Sizin reklam burada 728×90
Son dəqiqə

Çin Sədri: Tarif və ticarət müharibələri dünyanın iqtisadi nizamına zərbədir

23.04.2025 11:59 289 1 dəq oxunur
Çin Sədri: Tarif və ticarət müharibələri dünyanın iqtisadi nizamına zərbədir
Tarif və ticarət müharibələri bütün ölkələrin qanuni hüquq və maraqlarını pozur, çoxtərəfli ticarət sisteminə zərər vurur.

Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı bildirib.

"Bu, dünyanın iqtisadi nizamı üçün zərbədir", - o qeyd edib.

Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə Çindən idxala elan etdiyi 145 %-lik rüsumların həddindən artıq yüksək olduğunu bildirib. Tramp onları azaldacağını və Çin ilə ticarət sazişinə nail olacağını vəd edib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az