• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Başçının əsas qazanc yeri: Neftçalanın qış otlaq torpaqları... - İLGİNC FAKTLAR...

Cəmiyyət

23-02-2026, 16:59

Neftçalada sosial vəziyyəti ağır olması və bu ağır vəziyyətin hər gün bir qədər də ağırlaşması çoxları üçün yenilik deyil. Çünki Azərbaycanın ən kasıb və dalan rayonlarından biri olan Neftçalada əhalinin işləməsi və evinə çörəkpulu aparması üçün iqtisadi infrastrukturlar demək olar ki, yoxdur. Rayonda ancaq bir qrup insan normal həyat tərzində yaşayır və bu kiçik qrupa rayon sakinlərinin heç 0,5%-də belə aid deyil. Yerdə qalan mütləq çoxluq isə sadəcə güzaranını keçirmək üçün Allaha üz tutublar və hansısa möcüzə ümidinə yaşaırlar. Onların rayonun sosial-iqtisadi vəziyyətini normalalşdırmaq kimi, bir vəzifələri olan İcra Hakimiyyətindən isə heç bir gözləntiləri isə yoxdur. Bunu Neftçalada istənilən şəxsə yaxınlaşarkən görmək və hiss etmək mümükündür.

Yuxarıda da qeyd etdiyimiz kimi, Neftçala sakinlərinin çalışması və evlərinə çörəkpulu apara bilmələri üçün sənaye obyektləri, demək olar ki, yoxdur. Halbuki sovet dönəmində Neftçala Azərbaycanın ən çox sənayeləşmiş rayonlarından biri idi...

Hazırda isə rayon sakinlərinin əsas dolanışıq yeri kənd təsərrüfatıdır və burada heyvandarlıq və əkin üstünlük təşkil edir. Statistika üçün bildirək ki, Neftçalada 145 170 hektar kənd təsərrüfatı yönümlü torpaq mövcuddur. Bunlardan torpaq islahatı zamanı 91,846 əhaliyə pay torpağı olaraq verilib. Qeyd edək ki, pay torpağı olaraq Neftçalada adam başına 1 hektaradan da az torpaq sahəsi düşüb.

Bu torpaqlardan 46,560 hektar bələdiyyələrə mülkiyyət olaraq verilib. Elə həmin vaxtda bu torpaqlar müxtəlif bələdiyyələr tərəfindən bir neçı şəxsə 100 illik müqavilə ilə icarəyə verilib və bələdiyyələrə cüzi icarə haqqı ödəyirlər. Hazırda Neftçalanın bələdiyyə torpaqlarının böyük hissəsi Neftçala pambıq zavodunun müdiri Bahəddin Leysanovun əlində cəmləşib və bələdiyyə torpaqları hələ 70 ildə bir neçə yerli oliqarxın ixtiyarında qalacaq. Yəni faktiki olaraq Neftçala sakinləri 100 il müddətinə bələdiyyə torpaqlarından və bu torpaqlardan əldə olunacaq gəlirlərdən məhrum ediliblər.

Bundan başqa 6,764 hektar torpaq dövlət fonduna verilib.

Bu torpaqlardan başqa Neftçalada 20 187 hektar qış otlaq sahələri mövcuddur. Sovet höküməti vaxtında həmin torpaqlar otlaq kimi Lerik rayonun mülkiyyətinə verilmişdi. Müstəqillik dönəmindən isə bu torpaqlar Neftçala rayon İcra Hakimiyyətinin sərəncamındadır.

Neftçaladan daxil olan məlumata görə bələdiyyə torpaqlarından məhrum olan yerli sakinlər, həm də qış otlaq sahələrindən məhrum ediliblər. Çünki uzun illərdir ki, Neftçala rayon İcra Hakimiyyətinin başçıları qış otlaq sahələrini Neftçala sakinlərinə deyil, kənar rayonların sakinlərinə satırlar və bundan başçılar hər il 1 milyon manata qədər təmiz və qanunsuz gəlir əldə edirlər. Qeyd edək ki, Neftçala kimi kasıb bir rayondan başçının hər il 1 milyon gəlir əldə etməsi həsəd aparılası bir rəqəmdir. Ümumilikdə isə Neftçala rayon qış otlaq sahələrinin satışından əldə olunan gəlir 2 milyona qədər yüksəlir.

Bizə ünvanlanan şikayətdə bildirilir ki, Mirhəsən Seyidov da, özündən əvvəlki başçıların yoluyla gedərək, qış otlaq sahələrini özünün əsas gəlir yeri kimi qoruyub saxlayır. Ağır şərtlərdə yaşayan Neftçala sakinləri heyvabdarlıq məqsədi ilə qış otlaq sahələrindən torpaq icarəyə götürmək istəsələr də, onlara torpaq verilmir. Əslində isə, şərtlər kasıb yerli sakinlər üçün əlçatmaz olur.

Şikayətdə bildirilir ki, qış otlaq sahələri başçının köməkçisi Vüsal Atayev və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şirvan ərazi idarəsinin Neftçala rayonu üzrə baş müfəttişi Sadiq İmanov tərəfindən satılır. Belə ki, Lerik rayonundan Neftçala qış otlaq torpaq sahəsi alanların əksəyiyyətinin Vüsal Atayevin vasitəsi ilə aldıqları iddia olunur. Mənbələrimizin bildirdiyinə görə məhz Vüsal Atayevin tapşırıqları əsasında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şirvan ərazi idarəsinin Neftçala rayonu üzrə baş müfəttişi Sadiq İmanov həmin şəxslərlə müqavilə əsasında “Çıxarış”lar verib. Çıxarışlar 5 il müddətinə verilib və hər hektara görə, dövlət rüsumundan əlavə pul alınıb. Mənbələrimiz iddia edirlər ki, əlavə ödəniş hektara görə 100 manat təşkil edib. Həmçinin mənbələrimiz onu da iddia edirlər ki, qanunsuz verilən dövlət torpaqlarının hamısı başçının icazəsi ilə sənədləşdirilir.

Neftçala qış otlaq sahələrindən qanusuz yolla torpaq alan bir neçə şəxsin adların aşağıda təqdim edirik:

Dənziyev İntiqam Ağarəhim oğlu - Lerik rayonunun Çayırlıq kənd sakinidir. 350 hektar örüş torpaq sahəsi verilib. Qaydalara görə 350 hektar örüş sahəsində 1050 baş xırda buynuzlu heyvan, (qoyun və keçi) saxlanılmalıdır. İntiqam Dənziyevin ümumiyyətlə qoyun və keçisi yoxdur, 25 baş iri buynuzlu heyvanı var. Hazırda Dənziyev 350 hektar örüş torpaq sahəsinin 120 hektarına taxıl əkib. Qalanını da şumlayır.

Həmidov Zamiq Bəxtiyar oğlu - O da Lerik rayonunun Çayırlıq kənd sakinidir. Zamiq Həmidova da 300 hektar örüş torpaq sahəsi verilib və hazırda həmin örüş sahələrinin 120 hektarı əkilib. Zamiq Həmidovun ümumiyyətlə nə xırda, nə də iri buynuzlu heyvanı yoxdur. Qalan 180 hektar ərazini də şumlamaqdadır.

Hüseynov Əli Mirhüseyn oğlu - Bu şəxs də Lerik rayonunun Çayırlıq kənd sakinidir. Neftçalada 150 hektar örüş torpaq sahəsi var və hazırda bu torpağın 60 hektarını əkib. İddia olunur ki, Əli Hüseynov II qrup Qarabağ əlilidir. Amma mənbəmiz bildirir ki, əliliyi belə saxta yolla alıb. Hazırda Neftçalada yaşayır.

Qeyd edək ki, bu siyahını uzatmaq olar və mənbələrimizin bildirdiyinə görə, onlarla Lerik sakininə qanunsuz yolla torpaq sahələri verilib və onlar “Çıxarış”la təmin olunublar.

Xatırladaq ki, qış otlaq sahələrindən əkin sahəsi kimi istifadə etmək qanunla qadağandır. Mənbələrimiz isə bildiri ki, əgər bu gün qış otlaq sahələrinə baxış keçirsək, görərik ki, 20 min hektarlıq qış otlaq sahələrinin 90%-də dəmyə taxıl əkilib. Həmin əarailərin bəzilərinə su çıxışı belə var.

Maraqlı faktlardan biri də odur ki, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şirvan ərazi idarəsinin Neftçala rayonu üzrə baş müfəttişi Sadiq İmanov Neftçala şəhəri 1 saylı Qış otlaq torpaq sahəsindən 32 hektar otlaq sahəsini qaynatasının adına sənədləşdirib və hazırda özü əkir.

Sadiq İmanovun qaynatası Xankişiyev Tapqan Baba oğlu Lənkəran rayon Nərimanabad qəsəbə sakinidir. Sadiq İmanov qaynatısanın adına 7,94 hektar, 8,08 hektar və 16,6 hektar olmaqla, 3 “Çıxarış” tərtib edib. Maraqlıdır ki, yüzlərlə digər “Çıxarış”lar 5 il müddətinə verilsə də, Sadiq İmanov öz qaynatasına “Çıxarış”ları 15 il müddətinə verib.

Şikayətdə bildirilir ki, Vüsal Atayevin cənub rayonları, xüsusi ilə Leriklə öz bağlılığı var və torpaqlar da əsasən dəllallar vasitəsi ilə cənub rayonlarının sakinlərinə satılır. Qeyd edilir ki, Vüsal Atayev və Sadiq İmanov öz dəllaları ilə bir qayda olaraq Salyanda görüşür və “alver”lərini edirlər.

Biz bu qanunsuzluqlarla “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsininin müdiri Asif Məmmədovun nə qədər əlaqəli olub olmamdığını bilmirik. Amma verilən bütün “Çıxarış”lar məhz “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilib. Yəni Asif Məmmədovun bu “Çıxarış”lardan bixəbər olması mümkün deyil.

Qeyd edək ki, iddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədi ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə və Neftçala rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Sorğunu göndərəndən bir neçə saat sonra 13 saylı Şirvan Ərazi İdarəsindən bizə telefon açdılar və xahiş elədilər ki, şikayətçilərin adlarını onlara yollayaq. Biz öz tərəfimizdən bunun mümkün olmadığını bildirindən sonra isə təşəkkür edib telefonu asdılar.

Aradan bir həftədən artıq vaxt keçməsinə baxmayaraq, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsindən sorğumuza cavab ala bilməmişik. Eyni qaydada Neftşala rayon İcra Hakimiyyəti də bizim sorğumuzu cavabsız qoyub.

Qeyd edək ki, Azərbaycan Respublikasının “Mülki Məcəllə”sinə görə Media subyektlərinin və vətəndaşlarının sorğularının dövlət və qeyri dövlət subyektləri tərəfindən cavablandırımaması inzibati məsuliyyət yaradır.

Poliqon.info

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Cəmiyyət

7-08-2024, 16:29

“Neftçala Aqropark” kimlərin sayəsində və nə üçün faəliyyətə başlaya bilmir? - İLGİNC İDDİALAR...

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Cəmiyyət

24-02-2025, 15:20

Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər

Gündəm / Siyasət

4-10-2024, 17:33

Prezident və xanımı Cəbrayılda açılışda - Yenilənib - Video - Fotolar

Gündəm / Cəmiyyət

8-01-2025, 11:39

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Gündəm / Siyasət

29-12-2024, 16:05

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - YENİLƏNİB

Cəmiyyət

24-12-2025, 19:15

Prezident Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib, sakinlərlə görüşüb - YENİLƏNİB

Siyasət

12-02-2025, 10:26

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Cəmiyyət

15-01-2025, 17:11

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin vəzifələri və hüquqları açıqlanıb

Gündəm / Cəmiyyət

9-08-2024, 18:46

Lerikin bu kəndi XARABA GÜNƏ QALIB... - NARAZILIQ VAR...

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Dünən, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
6-10-2026, 09:38
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Xəbər lenti
  • Dünən, 19:06
    Rusiya ordusu Donetsk vilayətində qəsəbəni "Smerç" raketləri ilə vurub, ölənlər var
  • Dünən, 18:54
    Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
  • Dünən, 18:33
    Bakıda "Ürək transplantasiyası həftəsi" keçiriləcək
  • Dünən, 18:18
    SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
  • Dünən, 18:02
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:46
    Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -İcra Hakimiyyətinin "qırmızı işığı"nda qalan sahibkarlar
  • Dünən, 17:37
    Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
  • Dünən, 17:30
    Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları
  • Dünən, 16:19
    Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
  • Dünən, 16:09
    Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -Bir mənbədən satınalma metodunun tətbiqi ilə(?)!
  • Dünən, 15:46
    Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib
  • Dünən, 15:33
    Elşən Salahov əslində kimi cəzalandırmalı idi – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
  • Dünən, 15:21
    Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
  • Dünən, 15:02
    Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
  • Dünən, 14:47
    Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq
  • Dünən, 14:27
    İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib
  • Dünən, 12:06
    Azərbaycan və Kamboca işçi qrupu yaradacaqlar
  • Dünən, 11:39
    Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
  • Dünən, 11:32
    İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • Dünən, 11:22
    İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • Dünən, 11:11
    “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
  • Dünən, 10:47
    Şahin Babayev: "Bakıdan Praqaya uçuşların sayının 14 % artacağı gözlənilir"
  • Dünən, 10:31
    Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
  • Dünən, 09:45
    BƏƏ Prezidentinin müşaviri Körfəz ölkələrini kollektiv təhlükəsizliyi gücləndirməyə çağırıb
  • Dünən, 09:33
    Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
  • Dünən, 09:06
    Biləsuvarda toyda bıçaqlanma olub
  • Dünən, 08:59
    1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... - "Landau School"da BİABIRÇILQ
  • Dünən, 08:37
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 11-10-2026, 17:52
    Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək
  • 11-10-2026, 17:00
    Allahşükür Paşazadə niyə SUSUR?
  • 11-10-2026, 16:00
    Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var
  • 11-10-2026, 15:42
    Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
  • 11-10-2026, 15:00
    Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
  • 11-10-2026, 14:00
    FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
  • 11-10-2026, 13:30
    NYT ABŞ-nin Rusiya və Ukraynaya təklif etdiyi sövdələşmənin detallarını açıqlayıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə