Sizin reklam burada 728×90
Son dəqiqə

Zaqatalada polis əməkdaşları şəhid ailələrini ziyarət ediblər

07.11.2022 19:30 828 1 dəq oxunur
Zaqatalada polis əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Zəfər Günü münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ailə üzvlərini ziyarət ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bakunews.az-ya verilən məlumata görə, ziyarət zamanı xalqımıza qələbə sevinci yaşadan şəhidlərimizin qəhrəmanlıqlarından danışılıb, onların keçdikləri şərəfli döyüş yolu xatırlanıb. Gələcək nəsillər üçün də örnək olan qəhrəman oğullarımızın əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

Görüşlər zamanı polis əməkdaşları gətirdikləri sovqatları ailələrə təqdim edib,onların qayğıları ilə maraqlanıblar.


bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az