Sizin reklam burada 728×90
Son dəqiqə

Məşhur iş adamı İlham Şıxseyidov bu qaydalara əməl etməyərək cərimələnir

28.05.2025 14:10 361 1 dəq oxunur
Məşhur iş adamı İlham Şıxseyidov bu qaydalara əməl etməyərək cərimələnir
İş adamı Hacı İlham Şıxseyidovun rəhbərlik etdiyi “Conco” QSC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.

Sözügedən QSC İnzibati Xətalar Məcəlləsinin əmək hüquqları əleyhinə olan 192.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

“Conco” ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 29 may tarixində hakim Habil Məmmədovun sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, QSC-nin direktoru iş adamı Hacı İlham Şıxseyidovdur. Şirkət Şuşada bərpa-quruculuqla əlaqədar elan edilən milyonluq tenderlərin qalibi olub.Tribunainfo.az

Qarşı tərəfi dinləməyə hazırıq.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az