• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

"Bilmirik, o kolbasaların içində nə var, o qiymətə başa gələ bilməz" - NƏ ETMƏLİ?

Cəmiyyət

4-07-2022, 14:24

“Kolbasalarla bağlı “Azad İstehlakçılar” Birliyinə, gün ərzində 4-5 telefon zəngi gəlir. İstehlakçılar kolbasanın keyfiyyəti,etiketində yazılanlarla bağlı, tərkibi,halal olub olmaması, qiymət məsələsi, harada gəldi - açıq havada, soyuducuda olmayan, kolbasaların satılması barədə çoxsaylı suallar verirlər. Qeyd edim ki,ölkənin kolbasa bazarı seqmenti, çox çirklənmiş bir seqmentdir. İstehlakçıların birinci növbədə suallarından biri budur ki, "necə olur,ətin kiloqramı 14-15 manata, kolbasanın 1 kiloqramı 4-5 manatadır" və sair. Mən qeyd edim ki, istehlakçılar əsas informasiyanı mediadan alırlar”.

bakunews.az xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov danışıb. Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyində dəfələrlə ictimai şuranın üzvü olaraq məsələ qaldırıb ki, mediada çıxan materiallar agentlik tərəfindən təqib edilsin.

“Çox təəssüflər olsun, mənə hətta Qoşqar Təhməzlinin müavini səviyyəsində irad tutuldu ki, “sən haradan bilirsən biz təqib etmirik”? Lakin mən sonradan öyrəndim ki, heç bir təqib getmir yəni izləmirlər məsələni, hansı ki, media ən yaxşı bir informasiya mənbəyidir”,- deyə ekspert əlavə edib. Onun sözlərinə görə, təhlükəli kolbasalar, adətən, yaxşı qızardılmış olur və kənardan cəlbedici görünür, əksər hallarda üzərində etiketi olmur. Bu kolbasalar “8-ci kilometr” bazarında, metro çıxışlarında və digər yerlərdə satılır. Əhali bunun çox qızardılmış və bişmiş kolbasa olduğuna inanır və çox kiçik qiymətə bunu alırlar.

“Qeyd edim ki, ölkədə kiloqramı 4 manata olan təmiz ət var. Bu ət qocalmış heyvan ətləridir və yalnız kolbasa üçün yarayır. Bununla yanaşı, o qiymətə kolbasa başa gələ bilməz. Hətta mən xaricdə təhsil almış ət məhsulları üzrə mütəxəssisdən soruşmuşam. Deyirlər ki biz özümüz də izah edə bilmirik ki, o kolbasaların içində nə var. Hətta ətdən başqa nə qoysan, yenə o qiymətə başa gəlməz. Çox təəccüblü bir məsələdir. Hətta dəfələrlə mən, Qida Təhlükəsizliyi Agentliyində məsələ qaldırmışam ki, bərabər olaraq, kolbasaların etiketindəki məlumatlarla onun tərkibindəkiləri araşdıraq. Axı, Qida Təhlükəsizliyi Agentliyinin milyon dollara alınmış laboratoriyaları var və sairə. Lakin İctimai Şurada "hə, hə" deyilsə də, o cümlədən, Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi tərəfindən, praktiki addımın atıldığını biz görmürük” - deyə ekspert bildirib. O, əlavə edib ki, bazarın 70 faizini xarici kolbasalar təşkil edir. 30 faizi də yerli kolbasalardır.

Eyyub Hüseynov bildirib ki, bu da marketlərin və hökumətin səhv siyasətinin nəticəsidir. Ekspert hesab edir ki, əhali xarici kolbasaların, xüsusən Rusiyadan, Belarusdan gələn kolbasaların,keyfiyyətli olduğuna inanır.

“"Azad İstehlakçılar" Birliyi, Beynəlxalq İstehlakçı Təşkilatının üzvüdür. Dünyanın 123 ölkəsi ilə bizim əlaqələrimiz var. Aldığımız məlumatlar göstərir ki, xarici ölkələrdən xüsusən, Rusiyadan, Belarusdan, Ukraynadan gələn kolbasalar heç də, istehlakçının tələbatına uyğun deyil. Çoxu kimyalaşıbdır. Yaxşı dadvericilər, stablizatorlar vurulub. Üstü isə ekzotik olaraq bəzədilib və tərkibində guya ət olduğu və sairə yazılıb. İstehlakçılar bilməlidirlər ki, başqa ölkələrdən gələn mallar, xüsusən ət məhsulları risklərə məruz qalır. Gömrükdə də saxlanılır. Gətirilən avtomobillərin soyuducuları dayana bilər və təzədən dondura bilər. Belə olan halda mallar çirklənmiş olur. Bir sözlə uzaq ölkələrdən gətirilən bütün ərzaq malları, tək kolbasalar deyil, bütün mallar riskli hesab edilməlidir. Onların bəzəkli etiketinə, tərkibinə aldanmaq lazım deyil” - deyə Eyyub Hüseynov bildirib.

Ekspertin sözlərinə görə, ölkədə standartlara uyğun təmiz kolbasa istehsal edən müəssisələr də mövcuddur. Ancaq təəssüf olsun ki, həmin müəssisələr öz bazarlarını təmizləmək üçün heç bir iş aparmır. Sadəcə “üç muşketyor” qanunu ilə, “birimiz hamımız üçün, hamımız birimiz üçün”, “hamımız istehlakçıları aldadaq” prinsipi ilə hərəkət edirlər.

“Mən yerli kolbasa istehsalçılarını, hətta təmiz standartlara uyğun kolbasa istehsal edən müssisələri qınayıram. Onlar öz bazarlarını təmizləmək üçün media ilə, cəmiyyət ilə iş aparmalıdır. Təəssüflər olsun ki, 2021-ci ilin 18 mayında “məcburi sertifikatlaşdırılmış mallar” siyahısı ləğv olundu. Yəni təhlükəsizliyi təmin olan mallar mütləq sertifikatlaşdırılmalıdır. Bu, yolverilməzdir. “Azad İstehlakçılar” Birliyi bununla razı deyil və İqtisadiyyat Nazirliyinin Antiinhisar və Bazara Nəzarət Dövlət Xidmətinin nəzdində olan Azərbaycan Standartlaşdırma İnstitutu da sanki əlini qolunu bağlayıb, oturub gözləyir görək nə olacaq.

Qida Təhlükəsizliyi Agentliyinin cəmiyyətlə, ictimaiyyətlə effektli işləməməsinin səbəbidir ki, ölkənin kolbasa bazarı, kifayət qədər çirklənmiş vəziyyətdədir. Biz uzun müddət Müəllif hüquqları agentliyinə, dövlət orqanlarına müraciətlər etdik. Bir kolbasa istehsalçısı "Sevimli dad" bazarda müəyyən nüfuz qazanıb. Digəri isə, "Amsar" və yaxud "Retro MMC" “Sevimli dad” adlı kobasa istehsal edir. Deyir ki, bu mənim əmtəə nişanım deyil. Mən bunun adını qoymuşam “Sevimli dad”. O birinin isə, əmtəə nişanıdır “Sevimli dad”…

İstehlakçı isə bunu fərqləndirə bilmir. İstehlakçı bilmir ki, malın adı nədir, əmtəə nişanı nədir, hansı qorunandır, qorunmayandır. Demək istəyirəm ki,yerli bazarda da bəzən əhalinin rəğbətini qazanmış malları immitasiya edən,onun adını mənimsəyən başqa istehsalçılar da var” - deyən Eyyub Hüseynov vurğulayıb ki, istehlakçı hüquqlarının qorunması və malların təhlükəsizliyinin təmin olunması sahəsində dövlətin siyasəti həddindən artıq zəifdir. Ümumiyyətlə keyfiyyət məsələsi ilə heç bir dövlət orqanı məşğul olmur. Qida Təhlükəsizliyi Agentliyi yalnız məhsulun təhlükəsizliyini təmin edir.

“Bir sözlə, sanki Qida Təhlükəsizliyi Agentliyinin və hökumətin əsas strategiyası budur ki, "biz elə edəcəyik ki, siz yediyiniz yerdə zəhərlənib ölməyəcəksiniz və tədricən zəhərlənsəniz olar. Onsuz da hamı axırda öləcək"…”

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərmişik. Qeyd edək ki, AQTA daha əvvəllər də göndərdiyimiz sorğuları cavablandırmayıb. Əgər bu sorğumuz cavablandırılsa, sizinlə paylaşacağıq.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

23-08-2022, 13:58

Kiloqramı 11 manat olan ətdən “hazırlanan” sosislər necə 4 manata satılır?

İqtisadiyyat

16-08-2022, 13:02

Taxılın bahalaşması Azərbaycana da təsirsiz ötüşməyəcək: Ekspertlər əhalini ajiotaja düşməməyə çağırır

Cəmiyyət

19-08-2022, 18:35

Mağazalarda təzə adı ilə KÖHNƏ TELEFONLAR satılır - Onu bilmək üçün BU ƏMƏLİYYATI aparın

Səhiyyə

1-08-2022, 17:06

Azərbaycan bazarında təhlükəli şprislər - “Qara rezinlilər zəhərlənmə verir”

Səhiyyə

21-03-2023, 17:25

AQTA Araşdırma aparıb, 4 içkinin enerji içkisi olmadığı məlum olub bəs onda niyə satışa qadağa qoyulmayıb?

Siyasət

24-06-2022, 19:06

Prezident “Qida təhlükəsizliyi haqqında” qanunu təsdiqləyib

Cəmiyyət

10-08-2022, 16:58

“Kontakt Home”da FİLM kimi OLAY

Maraqlı

11-08-2022, 21:49

Çips və kolbasa sevənlərə bəd xəbər

Ölkə

23-02-2023, 23:25

Gömrük Komitəsinin sabiq sədrləri nə qədər pensiya alırlar? – MƏBLƏĞ

Cəmiyyət

6-01-2023, 00:27

Azərbaycanda ətin qiyməti niyə bahalaşır? (SƏBƏB)

İqtisadiyyat

22-07-2022, 20:36

Pomidorun qiyməti niyə bahalaşıb?

Araşdırma
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Azərbaycanda qanunsuz lizinq - “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
Hadisə
2-06-2026, 18:00
Qayınata gəlinindəki kartı almaq üçün evə çağırıbmış…
2-06-2026, 15:31
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
2-06-2026, 11:17
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
31-05-2026, 15:00
Bərdədə ağır yol qəzasında 10 nəfər yaralanıb
31-05-2026, 13:00
Türkiyədə tüfəngi ilə ilanı öldürmək istəyən kişi beş nəfəri yaralayıb
31-05-2026, 12:00
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
Xəbər lenti
  • Bu gün, 18:41
    Kallas: Aİ Livanın Silahlı Qüvvələri üçün 100 milyon avro ayırır
  • Bu gün, 18:18
    “Amal” şoru, pendiri gecələr istehsal olunur? – Məhsullar quru süddən hazırlanır?
  • Bu gün, 17:58
    Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik edib
  • Bu gün, 16:32
    "BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir
  • Bu gün, 16:17
    ADRA avtomobil alır, yoxsa vaqon? - 255 minlik tenderdə təsnifat kodu belə səhvdir...
  • Bu gün, 15:48
    Ölkə üzrə 300 mindən çox şagirdin bilikləri ilk dəfə açıq tipli sualların olduğu monitorinqlə yoxlanılacaq
  • Bu gün, 14:50
    Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
  • Bu gün, 14:12
    Joze Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verib
  • Bu gün, 13:34
    Sabah 32 dərəcə isti olacaq
  • Bu gün, 13:19
    Sabunçuda “Pearls Kids“bağçanın damında qanunsuz tikinti aparılır - VİDEO
  • Bu gün, 12:45
    Şuşada yağış və çirkab sularının təmizlənməsi qurğusu gələn il istifadəyə veriləcək
  • Bu gün, 12:37
    Neftçilərə MƏCBURİ təlim tələbi: HƏYATLARI RİSK ALTINDADIR... - BU NƏDİ BELƏ?
  • Bu gün, 12:08
    Azərbaycanda ət istehsalı ilə bağlı hədəflər açıqlanıb
  • Bu gün, 11:58
    Goranboy sakinləri YOLSUZLUQDAN GİLEYLƏNİR... - FOTO
  • Bu gün, 11:22
    Azərbaycanda bəzi qanunlar mopedlərlə bağlı qanunvericiliyə uyğunlaşdırılır
  • Bu gün, 11:09
    "Mən 10 günlük müalicəyə 2 min manat necə xərc çəkə bilərəm?" - GİLEY
  • Bu gün, 10:52
    Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
  • Bu gün, 10:42
    “Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
  • Bu gün, 10:21
    Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib
  • Bu gün, 10:12
    Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?
  • Bu gün, 09:37
    Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
  • Bu gün, 09:30
    QAYNANASININ EVINDƏN OGURLUQ EDƏN BƏLƏDİYYƏ SƏDRİ!
  • Bu gün, 09:13
    Xəzər dənizində 3,9 maqnitudalı zəlzələ baş verib
  • Dünən, 19:00
    PFL-in yeni prezidenti o ola bilər
  • Dünən, 18:31
    Norman etimadnaməsinin surətini Bayramova təqdim etdi
  • Dünən, 18:22
    Küveyt onlara 24 saat vaxt verdi
  • Dünən, 18:13
    AYNA rəhbərliyinə ŞOK İTTİHAMLAR: “Bakını yaşanmaz hala gətiriblər”
  • Dünən, 17:54
    Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb
  • Dünən, 17:40
    Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
  • Dünən, 17:23
    Roma Papası İlham Əliyevi təbrik edib
  • Dünən, 16:54
    Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:40
    Neftçi MTK-nin benefisiar (real) sahibi kimdir? - Aldadılmış neftçinin pulunu qaytarın!!!
  • Dünən, 16:21
    Rusiyadan qorunan Finlandiya – müdafiə xərclərini artıran Avropa - ŞƏRH
  • Dünən, 16:07
    Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? - İDDİA
  • Dünən, 15:48
    Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə