• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycan bərpaolunan enerji ilə bağlı qlobal trendləri necə izləyir?

İqtisadiyyat

26-07-2022, 20:02

Bu gün dünyada sənayeləşmə və rəqəmsallaşmanın sürətlə getdiyi bir dövrdə ən əhəmiyyətli məsələlər sırasında enerji təhlükəsizliyi dayanır. Eyni vaxtda həm enerjiyə artan tələbatın təmin edilməsi, həm də qlobal ekoloji tələblərə əməl edilməsinin vacibliyi dünya ölkələrinin bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirməyə sövq edir. Bu baxımdan qlobal enerji siyasətində əsas istiqamətlərdən biri enerji keçididir, bərpa olunan enerji texnologiyalarının sürətli inkişafı və dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəfləri "yaşıl enerji" isə keçidini sürətləndirməkdədir.

Təbii ki, bunun üçün də ən müasir texnologiyalardan istifadə önəmlidir. 2019-cu ildən başlayaraq dünyanı ağuşuna alan yeni növ koronavirus (COVID-19) pandemiyası digər sahələrə olduğu kimi elektroenergetika sahəsinə də təsirsiz ötüşmədi.
bakunews.az report-a istinadən bildirir ki, statistik göstəricilərə görə, 2020-ci ildə dünya miqyasında ümumi gücü 260 QVt-dan çox olan bərpa olunan enerji stansiyaları istismara verilib ki, bu, 2019-cu ildəki rekordu təxminən 50 % üstələyir. Bu, bir daha onu göstərir ki, bərpaolunan enerji mənbələrindən istifadə dünyanın əsas predmetinə çevrildiyi üçün heç bir qapanma və pandemiya onun qarşısını ala bilməyib.

Ayrı-ayrı enerji növlərində artım göstəriciləri fərqli olsa da, reallıqda dinamik inkişaf müşahidə olunur.

Qlobal olaraq bərpa olunan enerjinin əhəmiyyəti yüksək qiymətləndirildiyi üçün beynəlxalq təşkilatlar da bu enerji keçidinin sürətlənməsinin tərəfdarıdır.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) məlumatına əsasən, bu sektorda dünyada 2019-cu ildə 11,5 milyon, 2020-ci ildə isə 12 milyon adam iş tapıb. IRENA bu rəqəmin 2030-cu ildə 24-25 milyon, 2050-ci ildə isə 43 milyon nəfər olacağını proqnozlaşdırıb.

Qlobal iqtisadiyyatın tərkib hissəsi olan Azərbaycan da bu trendlərdən geri qalmır.

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"dən biri kimi "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi"nin müəyyənləşdirildiyini nəzərə alaraq qeyd etmək olar ki, qarşıdakı dövrdə bərpa olunan enerji mənbələrindən istifadəyə diqqət daha da artırılacaq. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, Azərbaycan 2026-cı ilədək ümumi enerji qoyuluşunda bərpaolunan enerji mənbələrinin payının 24 %-ə, 2030-cu ilə qədər isə 30 %-ə çatdırılmasında maraqlıdır. Həmçinin məşhur Paris anlaşmasına görə, rəsmi Bakı bu müddətdə Azərbaycan atmosferə buraxılan CO2-nin həcminin bir faiz bəndi həcmində azaldılmasını da öhdəlik kimi götürür.

Digər bir maraqlı faktı da qeyd etmək lazımdır ki, Azərbaycan dünya enerji və ekologiya siyasətinə töhfə olaraq ölkəyə idxal edilən ekoloji təmiz avtomobillərin idxalını stimullaşdırmağa başlayıb. Belə ki, elektromobillərin və istehsal müddəti son 3 ili əhatə edən hibrid avtomobillərin idxalı vergi və gömrük rüsumlarından azad edilib.

Rəsmi Bakının bərpaolunan enerji sahəsində atdığı növbəti addımlar Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliyinin "Masdar" şirkəti ilə qoyuluş gücləri müvafiq olaraq 240 MVt olan külək elektrik stansiyası və 230 MVt gücündə günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihələrin həyata keçirilməsinə başlanılması olub.

Hər iki layihə ümumilikdə ölkəmizə 500 milyon ABŞ dollarından çox birbaşa xarici investisiyanın cəlbinə səbəb olur. Bu da yeni iş yerlərinin, xüsusən də bərpa olunan enerji sahəsinə xidmət edən yeni xidmət sektorlarının yaradılmasını ehtiva edir.

Beynəlxalq təşkilatların da hesabatlarında göstərilir ki, Azərbaycan da bərpa olunan enerji mənbələrindən istifadənin inkişaf etdirilməsi üzrə geniş potensiala malik olan ölkələrdəndir. Hazırda Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27 000 MVt həcmində qiymətləndirilir. Külək enerjisi potensialı 3 000 MVt, günəş enerjisi potensialı 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çayları üzrə potensial isə 520 MVt həcmindədir.

Respublikamızın müxtəlif bölgələrində ümumi gücü 66 MVt təşkil edən külək, 40 MVt olan günəş, 38 MVt bioenerji elektrik stansiyaları, həmçinin 32 MVt gücündə kiçik su elektrik stansiyaları istismar olunur. 2020-ci ildə respublikada ümumi elektrik enerjisi istehsalı 25,8 milyard kVt/st olub ki, bunun 1,3 milyard kVt/st-ı böyük su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrinin payına düşüb.

Dünya Bankının hesabatına görə, Xəzər dənizinin Azərbaycan akvatoriyası külək enerjisi potensialına görə, dünyada iki ən unikal məkanlardan biridir. İlkin hesablamalara görə, buranın illik enejri potensilaı 157 GVt-dır ki, bu da cari qoyuluş gücündən on dəfələrlə çoxdur.

Rəsmi Bakının planında var ki, 2036-cı ilə qədər bu potensialın 7,2 GVt-nı reallaşdırsın.

2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarını azad edən Azərbaycan bu ərazilərin "Yaşıl enerji" zonasına çevrilməsində israrlıdır.

Məhz bu səbəbdən də Azərbaycan azad edilmiş ərazilərdə "yaşıl enerji" konsepsiyası tətbiq edir.

Bu konsepsiyanın tərkib hissəsi olaraq Qarabağın enerji potensialı araşdırılıb və Cəbrayıl-Zəngilanın günəş, Kəlbəcər-Laçının isə daha çox külək enerjisi potensialı olduğu müəyyən edilib. Dərhal hərəkət keçən hökumət xarici investorlarla uğurlu danışıqlar aparıb və nəticədə Cəbrayıl rayonu ərazisində 240 MVT gücündə yeni külək enerjisi parkının yaradılması üçün BP ilə ilkin razılıq əldə edilib.

Bu il iyun ayının əvvəlində baş tutan imzalanma nəticəsində yaradılacaq park bir çox cəhətdən Azərbaycanın qazanclı çıxmasına səbəb olacaq. Belə ki, günəş elektrik parkının işə düşməsi ilə Azərbaycan hər il 120 milyon kubmetr qaza qənaət edəcək. Bu həm ekoloji baxımdan, həm də Azərbaycanın qaz ixracı imkanlarını artıracaq. Bir sözlə ölkəmiz maddi qazancını artıracaq.

Stansiyanın işə düşməsi ilə Azərbaycan illik orta hesabla 500 milyon kVt/saat elektrik enerjisi istehsal edəcək.

Ümumilikdə isə Qarabağın elektrik enerjisi potensialı 10 GVt müəyyən edilib.

Bir faktı da qeyd etmək lazımdır ki, Azərbaycanın unikal investisiya mühitinin olması ölkəmizin digər sahələrdə olduğu kimi bərpaolunan enerji sahəsində də həyata keçirdiyi layihələrə xarici investorların marağı böyükdür. Belə ki, bu layihələrə həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankı, həm də Asiya İnkişaf Bankı sərmayə yatırmaqda maraqlı olduqlarını açıqlayıblar.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

17-02-2023, 22:20

Azərbaycan enerji təhlükəsizliyi baxımından strateji tərəfdaşdır

Ölkə

1-05-2023, 19:23

Enerji siyasəti ölkəmizin enerji təhlükəsizliyinin qarantıdır

İqtisadiyyat

3-02-2023, 19:40

“Acwa Power” şirkəti ilə əməkdaşlıq genişlənir

İqtisadiyyat

3-09-2022, 10:33

İtaliyalı analitiklər İlham Əliyevin səfərini şərh etdilər

İqtisadiyyat

4-04-2023, 21:45

ABŞ ilə iqtisadi-ticarət əməkdaşlığı müzakirə olunub - FOTO

Siyasət

2-09-2022, 18:31

"İlham Əliyevin beynəlxalq forumda iştirakı ölkəmizə olan böyük hörmətin nümunəsidir"

Cəmiyyət

10-08-2022, 16:20

Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında fasilələr yaranıb

Dünya

4-09-2022, 10:55

“Rusiya qışda Avropaya həlledici enerji zərbəsi hazırlayır” - Zelenski

Dünya

13-07-2022, 18:31

Macarıstanda fövqəladə vəziyyət elan edildi

Dünya

24-08-2022, 22:38

İtaliyanın Baş naziri ölkəsinə təbii qaz tədarükündə Azərbaycanın əhəmiyyətini vurğulayıb

Dünya

10-08-2022, 19:02

TƏCİLİ! Dünyanın ən varlı insanları düyməyə basdı: mühüm axtarış başladı

Siyasət

4-09-2022, 12:57

Azərbaycan ilə İtaliya arasında enerji sahəsində əməkdaşlıq bundan sonra da genişlənəcək

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Dünən, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
Xəbər lenti
  • Dünən, 19:00
    Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
  • Dünən, 18:51
    İlham Əliyev üç rayona başçı təyin etdi
  • Dünən, 18:41
    Bir səs susdu, izi qaldı – Əvəz Zeynallıya vida
  • Dünən, 18:30
    Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
  • Dünən, 18:00
    Dünya Bankı: ASCO Orta Dəhlizin Xəzərdə fasiləsiz fəaliyyəti üçün fider gəmilərinin sayını artırmalıdır
  • Dünən, 17:19
    Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən, 16:59
    Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
  • Dünən, 16:48
    Agentlik Abid Şərifovun şirkəti ilə 9 milyonluq RAZILAŞMA İMZALADI
  • Dünən, 16:32
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:14
    158 saylı məktəbdə qalmaqal:direktor öz kabinetində…
  • Dünən, 15:54
    Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vurulub
  • Dünən, 15:43
    Naxçıvanın miqrasiya rəisi qadının evini zorla əlindən alır - BU NƏDİ BELƏ?
  • Dünən, 15:06
    Türkiyə Milli Müdafiə Nazirliyi "Birliyin gücü - 2026"dan maraqlı görüntülər paylaşıb
  • Dünən, 14:56
    Binəqədi rəsmən SAHİBSİZ QALIB... - NARAZILIQ VAR...
  • Dünən, 14:42
    Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ
  • Dünən, 13:08
    Nazirlik “Bravo”dan 58 min manata 3 ədəd stend icarəyə götürəcək - DETALLAR
  • Dünən, 12:50
    Xarkova endirilən zərbələr nəticəsində 10-u uşaq olmaqla 29 nəfər yaralanıb
  • Dünən, 12:45
    Məhkəmə-Tibbi Ekspertizada “kreslo savaşı”: Cavid Cahangirov Ədalət Həsənovun postuna göz dikib?
  • Dünən, 12:02
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
  • Dünən, 11:38
    İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
  • Dünən, 11:10
    Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM
  • Dünən, 10:58
    Rusiyalı turistlərin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda MACƏRASI - "ÇYORT POBERİ"
  • Dünən, 10:36
    Bakıda iki yolun kəsişməsində yeni tunel inşa ediləcək
  • Dünən, 10:13
    Hövsanda məktəb skandalı: Sinif rəhbərinin təzyiqindən sonra 8-ci sinif şagirdi evə qayıtmadı
  • Dünən, 09:36
    Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
  • Dünən, 09:34
    "TTY-nin Mərkəzi Klinika ilə nə işi var?" - HƏQİQƏTƏN DƏ...
  • Dünən, 09:02
    Yasamal və Nizami rayonlarının bir sıra ərazilərində bu gün işıq olmayacaq
  • 27-09-2026, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • 27-09-2026, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • 27-09-2026, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • 27-09-2026, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • 27-09-2026, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • 27-09-2026, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • 27-09-2026, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • 27-09-2026, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə