Sizin reklam burada 728×90
Son dəqiqə

"Halal Zəhmət"in 21 manatlıq kolbasasından görün nə çıxdı?-FOTOLAR+VİDEO

07.04.2025 10:44 350 1 dəq oxunur
"Halal Zəhmət"in 21 manatlıq kolbasasından görün nə çıxdı?-FOTOLAR+VİDEO
“Halal Zəhmət” firmasının kolbasasından dəmir parçası çıxıb.

Bu gün ölkədə müxtəlif müəssisələrin istehsal etdiyi fərqli adda və çeşiddə kolbasa məhsulları satılır. Lakin sosial platformalarda müştərilər bu kolbasa, sosis və digər istehsal olunan məhsullardan mütəmadi yad cism çıxması ilə bağlı şikayətlər yayımlanır.

Bu barədə sosial şəbəkədə aparıcı Nübar Əbil şikayət paylaşıb.

Şikayətçi bildirib ki, almayın, ailənizə, uşaqlarınıza verməyin. Görün bizim kolbasalar hansı şəraitdə, necə iyrənc vəziyyətdə ərsəyə gəlir. “Bu kolbasanın artıq yarısı yeyılıb, bu məsələyə görə “Halal Zəhmət” firması heç məsuliyyət daşıyırmı kolbasanın içindən dəmir parçası çıxdı”.

Məsələ ilə bağlı “Halal Zəhmət” firmasından açıqlama almaq mümkün olmadı. Şirkətində fikirlərini dərc etməyə hazırıq.(xalq.az)

Həmin görüntüləri təqdim edirik:





Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az