Sizin reklam burada 728×90
Son dəqiqə

Oğuzda polis əməkdaşları şəhid ailələri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər

31.12.2022 18:25 647 1 dəq oxunur
Oğuzda polis əməkdaşları şəhid ailələri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ailə üzvlərini və aztəminatlı soydaşlarımızı ziyarət ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ulutv.org-a verilən məlumata görə, ziyarət zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın igidlik və şücaətindən danışılıb, onların keçdikləri şərəfli döyüş yolu xatırlanıb.

Aztəminatlı ailələrin də evində qonaq olan asayiş keşikçiləri onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Bayram münasibətilə ailələri təbrik edən polis əməkdaşları gətirdikləri sovqatları onlara təqdim ediblər.

Ulutv.org
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az