Sizin reklam burada 728×90
Son dəqiqə

Şahdağa 5 sm qar yağdı

11.12.2025 11:22 184 1 dəq oxunur
Şahdağa 5 sm qar yağdı
Ölkəmizdə müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli və intensiv olub. Dağlıq ərazilərdə qar yağıb.

Yağan qarın hündürlüyü Şahdağda 5, Qrız və Xınalıqda 4 sm-dir.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 35, Qobustanda 29, Şirvanda 22, Neftçalada 17, Sabirabadda 15, Şamaxıda 13, Cəlilabad, Biləsuvarda 11, Şabran, Lənkəranda 9, Altıağac, Astarada 7, Şahbuz, Xaçmaz, İmişli, Kürdəmirdə 6, Lerikdə 5, İsmayıllı, Ordubad, Xaltan, Qəbələdə 4, Cəbrayıl, Şəki, Yardımlıda 3, Ağstafa, Culfa, Quba, Göyçay, Zərdabda 2, Daşkəsən, Mingəçevir, Gəncə, Naxçıvan, Sədərək, Tovuz, Qax, Yevlax, Tərtər, Qusar, Beyləqan, Oğuz, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada 1 mm-dir.

Sumqayıt, Daşkəsən, Göygöl, Şəmkir, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qrız, Göyçay, Lerik, Qobustan, Yevlax, Kürdəmir, Zərdab, Sabirabadda duman müşahidə olunub. Görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az