Sizin reklam burada 728×90
Son dəqiqə

Sabiq gömrük rəisinin Villa Badam macərası

30.04.2026 17:43 393 1 dəq oxunur
Sabiq gömrük rəisinin Villa Badam macərası
Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Kənan Məmmədovla bağlı redaksiyamıza yeni məlumat daxil olub. Məlumata görə, sabiq gömrük məmuru, adı hər zaman ölkə mediasıdna müxtəlif qalmaqallarda hallanan Kənan Məmmədov Villa Badam deyilən ərazidən dəyəri 600-800 min manat olan bir neçə ev alıb.

Bununla kifayətlənməyən keçmiş gömrük generalı, əlaqə və maddi üstünlüyündən istifadə edərək Villa Badam kompleksində “zəif bənd” hesab etdiyi şəxsləri sıxışdırmağa başlayıb. Artıq həmin şəxslərdən bəzisinin Kənan Məmmədov tərəfindən məhkəməyə verildiyi bildirilir.

Villa Badam sakinlərini isə əsasən bir məsələ narahat edir:
Kənan Məmmədov bu qədər sərvəti necə, hansı yolla əldə edib? Niyə bu şəxs haqqıdna bugünə qədər ölkə mediasında yer alan çoxlu sayda məqalələrdən heç biri araşdırılmayıb? Və ən nəhayət, gec də olsa Kənan Məmmədova “dur” deyən oacaqmı?

Vaxtiylə Kənan Məmmədovla bağlı media yer alan bəzi məqalələrin linkini oxuculara təqdim edirik.

https://qafqazinfo.az/news/detail/daha-bir-general-vezifesinden-azad-olundu-374861
https://modern.az/az/hadise/366954/kirvelerin-milyonluq-gmruk-emeliyyati-generalla-bali-alasimaz-faktlar/
https://konkret.az/baki-bas-gomruk-idaresinin-reisi-sahibkardan-rusvet-isteyir-kenan-memmedovla-bagli-prezidente-muraciet/
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az