• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Sələm oyunu ilə əllərindən alınan evlərini geri ala bilmirlər, "70 yaşlı qadının acı harayı"

Cəmiyyət / Araşdırma / Video

8-10-2025, 12:32

Bakunews.az xəbər verir ki, 1954-cü il təvəllüdlü Rzayeva Sevil Alik qızı yaşadığı evin sələm yolu ilə əlindən alındığını iddia edərək hüquq-mühafizə orqanlarına və ictimaiyyətə müraciət edib. Sevil xanım bildirir ki, maddi ehtiyac səbəbilə tanımadığı Diana adlı qadına 75 min manatlıq sənədə imza ataraq 65 min manat pul alıb. Lakin bu sövdələşmə nəticəsində həyatının kabusa çevrildiyini deyir.

Onun sözlərinə görə, “sələmçi Diana” saxta imtina ərizəsi hazırlayaraq Sevil xanımın öz evindən və əşyalarından imtina etdiyini sənədləşdirməyə çalışıb. Daha da dəhşətlisi budur ki, Sevil xanım qoca anası və qızı ilə birlikdə zorla evdən çıxarılıb, onlara qarşı təhqiramiz ifadələr işlədilib.

Sevil xanım iddia edir ki, Diana adlı qadının arxasında Kəmalə Bədəlova adlı başqa bir şəxs dayanır və Diana əslində onun vasitəsi ilə bu işləri həyata keçirir. Sələm borcuna görə artıq 28 min manat ödəniş etdiyini bildirən Sevil xanım, 150 min manat dəyərində olan evini 65 min manata sələmə qoyub və nəticədə tamamilə mülkiyyətindən məhrum edilib.
Hazırda Sevil xanım hüquqi yardım axtarır, çünki sələm müqaviləsinin qeyri-qanuni şərtlərlə qurulduğunu və onun aldadıldığını, psixoloji və fiziki zorakılığa məruz qaldığını iddia edir.

Növbəti qurbanlardan biridə 300 min manatlıq mənzili 160 min manat qarşılığında ələ keçirilib...

Bakunews.az xəbər verir ki, növbəti sələmçilik qalmaqalı paytaxt sakini Həşimli Mehman Vahid oğlunun şikayəti ilə gündəmə gəlib. O, 2024-cü ilin sentyabrında Surayə adlı qadın vasitəsilə Diana (Dina), Validə və Kəmalə adlı qadınlarla tanış olduğunu və nəticədə 131.5 kv.m sahəsi olan, 300 min manat dəyərindəki evini sələmə qoymaq məcburiyyətində qaldığını bildirib.

İddialara görə, bu qadınlar birlikdə hərəkət edərək Mehman Həşimlinin evinə cəmi 165 min manat pul təklif ediblər, lakin alqı-satqı zamanı bu məbləğ notarius tərəfindən qəbul edilməyib. Bunun əvəzinə, müqavilədə 180 min manat göstərilməsi razılaşdırılıb. Sənəd üzərində göstərilən rəqəm isə sonradan aldatma və təzyiq alətinə çevrilib.

Şikayətçinin bildirdiyinə görə, bu günə qədər 57 min manat ödəniş etsə də, qarşı tərəf ümumi 270 min manat tələb etməklə ona təzyiq göstərir. Hətta iddia olunur ki, “Süleyman” adlı şəxs özünü icra məmuru kimi təqdim edərək evə basqınlarda iştirak edib.

Həşimli Mehman baş verənləri planlı bir sələm şəbəkəsinin fəaliyyəti kimi qiymətləndirərək, bu şəxslərin ehtiyac içində olan insanların əmlakını ələ keçirmək üçün təzyiq, hədə-qorxu və saxta hüquqi üsullardan istifadə etdiyini deyib. O, hüquq-mühafizə orqanlarını və məhkəmə instansiyalarını bu şəbəkənin fəaliyyətinə hüquqi qiymət verməyə çağırır.

Sələm şəbəkəsinin yeni qurbanı, 63 min manata görə 350 min manatlıq evini itirməklə üz-üzə qalıb

Bakunews.az-a daxil olan məlumatlara əsasən, növbəti sələmçilik hadisəsi Rəhimli Amil Mübariz oğlu ilə bağlıdır. Zərərçəkən bildirir ki, pula ehtiyac duyduğu üçün Rövşən adlı tanışına müraciət edib. Rövşən isə onu Emin, daha sonra isə Diana (Dina) adlı qadınla tanış edib. Məhz bu tanışlıq Amil Rəhimlini sələm bataqlığına sürükləyib.

İddialara görə, Diana 70 min manat sələm verməyə razı olub, lakin 7 min manat faizi əvvəlcədən kəsərək ona yalnız 63 min manat təqdim edib. Müqavilə 50 saylı notariusda bağlanıb, lakin sənədlərdə borc 70 min yox, 140 min manat kimi rəsmiləşdirilib. Üstəlik, bu məbləğ qarşılığında Amil Rəhimli Ağaneymətullah küçəsində yerləşən, 86 kv.m sahəsi olan 350 min manat dəyərindəki mənzilini girov qoyub.

Daha da dramatik olan isə odur ki, notariusdan çıxarkən sənəddə göstərilən artıq 77 min manat Diana tərəfindən geri alınıb. Rəhimli hər ay 2800 manat olmaqla 10 ay ərzində faiz və hissə-hissə ödənişlərini edib. Lakin ödənişlərə baxmayaraq, Diana evin qaytarılmayacağını, hətta zənglərə cavab verilməyəcəyini açıq şəkildə bildirib.

Zərərçəkən məsələ ilə bağlı bütün sənəd və sübutları aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim etdiyini, lakin hələ də nəticə əldə edə bilmədiyini deyir. O, 63 min manat sələm qarşılığında həm mənəvi, həm maddi olaraq çökdürüldüyünü, Diana və onun dəstəsinin məqsədinin yüksək gəlir əldə etməklə insanların əmlakını ələ keçirmək olduğunu qeyd edir.

Bakunews.az olaraq bu məsələni diqqətdə saxlayırıq. Qanunsuz əmlak ələ keçirmə halları ilə bağlı oxucularımızı məlumatlandırmağa davam edəcəyik.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

19-08-2022, 17:05

Şahzadə Diana qəzada öləcəyi barədə xəbərdarlıq etdi, amma polis...

Maraqlı

10-02-2025, 02:41

Şahzadə Diananın Çarlzla toyundan əvvəl yaşadığı ev - FOTO

Dünya

13-11-2023, 15:03

Güney Azərbaycanda xanım müğənni molla rejimi tərəfindən həbs edildi

İdman

9-10-2023, 17:41

Azərbaycan avarçəkəni dünya ikincisi oldu

Cəmiyyət

30-01-2025, 16:25

İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...

Hadisə

2-07-2024, 12:40

Bakıda sələmçi qadının qəribə şantajı - Fotolarını Qabilə göndərdi

Dünya

20-08-2022, 13:55

Senator müharibə əleyhinə çıxan qızından imtina etdi

İdman

27-07-2024, 14:40

İdmançımız Paris Olimpiadasında 1/4 finala çıxdı

İdman

6-11-2023, 21:53

Azərbaycan avarçəkəni İtaliyada gümüş medal qazanıb

Gündəm / Hadisə

12-12-2023, 09:51

Bakıda avtomobil iki qadını vurdu, biri öldü

Hadisə

5-08-2024, 15:34

Sumqayıtda FACİƏ: 8 yaşlı qız yanaraq öldü

Kriminal

25-10-2023, 21:29

Bakıda qeyri-rəsmi yaşadığı qadına işgəncə verən, azyaşlı qızı zorlayan şəxsə hökm oxundu

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Bu gün, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
Dünən, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 14:59
    30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
  • Bu gün, 14:33
    Əli Əsədov Laosun Prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
  • Bu gün, 14:27
    Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
  • Bu gün, 13:09
    Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
  • Bu gün, 12:59
    Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
  • Bu gün, 12:44
    Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
  • Bu gün, 12:26
    İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - FOTO
  • Bu gün, 12:06
    Makron süni intellektlə bağlı Müdafiə və Mili Təhlükəsizlik Şurasının iclasını keçirəcək
  • Bu gün, 11:41
    LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
  • Bu gün, 11:26
    Gədəbəydə avtomobil aşıb, ölən var
  • Bu gün, 11:09
    "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
  • Bu gün, 10:47
    Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib - YENİLƏNİB
  • Bu gün, 10:38
    Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
  • Bu gün, 09:54
    Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
  • Bu gün, 09:47
    NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
  • Bu gün, 09:26
    Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
  • Bu gün, 09:07
    "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
  • Bu gün, 08:48
    Yasamal və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək
  • Dünən, 18:30
    Yeni doğulmuş körpə üzərində mürəkkəb cərrahi əməliyyat keçirilib
  • Dünən, 18:08
    Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək - YENİLƏNİB
  • Dünən, 18:02
    “SAB” məhsulları təhlükəlidir? –AQTA-nın və medianın ŞOK faktları
  • Dünən, 17:42
    Sadır Japarov sabah Azərbaycana səfər edəcək
  • Dünən, 17:34
    “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –FOTOFAKT
  • Dünən, 16:48
    Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşüb
  • Dünən, 16:29
    Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
  • Dünən, 16:14
    Enerji atəşkəsi, dizel sövdələşməsi – Rusiya-Ukrayna müharibəsində yeni bir sınaq
  • Dünən, 16:08
    Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
  • Dünən, 15:49
    Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
  • Dünən, 15:38
    “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
  • Dünən, 15:09
    Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
  • Dünən, 14:58
    Başçının dövlət torpaqları ilə qanunsuz biznesi və 24 min əhalinin yol problemi
  • Dünən, 14:52
    Türkiyədəki anti-Azərbaycan kampaniyasının SİRRİ AÇILDI
  • Dünən, 14:51
    Türkiyədə Azərbaycan əleyhinə media hücumu: bu, kimin marağındadır?
  • Dünən, 14:35
    Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə