Sizin reklam burada 728×90
Son dəqiqə

Bu gün Azərbaycana qış gələcək

21.12.2025 12:01 153 1 dəq oxunur
Bu gün Azərbaycana qış gələcək
Bu gün 19:03-də Azərbaycana qış fəsli daxil olacaq.

Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsi məlumat yayıb.

Bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq.

Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur.

Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az