• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

General Raul Zeynalov şabalıd alveri edirmiş

Araşdırma

16-10-2025, 16:42

Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, kapitan Ayaz Bayramovun general Raul Zeynalov da daxil olmaqla 9 nəfərin 3 milyon manata yaxın pulunu ələ keçirmə ittihamı ilə həbs edilməsi barədə məlumat vermişdik.
BakuNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təqsirləndirilən kapitanla generalı bağlayan şabalıd alveridir. Belə ki, Ayaz əsasən R.Zeynalovun pulu ilə Qəbələ, Balakən və Zaqataladan Bakıya şabalıd gətirib. Şəhərə TIR-larla çatdırılan şabalıd daha çox “Meyvəli” Ticarət Mərkəzindəki mağazalara paylanılıb. Təxminən 2 ilə yaxın generalla kapitan bu alverdən yaxşı qazanc əldə ediblər. Zərərçəkmişlərin dilindən desək, ölkədə şabalıd monopoliyası qurublar. Amma zabitlərin birgə alveri sonda iflasa uğrayıb.
Malların batmasına görə təqsirləndirilən şəxslə Raul Zeynalov arasında münasibətlər pozulub. Sonuncu şabalıd gətirməsi üçün verdiyi 1 milyon manatı Ayazdan geri ala bilmədiyini iddia edərək prokurorluğa şikayət edib.

Generaldan əlavə, polkovnik-leytenant da alverə pul yatırıbmış
Cinayət işində adı keçən ikinci zərərçəkmiş isə Raul Zeynalov və Ayaz Bayramovla eyni nazirlikdə şöbə müdiri işləyən polkovnik-leytenant Yasin Muradovdur. İstintaq müəyyən edib ki, Ayaz general Zeynalovdan əlavə, Yasin Muradovla da iş görüb. Muradov da şabalıd alverindən qazanc əldə etməsi üçün Ayaza 200 min manatdan artıq pul verib. Yekunda pulu batmaqla yanaşı o, nazirlikdəki vəzifəsini də itirib.
Bu da son deyil. Eyni nazirlikdə baş leytenant rütbəsi ilə işləmiş Toğrul Kazımzadə də şabalıd alverinə qoşulub aldananlardandır. O da məsələlərin üstü açılandan sonra işdən çıxarılıb.

Kazımzadənin sözlərinə görə, Ayazın birdən-birə varlanması onun diqqətini çəkib. Üstəlik, generalla işləməsi onun inamını daha da artırıb: “Kazarmada yaşayan adam idi. Birdən-birə maşın, ev aldı. Hamı bildi ki, Raul Zeynalovla işləyir. Sonra elə oldu ki, mənə də işləmək təklif etdi. Dedi ki, nə qədər pul qoysan, şabalıdın satışından olacaq gəlirin 10 faizi sənindir. Birinci dəfə 77 min manat vermişdim. Hər dəfə pulu götürməyə bahalı maşınlarla gəlirdi. Amma bilirdim ki, o maşınlar Raul Zeynalovundur. Sonra qəfil yoxa çıxdı. Zəng edib dedi ki, guya güclü yağış yağıb, mal batıb. Ümumilikdə ona 125 min yox, 145 min manat vermişəm. Həmin puldan da cəmi 60 min qaytarıb, hazırda 84 min borcludur”.
Şüşə qəfəs arxasında əyləşən Ayaz isə Toğrulun yalan danışdığını, onu Raul Zeynalovun öyrətdiyini deyib: “Bu adam heç bilmir nə qədər pul verib. Gah deyir 125, gah deyir 145 min… Raul Zeynalovun ssenarisi ilə danışır. Yaxşı, Toğrulu aldadırdımsa, 77 min manatını qaytarandan sonra niyə 145 min də verdi? Raul mənə demişdi ki, sənin bütün ailəni tutduracağam. Bunlar mənim üstümdən oyun oynayırlar. Birlikdə xeyli qazanmışıq, amma iş tərs gətirib axırda batdıq. Belə çıxır ki, bunlar pulu faiz kimi verirlərmiş. Toğruldan da nə almışamsa, hamısını qaytarmışam”.
İş üzrə digər zərərçəkmiş isə Cəmilə Seyidovadır. Seyidova deyir ki, Ayazı uşaqlıqdan tanıyıb, ikisi də Qəbələdə böyüyüblər. Ayazın müxtəlif vaxtlarda ondan borca pul alıb, sonradan artıqlaması ilə qaytardığını deyir. Şabalıd alverinə başlayandan sonra isə məbləğ böyüyüb, sonuncu dəfə ondan 120 min manat pul götürüb: “Heç vaxt Ayaza bu qədər pul verməzdim. Özünü varlı kimi göstərməsi məni aldatdı. “Range Rover”, “Lexus” kimi maşınlar sürürdü. Bir dəfə maşını açdı, içində külli miqdarda pul var idi. Dedi ki, bəs sən 150 min manat ver, nə qazansam, yarısı sənindir. Birinci dəfə 30 min verdim, 1 həftə ərzində artıq 3 min qaytardı.
Özünü ölkədə şabalıd monopoliyasına baxan adam kimi təqdim edirdi. Çoxlu pullar göstərib, “görürsən yerlin nə oyun çıxarır, hamısı generalların, polkovniklərin pullarıdır. Yaxında milyonçu olacağam”, - deyirdi.
Bundan sonra güvənim artdı. Oğlumun da maşınını satıb, 120 min manat da verdim. Haradasa ondan bu günə qədər 40 min qaytarıb. Sonradan öyrəndim ki, bunun hamıya borcu olub”.
Təqsirləndirilən şəxs isə xanımın dedikləri ilə qətiyyən razılaşmayıb. Onunla heç vaxt şabalıd alveri etmədiyini, pulları faizə götürdüyünü deyib: “Bu bütün pulları mənə faizə verib. Həmişə də aldığım pulu faizi ilə qaytarmışam. İndi də o birilər kimi Raul Zeynalovun ssenarisi ilə danışır. Cəmiləyə heç bir borcum yoxdur”.
Cəmilə həmyerlisi ilə mübahisə edə-edə zaldan çıxıb.
Proses gələn həftə qaldığı yerdən davam edəcək.
Qeyd edək ki, 39 yaşında general-mayor rütbəsinə layiq görülən Raul Zeynalov FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini işləyibO, hazırda heç bir dövlət qurumunda çalışmır, biznes fəaliyyəti ilə məşğul olduğu deyilir.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

8-10-2025, 12:18

General Raul Zeynalovun 1 milyonu ələ keçirilib

Gündəm / Hadisə

15-11-2024, 18:39

General mənimsədiyi pullardan 12 milyon manat ödəyib

Cəmiyyət

10-06-2024, 13:29

Zakir Həsənov generalı vəzifəsindən azad etdi

Dünya

18-08-2022, 20:53

İdmançının yalan iddiasına görə biznesi iflasa uğrayıb

Siyasət

15-12-2023, 13:20

Prezident onlara general rütbəsi verdi - SİYAHI

Gündəm / Siyasət

26-02-2024, 14:28

Kəmaləddin Heydərovun yeni müavini kimdir? - DOSYE

Dünya

15-08-2022, 00:39

İrəvanda ticarət mərkəzindəki partlayışda 3 nəfər ölüb, 61 nəfər yaralanıb

Siyasət

7-11-2023, 14:51

Zakir Həsənov, Kərim Vəliyev və daha üç general “Qarabağ” ordeni ilə təltif edilib

Cəmiyyət

5-08-2022, 18:45

Özünü general Hikmət Həsənov kimi təqdim edən şəxs necə ifşa olundu

Cəmiyyət

4-07-2024, 15:48

Azərbaycanda iki general ehtiyata buraxılıb

Ölkə

1-09-2023, 17:33

Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı YENİ QƏRAR

Cəmiyyət

16-10-2023, 11:05

Azərbaycanda general infarkt keçirdi

Araşdırma
Həkimlərdən “fond pulu”, yoxa çıxan dərmanlar, işə gəlməyən əməkdaşlar – Gəncə xəstəxanasında qalmaqallı iddialar
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
Hadisə
Bu gün, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
Bu gün, 10:15
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
Dünən, 18:30
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
Dünən, 17:45
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi - Foto
Dünən, 16:55
"Unibank və Leo Bank"ın ortaq oyunu: Vətəndaş iki bankın arasında qalıb
8-09-2026, 10:39
Tanınmış generala ağır itki
Xəbər lenti
  • Bu gün, 20:23
    Həkimlərdən “fond pulu”, yoxa çıxan dərmanlar, işə gəlməyən əməkdaşlar – Gəncə xəstəxanasında qalmaqallı iddialar
  • Bu gün, 19:51
    Gəncə Şəhərində" Füzuli restoranın" tüstüsü və sakinlərin narazılığı... VİDEO
  • Bu gün, 18:00
    Makron üçün kritik an: Büdcə qəbul olunmasa, parlament buraxıla bilər
  • Bu gün, 17:25
    Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
  • Bu gün, 17:14
    Törətdiyi bu iqtisadi təxribata görə... Məmməd Musayevi yaxın vaxtlarda nələr gözləyir
  • Bu gün, 17:00
    Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
  • Bu gün, 16:49
    Fərid Eyvazovun güc şousu alınmadı: Alliance Clinic-də ciddi nöqsanlar – FOTO
  • Bu gün, 16:30
    Nazir özünə yeni müşavir təyin etdi
  • Bu gün, 15:50
    Paşinyanın Fransa səfəri - Paris Moskvanın İrəvana təsirini neytrallaşdıra biləcəkmi? - ŞƏRH
  • Bu gün, 15:30
    “Əcəmi Mal” Ticarət Mərkəzi qanunsuz necə artırıldı? - BU NƏDİ BELƏ?
  • Bu gün, 15:07
    İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
  • Bu gün, 14:59
    Dünya çempionumuz Turqay Qəribli Prezident İlham Əliyevə xüsusi minnətdarlığını bildirdi
  • Bu gün, 14:40
    Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib
  • Bu gün, 14:07
    “Pilgrim Education”da 20 faiz oyunu? – Vətəndaşın pulunun 80 faizi hara gedir?
  • Bu gün, 13:16
    "Bizi gündə 12–14 saat, elə vaxt olur 16 saat işlədirlər..." - Naxçıvanda işçilərə KÖLƏ MÜNASİBƏTİ...
  • Bu gün, 12:41
    Sabah Bakıda 28 dərəcə isti olacaq
  • Bu gün, 12:17
    İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
  • Bu gün, 12:04
    Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış... - FOTO
  • Bu gün, 11:33
    Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda tədarük edilib
  • Bu gün, 11:17
    Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb
  • Bu gün, 10:40
    Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
  • Bu gün, 10:15
    Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
  • Bu gün, 09:40
    "Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
  • Bu gün, 09:29
    Burda müştərini ZƏHƏRLƏMƏK İSTƏYİRLƏR? - BU NƏDİ BELƏ?
  • Bu gün, 09:07
    Bakının Yasamal, habelə Ağdaş, Tərtər və Yevlax rayonlarının bir hissəsində işıq olmayacaq
  • Bu gün, 08:59
    “Emin Əmrullayev PISA 2025”in nəticələri ilə bağlı səhvə yol verib - FOTO
  • Bu gün, 08:40
    Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • Dünən, 19:00
    Rusiya ilə Türkiyə XİN-ləri Cənubi Qafqaz və Ukraynadakı vəziyyəti müzakirə ediblər
  • Dünən, 18:30
    Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
  • Dünən, 18:24
    “Saqqalları qısaldın, çadranı yığışdırın” - Kadırov çağırış etdi
  • Dünən, 18:10
    Merts Trampla planlaşdırılmış telefon danışığını ləğv edib
  • Dünən, 18:02
    Şeyx Türkiyəyə köməyə özəl təyyarəsini göndərmək istəyib? - Video
  • Dünən, 17:45
    Ana qolları olmadığı üçün körpəsindən imtina etdi - Foto
  • Dünən, 17:33
    Əmrullayev pedaqoji stajı çatmayan şəxsi məktəb direktoru təyin edib - ARAŞDIRMA
  • Dünən, 17:19
    Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə