Sizin reklam burada 728×90
Son dəqiqə

“İrşad” qaydaları pozdu

12.06.2025 14:45 268 1 dəq oxunur
“İrşad” qaydaları pozdu
“İrşad Elektroniks”lə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.

Xalq xəbər verir ki, “İrşad” İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 493-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə, fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

“İrşad”la bağlı işə baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. 13 iyun tarixində hakim Elməddin Hüseynovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “İrşad Elektroniks”in İdarə Heyətinin sədri Aris Şıxəliyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Xalq.online
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az