Sizin reklam burada 728×90
Son dəqiqə

Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video

30.09.2025 15:05 295 1 dəq oxunur
Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Nizami rayonunda növbəti qanunsuz tikinti.

Xalq-a daxil olan məlumata görə Nizami rayonunda hasara alınaraq  ağaclar mə*v edilərək qanunsuz tikinti işləri aparılır.

Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur.

Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Nizami rayon  icra hakimiyyətinin “razılığı” əsasında aparıldığı iddia olunur.

Qanunsuz tikinti ilə bağlı Nizami  rayon icra hakimiyyətinə heç bir məlumat almaq mümkün olmadı.

Qeyd edək ki, Nizami rayonu ərazisində qanunsuz tikintilərlə bağlı sosial mediada ilk dəfə deyil xəbərlər dərc olunur.

Məsələ ilə bağlı qurumaların mövqeyini dərc etməyə hazırıq.

Həmin qanunsuz tikintinin görüntülərini təqdim edirik:(Xalq.online)
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az