• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İlk dəfə olaraq Milli Mətbuat Günü ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş bütöv Azərbaycanda keçirilir

Cəmiyyət

22-07-2024, 02:56

Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir... (Ulu Öndər Heydər Əliyev)
“Əkinçi” qəzetinin ilk nömrəsinin çap olunduğu gün - 22 iyul ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. Bu il milli mətbuatımızın yaranmasından 149 il ötür.
“Əkinçi” qəzetinin nəşri Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış unudulmaz tarixlərdən biridir. Bu qəzet çox çətin, mürəkkəb bir dövrdə xalqı maarifləndirmək, məlumatlandırmaq, insanlara ana dilində qəzet oxumağı aşılamaq kimi mühüm missiyaları üzərinə götürərək böyük bir jurnalistika məktəbinin əsasını qoymuşdur.
“Əkinçi” müasirləşmə, azərbaycançılıq və digər bəşəri dəyərləri təbliğ edərək, hadisələri obyektiv işıqlandıraraq Azərbaycanda azad demokratik mətbuatın gələcək inkişafının möhkəm təməlini formalaşdırmışdır. “Əkinçi”dən sonra “Molla Nəsrəddin”, “Ziya”, “Kaspi”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “Açıq söz” və s. kimi qəzet və jurnallar da mətbuatımızın inkişafında böyük rol oynamışdır.
Müasir Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişdir. Ümumilli Lider xarici ölkələrə səfərləri, eləcə də ölkəmizdə keçirilən mötəbər tədbirlər zamanı media nümayəndələri ilə səmimi söhbətlər aparmış, müsahibələr vermiş, öz fikirlərini bölüşmüşdür. Bu dahi şəxsiyyətin mətbuat nümayəndələrinə qeyri-rəsmi münasibət göstərməsi onları daha həvəslə işləməyə, peşələrinin sirlərinə dərindən yiyələnməyə, eyni zamanda cəsarətli olmağa sövq edib.
Əminliklə söyləmək olar ki, ölkə Prezidenti İlham Əliyev Ulu Öndərin mətbuat sahəsində açdığı cığırı geniş yola çevirməyə nail olmuşdur. Prezidentin mətbuat sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı, onun ölkədə jurnalistika və jurnalistlərlə bağlı problemlərin həlli istiqamətində atdığı addımlar bu sahənin sürətlə inkişaf etməsinə, KİV-lərin fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.
Xatırlamaq yerinə düşər ki, 2020-ci ildə Azərbaycan jurnalistikası ağır sınaqlardan keçmişdir. Elə həmin ilin fevral ayından etibarən COVID-19 pandemiyasının ölkəmizdə də yayılmağa başlaması Azərbaycan dövləti, səhiyyəsi ilə yanaşı, mətbuatımızın qarşısına da mühüm vəzifələr qoymuşdur. Azərbaycan jurnalistləri koronavirus pandemiyası dövründə mətbuatın üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirərək ölkə ictimaiyyətini fasiləsiz məlumatlandırmaqda davam etmişdir. Mütəmadi olaraq koronavirus ilə bağlı ictimaiyyətin suallarının cavablandırılmasında, məlumatların çatdırılmasında jurnalistlərin xüsusi mövqeyi və əziyyəti danılmazdır.
2020-ci il sentyabrın 27-də təcavüzkar erməni ordusunun Azərbaycanı müxtəlif mövqelərdən atəşə tutması ilə başlayan II Qarabağ müharibəsi isə növbəti sınaq olmuşdur. Azərbaycan jurnalisti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davam edən 44 günlük müharibə dövründə həm ön, həm də arxa cəbhədə yorulmadan fəaliyyətini davam etdirmişdir. Müharibə bölgələrindən canlı bağlantılar, tarixi qələbələrə və zəfərlərə dair ən son xəbərlər operativ şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırılmışdır. Sonrakı dövrdə də Azərbaycan həqiqətlərinin işıqlandırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti danılmazdır.
2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun separatçılarına ağır zərbələr vurulmuşdur. Düşmən qüdrətli ordumuzun qarşısında cəmi 23 saat 43 dəqiqə ərzində davam gətirə bilmişdir. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərmişdirlər. Bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyulmuşdur. Məhz mətbuat nümayəndələrinin peşəkarlığı, fədakarlığı sayəsində Azərbaycanın apardığı ədalətli müharibə, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin xalqımıza qarşı törətdiyi müharibə cinayətləri haqqında dünya ictimaiyyətinə dolğun məlumatlar çatdırılmışdır. AMEA Rəyasət Heyətinin cari ildə keçirilən iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanın antiterror əməliyyatı ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini müasir tariximizin yeni dövrü kimi qiymətləndirmişdir.
Ölkə jurnalistikasının bir parçası olan AMEA mətbuatı da tarixi ənənələrə sadiq qalaraq öz fəaliyyətini uğurla davam etdirir, akademik məlumatları yaymaqda davam edir. Ölkənin elmi ictimai həyatında baş verən bütün hadisələrə həssaslıqla yanaşaraq cəmiyyətə operativ, dolğun məlumatlar ötürür.
Qeyd edək ki, iyulun 5-də AMEA-nın Rəyasət Heyətinin üzvləri və Rəyasət Heyəti aparatının şöbə müdirlərinin iştirak etdiyi müşavirədə vətəndaşların müraciətinin operativ araşdırılması və cavablandırılması məqsədilə daxili imkanlar hesabına İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılması haqqında müzakirələr aparılmışdır.
Məlumdur ki, dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olmuşdur. 2024-cü ildə ölkəmizdə bir neçə böyük tədbirin keçirilməsi nəzərdə tutulmuşdur ki, bunlardan ən önəmlisi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP 29-dur.
2024-cü ilin sentyabr ayında isə ölkəmizdə Milli Məclisə seçkilərin keçirilməsi planlaşdırılır. Eyni zamanda, 2025-ci ilin mart ayında Azərbaycanın elm məbədi olan Milli Elmlər Akademiyasının yaranmasının 80 illiyi münasibətilə yubiley tədbiri nəzərdə tutulur.
Ölkəmizin bu günü və gələcək inkişafı üçün böyük əhəmiyyətə malik olan bütün bu tədbirlər həm müvafiq dövlət qurumları, həm də elmi ictimaiyyət və mətbuatın qarşısında strateji vəzifələr qoyur.
Builki Mətbuat Gününü daha fərqli və möhtəşəm edən bu bayramın ilk dəfə olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş bütöv Azərbaycanda qeyd olunmasıdır. İnanırıq ki, uzun və şərəfli tarixə malik olan, artıq bütöv, bölünməz Azərbaycan dövlətinin mətbuatı öz qarşısında duran bütün vəzifələrin, missiyaların öhdəsindən layiqincə gələcək. Milli jurnalistikamız bundan sonra da dövlətimizin dəstəyilə, inamlı şəkildə irəliləyəcək, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliğində fəal rol oynayaraq daha böyük nailiyyətlərə imza atacaq.
Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

20-07-2022, 16:58

CinemaPlus-da “Milli mətbuat günü”

Cəmiyyət

22-07-2022, 13:25

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib

Mədəniyyət

23-07-2022, 16:41

Milli Mətbuat Günündə Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi ziyarət olunub

Gündəm / Siyasət

15-06-2024, 06:27

Azərbaycanda Milli Qurtuluş Günüdür

Gündəm / Siyasət

28-05-2024, 08:41

Azərbaycanda Müstəqillik Günüdür

Cəmiyyət

11-05-2023, 21:01

Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirdi

Siyasət

26-04-2023, 20:04

Azərbaycan Ümummilli liderin gərgin əməyi sayəsində inkişaf etmişdir

Gündəm

25-10-2023, 10:45

Bu gün Qubadlı Şəhəri Günüdür

Cəmiyyət

20-01-2024, 18:41

Tariximizin qanlı və şanlı səhifəsi

Gündəm / Siyasət

20-01-2024, 14:36

Prezident və xanımı Şəhidlər xiyabanında - Video

Siyasət

23-03-2023, 00:34

Fərid Şərifov: Azərbaycan var olduqca Heydər Əliyev də yaşayacaqdır

Siyasət

13-03-2023, 23:38

Heydər Əliyev ideyaları bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
23-08-2026, 12:30
Göyçayda yol qəzasında xəsarət alan dörd nəfərdən ikisi ölüb - YENİLƏNİB
21-08-2026, 18:48
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
20-08-2026, 10:04
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
19-08-2026, 18:07
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
18-08-2026, 09:16
Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB
17-08-2026, 18:20
Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb
Xəbər lenti
  • Dünən, 19:32
    Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb
  • Dünən, 19:19
    Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
  • Dünən, 18:44
    Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub
  • Dünən, 18:33
    Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
  • Dünən, 18:05
    Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
  • Dünən, 17:56
    Peşə mətkbələrində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi, görə bilmir?
  • Dünən, 16:55
    Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB
  • Dünən, 16:45
    7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
  • Dünən, 16:07
    Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb
  • Dünən, 15:53
    Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
  • Dünən, 15:10
    Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub
  • Dünən, 14:58
    Nazirlik təmir işlərinə 2.5 milyon manat xərcləyəcək
  • Dünən, 14:14
    Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
  • Dünən, 13:55
    Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI... - VİDEO
  • Dünən, 13:41
    Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir
  • Dünən, 13:08
    Zabratda BUDAMA adı altında yaşıl soyqırım... - FOTOFAKT
  • Dünən, 12:29
    UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub
  • Dünən, 12:19
    Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
  • Dünən, 11:56
    Hikmət Hacıyev Buxaradan paylaşım edib
  • Dünən, 11:39
    Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
  • Dünən, 11:31
    Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
  • Dünən, 11:16
    İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
  • Dünən, 11:05
    Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
  • Dünən, 10:29
    Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib
  • Dünən, 10:13
    Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi:OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya
  • Dünən, 09:46
    AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq
  • Dünən, 09:30
    “Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır - VİDEO
  • Dünən, 09:13
    Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb
  • 23-08-2026, 17:00
    Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib
  • 23-08-2026, 16:30
    İrana Məkkə sazişinə qoşulmaq təklifi verilib
  • 23-08-2026, 16:00
    Prezidentin köməkçisi: Rəsmilər öz aralarında Azərbaycan və özbək dillərinin kombinasiyasında danışmağa çalışırlar
  • 23-08-2026, 15:00
    Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
  • 23-08-2026, 14:30
    Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
  • 23-08-2026, 14:00
    ABŞ-də meşə yanğınının sahəsi bir gündə 3,2 min hektara qədər genişlənib
  • 23-08-2026, 14:00
    Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə