Sizin reklam burada 728×90
Son dəqiqə

Polkovniki Məmməd Hüseynov narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı problemlərdən danışıb

17.02.2023 01:19 597 1 dəq oxunur
Polkovniki Məmməd Hüseynov narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı problemlərdən danışıb
Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 2 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbiri keçirilib.

bakunews.az xəbər verir ki, Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Məmməd Hüseynov narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı problemlərdən danışıb. O, qeyd edib ki, bu zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər görülür və bu cinayət əməli ilə məşğul olan şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunurlar.
Tədbir zamanı daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar da verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə də çıxışlar edilib.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az