Sizin reklam burada 728×90
Son dəqiqə

Avtomobilləri köhnə olanlar - SİZƏ PUL VERİLƏCƏK

23.07.2022 17:50 707 1 dəq oxunur
Avtomobilləri köhnə olanlar - SİZƏ PUL VERİLƏCƏK
Azərbaycana bu avtomobillərin gətirilməsi məhdudlaşdırılacaq.

bakunews.az xezerxeber-ə istinadən xəbər verir ki, Azərbaycanda köhnə avtomobil parkının yenilənməsi hədəflənib. Bu məqsədlə ölkəyə ili köhnə avtomobillərin idxalı və istifadəsi məhdudlaşdırılacaq. Proses növbəti 4 il ərzində həyata keçiriləcək. Müəyyən maliyyə güzəştləri də nəzərdə tutulur. Bu, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının tədbirlər planında əksini tapıb. Aidiyyəti qurumlar 4 il ərzində elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştlərinin tətbiqinə və istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılmasına dair tədbirlərin görülməsini təmin etməlidir.

Eyni zamanda 2022-2026-cı illər ərzində ölkə ərazisində avtomobillərin elektrik enerjisi ilə doldurulması üçün müvafiq məntəqələrin sayının artırılması və əhatə dairəsinin genişləndirilməsi, həmçinin ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığı təmin olunmalıdır.

Hazırda Azərbaycanda istismar müddəti 5 ilə qədər olan minik avtomobilləri ölkə üzrə ümumi avtomobil parkının 4,7 %-ni təşkil edir.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az