Sizin reklam burada 728×90
Son dəqiqə

2 saylı tam orta məktəbdə "Yol Hərəkəti"qaydalarına riayət olunması və öyrənilməsi mövzusunda maarifləndirici görüş keçirilib

17.02.2023 22:22 578 1 dəq oxunur
2 saylı tam orta məktəbdə "Yol Hərəkəti"qaydalarına riayət olunması və öyrənilməsi mövzusunda maarifləndirici görüş keçirilib
Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təşkilatçılığı ilə M.Əzizbəyov adına 2 saylı tam orta məktəbdə "Yol Hərəkəti"qaydalarına riayət olunması və öyrənilməsi mövzusunda maarifləndirici görüş keçirilib.

Tədbirdə RPŞ-nin DYPB-nin əməkdaşları yol hərəkəti qaydaları barədə çıxışlar edərək, məktəblilərə yol nişanları haqqında geniş məlumatlar veriblər.
Görüşün sonunda şagirdləri maraqlandıran sualları cavablandıran polislər, onlara yol hərəkəti qaydalarının öyrənilməsi barədə dərs vəsaitləri paylayıblar.


Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az