• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Bir ildə 67 milyonluq tender udan “lal” deputat - ARAŞDIRMA

Cəmiyyət

17-01-2025, 10:18

Son zamanlar Azərbaycanda tenderləri udan iri şirkətlərin əksəriyyətinin arxasından ya bir məmur, ya da deputat çıxır. Bu sırada öncül yerlərdən birini tutan şirkət isə "AzəriMed”dir.

Tribunainfo.az həmin şirkət, onun gerçək sahibi və digər məsələlərlə bağlı araşdırma aparıb.

67 milyonluq tenderləri udan "əjdaha”

"Azəri Med” QSC-ni "tender əjdahsı” saymaq olar. Çünki ölkədə ən çox tender udan, üstəlik, bahalı müsabiqələrin qalibi olub. O ayrı məsələdir ki, şirkət buna necə nail olub.

Fakt odur ki, sözegedən şirkət təkcə 2024-cü ildə toplam 67 milyon manatlıq tender udub. Əsasən Səhiyyə Nazirliyinin balansında olan müəssisə və mərkəzlərin keçidiyi tenderlərin qalibi olan şirkətin elə ən böyük qazancı da buradan olub. Belə ki, "Azəri Med”in ən böyük tenderinin məbləği 30 milyon manat təşkil edib. Həmin tender Milli Onkologiya Mərkəzinin keçirdiyi müsabiqə olub. Müsabiqəyə əsasən "Azəri Med” kimyəvi reaktorlar, avadanlıqlar və digər vasitələr alıb.


Bundan başqa, şirkətin milyonluq tenderlərin qalibi olması faktı isə açıq mənbələrdə də qeyd olunub. Sonuncu belə "əməliyyatlardan” biri isə Naxçıvanda baş tutub. Şirkət Naxçıvan MR Səhiyyə Nazirliyinin 1 milyonluq tenderinin qalibi olub.

"Azəri Med”in əsl sahibi kimdir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında, "Azəri Med” QSC-nin 2 iyul 2004-cü ildə qeydiyyata alındəğə qeyd edilib. Nizamnamə kapitalı 10 000 manat olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir. QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.

Lakin araşdırma zamanı bəlli olub ki, Famil Rəhimlidən əvvəl şirkəti Qafarov Elman Cabbar oğlu, ondan əvvəl isə Qafarov Hüsaməddin Şəmsəddin oğlu təmsil edib. Hər iki şəxsin deputat Kamaləddin Qafarovla yaxın qohumluq əlaqələrinin olduğu bildirilir. Daha doğrusu, onun əmisi uşaqları olduğu vurğulanır.

Bundan başqa, 2020-ci ilədək "Azəri Med” QSC-nin hüquqi ünvanı Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti ev 65 A, məhəllə 3078A, mənzil 155-də yerləşib. Mediada gedən məlumatlara görə, bu ünvanda deputat Kamaləddin Qafarov da qeydiyyatdadır.

Təbii ki, "əl dəyişdirmə”, yəni əmioğlanlarının adını çıxarıb, başqa birini qanunu təmsilçi təyin etmək izi itirmək məqsədi daşıyıb.

MOM-un tenderlərinin "qənimi”

Nəzərinizə çatdıraq ki, deputat Kəmaləddin Qafarov təkcə deputat deyil, həm də Milli Onkologiya Mərkəzinin direktor müavini vəzifəsində çalışıb. Elə Milli Onkologiya Mərkəzinin keçirdiyi tenderlərin əsas qalibinin "Azəri Med”in olması da bu işlərdə Qafarovun əlinin olması şübhələrini artırır.

Nəzərinizə çatdıraq ki, Kamaləddin Qafarov V və VI çağırış Milli Məclisin deputatıdır. O, 2015 və 2020-ci illərdə keçirilən parlamen seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi 9 saylı Binəqədi İkinci Seçki dairəsindən deputat seçilib.

Yuxarıda qeyd edtdiyimiz kimi, Qafarovun olduğu bildirilən şirkət MOM-un 30 milyonluq tenderini birdəfəyə qazanıb. Bunun da səsbsiz yerə olması inandırıcı deyil.

Deputatın daha hansı şirkətləri var?

Bundan başqa, mediada gedən məlumatlardan aydın olur ki, Kamaləddin Qafarovun biznesi "Azəri Med” QSC ilə məhdudlaşmır. "AzeriMed Tibbi Market”, "Zəfəran” apteklər şəbəkəsi və "Zəfəran Hospaital” və "Shafran” şirkətinin də deputata məxsus olduğu iddia edilir. Yeri gəlmişkən, "Shafran”ın da qanuni təmsilçisi deputatın əmisi oğlu Hüsaməddin Qafarovdur.

Xaricə uzanan biznes

Açıq mənbələrdə Kəmaləddin Qafarovun biznesinin təkcə Azərbaycanda deyil, onun hüdudularından kənara çıxdığına dair də çoxlu məlumatlar var. Xüsusən də onun şirkətlərinin Gürcüstanda yayğın şəkildə fəaliyyət göstərdiyi bildirilir.

Bu barədə tanınmış araşdırmaçı journalist Cavanşir Həsənli daha detallı məlumat paylaşıb.

Qanunu pozan millət vəkili

Qeyd edək ki, qanunla deputatın bizneslə məşğul olması qadağandır. Lakin görünən odur ki, bəzi deputatlar üçün qanun vacib deyil. Əks təqdirdə, nə Qafarov, nə də onun kimi daha bir neçə deputat açıq şəkildə bizneslə məşğul olmazdı.

Digər tərəfdən, Kəmaləddin Qafarov qanunverici orqanın təmsilçisidir. Onun qanunlara hörmət etməsi digərlərindən daha çox lazımdır. Bu, həm məsuliyyət, həm də millət vəkili kimi onun borcudur.

Amma məlum olan odur ki, Qafarov qanunu pozanların sırasında ən öndə gedənlərdən biridir.

Qafarov "Lal derutat” ləqəbini niyə qazanıb?

Maraqlı məqamlardan biri də odur ki, Kəmaləddin Qafarov elə dərin istedada və ya güclü siyasi fəaliyyətə malik deyil. Bunu onun iki dəfə seçildiyi deputatlığı zamanı fəaliyyətsizliyi də təsdiq edir. Elə bu səbəbdəndir ki, əksəriyyət Qafarovu "lal deputat” kimi səciyyələndirir.

İkinci maraqlı məsələ odur ki, Kəmaləddin Qafarov ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən və strateji məqsəd daşıyan mövzular barədə də danışmır. Məsələn, AZAL təyyarəsinin terror məruz qalması, dövlət başçısının bununla bağlı əhatəli açıqlama verməsi və fikirlər səsələndirməsi də deputatı silkələməyib. Həmçinin İranda Azərbaycana qarşı təxribat tədbiri barədə də Qafarovun səsi belə çıxmayıb.

Bəzilərində belə bir təsəvvür yaranıb ki, Kəmaləddin Qafarov kimi deputatlar məhz bizneslərini qorumaq üçün mandat almağa çalışıblar. Bu fikirdə olanlar hesab edirlər ki, Qafarov və onun kimilərin missiyası dövlət və onun maraqları deyil, öz biznesləridir. Arqumentləri isə budur ki, ölkə üçün mühüm əhəmiyyət daşıyan hadisələrdə belə susan mandat sahibinə başqa cür yanaşmaq mümkün deyil.

Hərçənd onun başlıca vəzifəsi biznes deyil, dövlətin maraqlarını qorumaqdır ki, Qafarov baş verən mühüm əhəmiyyət daşıyan mövzularda mütləq danışmalıydı. Ağzına su alaraq oturmaq, heç bir hadisəyə münasibət bildirməmək isə deputatlıq deyil, daha çox hadisələrə biganəlik, əhəmiyyət verməmə və ya vecinə almamaqdır.

Meyvə-tərəvəzçilikdən maliyyəçiliyə qədər

Bildirək ki, Kamaləddin Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olub. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin kimya-biologiya təmayüllü Respublika Baza Litseyində orta təhsilini başa vurduqdan sonra, həmin ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə daxil olub. 1997-ci ildə isə universitetin meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib.

Rəsmi qaynaqlarda onun ikinci təhsil aldığı da qeyd edilib. Vurğulanır ki, deputat ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 2009-cu ildə həmin universitetin maliyyə və kredit ixtisasını bitirib.

Iki ali təhsili olan adamın parlamentdə danışmaması qəribə görünə bilər. Deyək ki, Qafarov maliyyə və kredit sahəsində ikinci təhsil alsa da, biliklərini yetərli qədər əxz etməyib. Bəs, meyvə-tərəvəzçilik və üzümçülük? Heç olmasa, bu adam parlamentdə meyvə və tərəvəzdən, üzümdən, bu sahələrin inkişafından danışsın. Deputat olaraq bir yol göstərsin, təşəbbüslə çıxış etsin, hadisələrə qarışsın. Lakin bunların heç biri nə baş verir, nə də müşahidə olunur. Kəmaləddin Qafarov "lal”lıqdan əl çəkməyəcək kimi görünür.

Tamam, deyək ki, bu mövzularda da fikir bildirmək istəmir. Heç olmasa seçildiyi dairənin seçicilərinin problemlərindən danışsın, onların məsələlərini qaldırsın ki, görsünlən, belə bir deputat var. Axı, adam bunu da etmir?

Bir sözlə, seçicisinin dərdini danışmayan, onun problemlərini qabartmayan, müzakirəyə çıxarmayan, dövlət üçün mühüm hadisələr baş verdiyi halda ağzına su alıb susan, strateji məsələlərə reaksiya verməyən birinin parlamentdə nə işi var? Məgər Milli Məclis "lallar yığıncağı”dır? Parlament danışmaq, müzakirə etmək, təşəbbüslərlə çıxış etmək, ölkənin gələcəyi üçün qanunlar qəbul etmək üçündür. Daha Kəmaləddin Qafarov kimi, "lal deputat” olmaq üçün yox.

Bu imkan niyə yaradılır?

Bütün bunların fonunda üçüncü bir maraqlı məqam daha var. Məsələ odur ki, "lal”, heç bir işə yaramayan, parlamentdə boş yerə yer tutan, bir sözlə "xeyrə-şərə” yaramayan Kəmaləddin Qafarova niyə belə geniş imkanlar yaradılıb? Bəlkə o fenomenal biznes istedadına malikdir? Əgər elədirsə, o zaman mandatını təhvil verib, bizneslə məşğul olsun.

Amma əminliklə qeyd edirik ki, sabah Qafarovun mandatı əlindən alınsa və özünü də MOM-dan çıxarsalar, yaratdığı şirkətlərdən heç biri uğur qazana bilməz. Ən yaxşı halda bir ildən sonra hamısı müflis olar. Elə Kəmaləddin Qafarov özü də bunu yaxşı bildiyindən mandatdan ikiəlli yapışıb.

Yazıda adları keçən şəxslərin, şirkətlərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.

Tribunainfo.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm

9-03-2023, 23:06

Sumqayıtda 7 gün əvvəl yaranan şirkət 300 minlik tenderi necə udub? (TƏFƏRRÜAT)

Bölgə / Sosial

6-09-2023, 12:23

Rafiq Cəlilovun 246 minlik yol təmiri - Cənub bölgəsinin tenderlərini udan “Birlik-3A” kimindir?

Gündəm / Cəmiyyət

13-09-2024, 18:59

Baba Rzayev bu dəfə hansı şirkəti qalib edəcək? – Milyonluq tender

Gündəm / Cəmiyyət

4-10-2024, 09:36

Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət

30-11-2024, 13:01

Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI

Cəmiyyət

17-09-2024, 18:09

Göygölün yollarına səpilən pullar - Yerli rəhbərlik hər il yol təmir etdirir?

Cəmiyyət

7-11-2024, 09:25

2 saylı Bakı Baza Tibb Kollecinin ŞÜBHƏLİ ORTAĞI - TƏFƏRRÜAT

Araşdırma / Video

6-12-2024, 10:54

"Tender kralı" Ramazan Mirzəyev kimdir? - Dövlətin milyonları necə talanır?

Gündəm / Cəmiyyət

16-08-2024, 16:30

ƏƏSMN-də qəribə tender: yemək şirkəti tullantı daşıyacaq - TƏFƏRRÜAT

Cəmiyyət

19-07-2024, 14:26

AYNA-nın 6.5 milyonluq anlaşması: Bahalı layihə, ya şişirtmə? - DETALLAR

Sosial

15-08-2023, 11:39

Görün, AQTA-nın tenderlərini davamlı udan şirkət kimə bağlıdır...

Gündəm / Cəmiyyət

4-10-2024, 16:44

“Nooga Development AZ” MMC -nin saytı yoxdur -Vergi Xidmətinə milyonlarla manatlıq İT xidməti göstərir

Araşdırma
Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü – Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi
Şəhid bacısı kənarda, “razılaşan” işdə: Quba-Xaçmaz RTİ-də qəribə prioritet oyunu Şəhid bacısı aldadıldımı?
Quba-Xaçmaz Regional Təhsil İdarəsində qanunsuz təyinatlar və səlahiyyət aşımı iddiaları
Quba-Xaçmaz Regional Təhsil İdarəsində direktor rotasiyası: qaydalar kağız üzərində, reallıq isə başqa | FOTOfakt
Mürkür məktəbində uşaqlara təzyiq iddiası: Uşaq Birliyi rəhbəri şagirdləri polis hədəsi ilə susdurur?
Quba-Xaçmaz Regional Təhsil İdarəsində “imtahansız rəhbərlik” modeli – keçə bilməyənlər necə rəhbər olur?
Hadisə
Bu gün, 14:58
Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
Dünən, 10:14
Qubada ailənin 8 üzvünün zəhərlənmə iddiası ilə bağlı araşdırma başlayıb
8-02-2026, 11:00
Narkotik çəkib maşın sürürdü - Həbs edildi
7-02-2026, 15:57
Şəmkirdə 68 yaşlı qadının qəsdən öldürüldüyü məlum olub - BİRGƏ MƏLUMAT
7-02-2026, 11:26
Ötən gün ölkədə ərazisində 7 avtomat silahı, 17 tüfəng aşkar edilib
6-02-2026, 12:42
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - Foto
Xəbər lenti
  • Bu gün, 15:52
    İlk işi Saleh Məmmədovun qudasını işdən çıxarmaq oldu - Foto
  • Bu gün, 15:04
    Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə yekun qərarla bağlı müşavirəyə gedib - YENİLƏNİB
  • Bu gün, 14:58
    Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
  • Bu gün, 14:43
    Gəncə şəhər İcra İdarəsinə yeni rəis təyin edilib
  • Bu gün, 14:29
    Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi
  • Bu gün, 14:19
    Lamiyə Vəliyeva rekorda imza atdı
  • Bu gün, 14:04
    Ödənişli avtomagistrallarda maksimum sürət həddinin müəyyənləşdirilməsi I oxunuşda qəbul edilib
  • Bu gün, 13:58
    Kəmaləddin Qafarovun şirkəti 10,7 milyon manatlıq sifariş alıb?
  • Bu gün, 13:44
    "Uşaq hüquqları haqqında" yeni qanun layihəsi ilk oxunuşda qəbul edilib
  • Bu gün, 12:30
    “Lombard №1” faizləri özbaşına hesablayıb
  • Bu gün, 12:18
    Fəzail Ağamalı ilə vida mərasimi keçirilir - Fotolar
  • Bu gün, 11:50
    Nəriman Axundzadə ABŞ klubuna transfer olub
  • Bu gün, 11:44
    İsmayıllı istintaqında əsas sual: icra başçısı həqiqətən xəbərsiz idi?
  • Bu gün, 11:30
    Bu şəxslər YAP sədrinin müavini olmaq üçün hərkətə keçdi-ŞOK İDDİA!-ŞOK ADLAR...!
  • Bu gün, 11:26
    Ermənistanda məhkəmə müxalif deputatın daşınmaz əmlakı və 700 min dollarını müsadirə edə bilər
  • Bu gün, 11:14
    “Aristokrat” Tibb Mərkəzi sertifikatsız həkimlər çalışır-Rəsmi məlumat
  • Bu gün, 10:31
    Nəsimi Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim olunub
  • Bu gün, 10:20
    Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/FOTOFAKT
  • Bu gün, 10:01
    Deputatlar 12 məsələnin müzakirəsinə TOPLAŞIRLAR
  • Bu gün, 09:48
    ADSEA növbəti dəyişiklik astanasında: Orxan İmanlı xidmət rəhbəri vəzifəsinə gətirilir
  • Bu gün, 09:30
    Premyer Liqa: "Şamaxı" "Qarabağ"ı, "Neftçi" "Qəbələ"ni qəbul edir
  • Bu gün, 09:19
    Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı Arif Abbasovda yola salınacaqmı?
  • Bu gün, 09:06
    BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb
  • Bu gün, 01:04
    Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü – Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi
  • Dünən, 17:14
    Elxan İbrahimovun yerinə Tahir Budaqov gətirildi
  • Dünən, 17:05
    Aytən Səfərova: “İnzibati Xətalar Məcəlləsində avaralıq maddəsi var”
  • Dünən, 16:49
    Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılıb
  • Dünən, 16:43
    "Halal Nemət 1000 Bərəkət"in sosiskasından tük çıxdı - VİDEO-FOTO
  • Dünən, 16:29
    Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Cey Di Vensə açıq məktub ünvanlayıblar
  • Dünən, 16:23
    Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
  • Dünən, 16:12
    Naxçıvan MR Baş naziri kollektivə təqdim edilib
  • Dünən, 16:00
    İmişlidə qalmaqallı məktəb direktorunu deputat niyə müdafiə edir? – Qohumluq əlaqəsi
  • Dünən, 15:52
    Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib
  • Dünən, 15:41
    Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
  • Dünən, 15:40
    Köhnə istehsal, yeni qiymət – ‘Azərsun Holdinq’in konserv məhsulları və suallar…
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə