin bu vəsaitlər Mirzəyev, Maliyyə İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bölüşdürülür.

Ramazan Mirzəyevin varidatı və qanunsuz biznesləri

Dövlət büdcəsini talamaqla milyonçu məmur və iş adamına çevrilən şəxslər cəzasızlıq mühitindən geniş istifadə edirlər. Milyonluq villalar, bahalı avtomobillər və böyük biznes şəbəkəsinin sahibi olan Ramazan Mirzəyev təkcə Bakı şəhərində deyil, həm də Neftçala və Masallı rayonlarında gəlir mənbələri formalaşdırıb.

✔️ Bakıda “Məmmədoğlu” şirkətinə aid obyektlər

✔️ Neftçalada böyük balıq biznesi

✔️ Kür çayından kilometrlərlə uzunluqda şəxsi su kanalı çəkdirməsi



Xüsusilə, şəxsi balıq biznesi üçün Kür çayından qanunsuz su kanalı çəkdirməsi səbəbindən yerli əhali ciddi ziyana məruz qalıb. Sadə vətəndaşların örüş və əkin sahələrinin yararsız hala düşməsi bu ziyanın bir hissəsidir.

Ramazan Mirzəyevin şəriki, Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi Təbriz Həsənovun dövlətdən oğurladığı milyonlar hesabına nələrə sahib olduğu barədə növbəti materialda məlumat verəcəyik.

Araşdırmamız davam edir.

Materialda adı keçən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Araşdırma / Video

6-12-2024, 10:54

"Tender kralı" Ramazan Mirzəyev kimdir? - Dövlətin milyonları necə talanır?

Gündəm / Cəmiyyət

5-05-2024, 19:37

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... - İLGİNC

Cəmiyyət

10-04-2024, 00:36

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Gündəm / Cəmiyyət

20-01-2025, 11:34

Tender kralı Hacı Ramazana 32 milyonluq tender verildi

Cəmiyyət

17-01-2025, 17:08

Hacı Ramazanın şirkəti 32 milyon manatlıq tenderi uddu

Gündəm / Cəmiyyət

20-02-2024, 16:51

Ramazan ayının təqvimi açıqlandı

Cəmiyyət

27-02-2025, 12:23

Ramazan ayının - Təqvimi

Gündəm / Cəmiyyət

8-04-2024, 13:47

QMİ Ramazan bayramı namazının saatlarını açıqlayıb

Gündəm / Cəmiyyət

10-04-2024, 10:08

Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım

Cəmiyyət

17-09-2024, 18:09

Göygölün yollarına səpilən pullar - Yerli rəhbərlik hər il yol təmir etdirir?

Cəmiyyət

11-12-2024, 12:22

Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib

Gündəm / Cəmiyyət

5-03-2024, 10:15

On bir ayın sultanı gəlir...

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Xəbər lenti
  • Dünən, 22:09
    Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı
  • Dünən, 21:57
    Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
  • Dünən, 19:40
    Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
  • Dünən, 19:24
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 19:15
    Ağstafada 490 minlik “abadlıq”: söküntü və qazıntı var, konkret ünvan isə göstərilmir
  • Dünən, 18:42
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • Dünən, 17:43
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • Dünən, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
  • Dünən, 14:32
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
  • Dünən, 13:50
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 13:34
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 13:23
    21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
  • Dünən, 13:15
    Məktəblər açıldı, təmir isə hələ bitmədi - uşaqlar məktəbə hansı yoldan gedir?
  • Dünən, 13:05
    Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
  • Dünən, 12:40
    Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
  • Dünən, 12:27
    Pensiyalar sabah tam ödəniləcək
  • Dünən, 12:22
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 11:53
    İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
  • Dünən, 11:37
    Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
  • Dünən, 11:18
    AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq
  • Dünən, 10:51
    Goranboy məktəbində acınacaqlı mənzərə - Zibillər yandırılır, ayaqyolu dağılıb - FOTO
  • Dünən, 10:28
    Milli Məclisdə Azərbaycan dilinə və rəqəmsal suverenliyin qorunmasına dair dinləmələr keçiriləcək
  • Dünən, 10:22
    3 qutaba 75 manatın hesablandığı restoranın sahibi məşhur iş adamı imiş - FOTO
  • Dünən, 10:03
    Mərkəzi Elmi Kitabxanada Milli Musiqi Gününə həsr olunan sərgi açılıb
  • Dünən, 09:52
    Bu gün dollar neçəyədir? Mərkəzi Bank məzənnələri açıqladı
  • Dünən, 09:49
    Ucarda narkotik “plantasiyası” aşkarlandı: 140 kol müsadirə edildi
  • Dünən, 09:44
    “Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
  • Dünən, 09:24
    Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Argentina və Qazaxıstanla qarşılaşacaq
  • Dünən, 09:17
    Qazax kollecində “acı bağırsağı” kim uzadır?
  • Dünən, 08:52
    Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • 20-09-2026, 14:00
    Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
  • 20-09-2026, 13:00
    Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb
  • 20-09-2026, 12:30
    "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
  • 20-09-2026, 12:00
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • 20-09-2026, 11:00
    Donald Tramp vaxtından əvvəl Vaşinqtona qayıdıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə