• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

DƏMİR ATLI

Cəmiyyət

4-05-2026, 13:03


Nəcəfov Məzahir Ramazan oğlu 1973-cü il iyun ayının 28-də Culfa rayonunun Yaycı kəndində anadan olub. O, 1979-1990-cı illərdə Yaycı kənd 1 nömrəli tam orta məktəbdə, 1990-1993-cü illərdə isə Naxçıvan Politexnik Texnikumunda təhsil alıb. Məzahir təhsilini bitirdikdən sonra 1993-cü ildə hərbi xidmətə çağırılıb. Onun xidmət etdiyi bölmə birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyi Tərtər rayonuna, oradan isə Füzuli istiqamətinə göndərilib. Müharibədə tankçı kimi fəaliyyət göstərən Məzahir döyüşə atıldığı ilk günlərdən igidliyi ilə seçilib. 1993-cü ilin dekabrından 1994-cü ilin yanvar ayına qədər bir çox döyüşlərdə vuruşan Məzahir, uğuru ilə Azərbaycan hərb tarixinə düşmüş “Horadiz” əməliyyatında da iştirak etmişdir.
Şəhidimiz 1994-cü il yanvar ayının 27-də düşmənlə son dəfə döyüşmüşdür. Füzuli rayonunun Mahmudlu qəsəbəsi və Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə iyirmi bir yaşlı gənc əsgər Məzahir Nəcəfov itkin düşmüşdür.


Kəndin girəcəyindən döngələrə burulan yollar, neçə il keçsə də, sanki keçmişin xatirələrini qorumaq üçün bəzi xırda işarələri hələ də özündə saxlayırdı. Küçələrin bəzilərindəki evlərin köhnə divarları palçıq və saman qarışığından idi. Kəndin mərkəzində illər ötməsinə baxmayaraq, hələ meyvə verməsə də, ancaq öz vüqarını qoruyan, isti günlərdə insanların pənahına çevrilən nəhəng bir ağac ucalırdı.
Yollardakı arxlar, ara küçələrdə olduğu kimi qalmışdı. Maşınların keçməsinə mane olsa da, sanki kimsə onlara əl vurmağa qıymırdı. Darvazaların rəngi, yanındakı taxta oturacaqlar belə olduğu kimi qalmışdı. Bu yenilənməmək nəyinsə olacağına ümid, kiminsə həsrətli gözləntisi idi.
Bu kəndin minlərlə sakini var idi. Kəndi indiyə qədər çox yağışlar yudu, günəşlər isitdi, çox sazaqlar dondurdu. Lakin dəyişən fəsillər, dözülməz istilər 1993-cü ildən bu yana donan zamanın buzunu aça bilmirdi. Həmin ildən bəri nə qədər insan dünyaya gəlsə, nə qədər ömür sona yetsə də, o kənddə bir nəfər həmişə əskik idi. Xatirəsi yaşasa da, cismani yoxluğuna "rəhmətlik" belə demək olmurdu. Ölümün də öz möhürü olur axı... Soyuq bir daş, üzərinə həkk olunmuş iki tarix və bir ovuc torpaq. Onda isə bunların heç biri yox idi.
O taxta oturacaqlardan biri də Məzahirin ata yurdunun darvazasının yanında idi. Anası onu yola salandan bəri qapıdakı hər şeyi olduğu kimi saxlayırdı; elə o kənd kimi, o kəndin camaatı kimi... Anası evin çöl qapısını heç vaxt kilidləməzdi. Gecələr yatanda evin işıqlarını yanılı saxlayardı ki, o qapı Məzahir gedəndə necə açılmışdısa, qayıdanda da eləcə bağlansın.
Uşaqlıqda oynadığı, məktəbli olanda addımladığı yollar hələ də həmin çınqıllarla, həmin daşlarla dolu idi. Futbol oynadığı məktəbin meydançasındakı qapı dirəyi belə yerində dururdu. Yaycının küçələrində hər on-on beş addımdan bir basdırılan dirəklərin üstündəki hacıleylək yuvaları da olduğu kimi qalırdı. Hər leylək mövsümü gələndə kəndə qayıdar, kəndin keşiyini çəkirmiş kimi uzaqlara boylanardılar. Sanki onların da gözü Məzahirgilin evi olan o küçəyə dikilirdi...
1993-cü ilin dekabr ayı...
Yaycının şırıltı ilə axan arx sularının səsi Məzahirin qulaqlarında hələ də əks-səda verirdi. Amma indi həmin şırıltı Tərtərdə torpağı göyə sovuran, uzaqdan gələn "Qrad" mərmilərinin uğultusuna qarışmışdı. Daldalandığı səngərlərin birində əsgər yoldaşı ilə gəldikləri doğma yerlər haqqında danışmağa başladılar. Əsgər yoldaşı ondan soruşdu:
-Məzahir, Yaycı kimi sakit bir yerdən belə qanlı-qadalı yerə düşmək necə bir hisdir? Qorxmursan?
Məzahir sonuncu sualı eşidən kimi torpağa zillədiyi baxışlarını qaldırıb, gözlərini birbaşa əsgər yoldaşının gözlərinə dikdi. Bir əli ilə silahını bərk-bərk sıxaraq:
-Yox, qorxmuram, - dedi. Bir az dayanıb davam etdi: - Əslində, bilirsən necədir? Mən elə bilirdim ki, insana ancaq doğulduğu yer doğma olar. Amma bura gələndən sonra anladım ki, Vətən təkcə doğulduğun yer deyil, vətən qorumaq istədiyin hər qarış torpaqdır. Bizim kənddə böyüklərimiz həmişə 1918-ci ilin martından danışardılar. Ermənilər Yaycıya girəndə nə qocaya rəhm etmişdilər, nə də uşağa... Yaycı o vaxt ən ciddi müqavimət göstərən yerlərdən biri olmuşdu. Qız-gəlinlərimiz əsir düşməsinlər, namuslarına xələl gəlməsin deyə özlərini Arazın sularına atırmışlar.
Danışdıqca səsinə qəribə bir qətiyyət gəldi:
-İndi mən niyə qorxum ki? Nədən qorxum?! Düşündüyün kimi, bura, sadəcə sakitlikdən qaçıb gəlməmişəm. Beynimdə o qanlı tarixin susmayan qışqırığı var. Bəlkə də bu, bir fürsətdir? Bəlkə bu, həmin tarixin bir daha təkrarlanmaması üçün mənə verilən bir işarədir? İndi bura da mənim üçün Yaycıdır. Nə fərqi var ki, haradayam? Öhdəmə düşən nədirsə, onu da edəcəm.
Məzahirin bu sözlərindən sonra əsgər yoldaşının içində dolaşan, amma hiss etdirmək istəmədiyi qorxusu çəkilib getdi. Məzahir kimi cəsur bir insanla çiyin-çiyinə eyni səngərdə olduğu üçün bir az rahatlıq tapdı. Əliylə yaycılı cəsur əsgərin çiynini sıxdı və bütün qorxusunu gülüşləri ilə basdırıb ümidli baxışlarla ona baxdı.
Səngərin soyuğuna inad, iki gənc əsgərin o an paylaşdığı bu səmimiyyət barıt qoxulu havanı bir anlıq yumşaltdı. Amma müharibənin öz qanunları vardı. Məzahirin çiynini sıxan o dost əli bəlkə də gələcəkdə bu anı xatırlayan yeganə şahid olacaqdı.
1994-cü ilin yanvar ayı...
Məzahirin hərbi xidmət dövrü onu bir əsgərdən daha çox bir döyüşçü kimi yetişdirirdi. Kəndin daşlı kəsəkli yollarında qaçışan bu oğlan indi tankla tanımadığı, suyunu içmədiyi, yıxılıb- durmadığı yerləri qarış-qarış tanımağa başlamışdı. Həyatda qalmaq üçün düşdüyün mühitə öyrəşməlisən. O da elə edirdi. Cəbhəylə bağlı hər hansı yenilik onu narahat etmir, qorxutmurdu. Harada tank sürürdüsə, harada düşmən qarşısında sipər olurdusa, ora onun üçün doğma idi.
Füzuli, Qaraxanbəyli kəndi...
Artıq cəbhədə vəziyyət son həddə qədər gərgin idi. Təlimlərdə hər çətinliyə alışan, silahla davranmağın sirlərini mənimsəyən əsgərlər üçün indi əsl imtahan vaxtı gəlib çatmışdı. Komandanlığın əmri isə qəti idi: döyüş qabiliyyəti yüksək olan, hazırlıqlı əsgərlər dərhal Füzuli istiqamətinə göndərilməliydi. Füzuli o vaxtlar, sadəcə bir cəbhə xətti deyil, odun, alovun və ölümün bir addımlığı sayılırdı.
Məzahir də taleyin seçdiyi həmin insanlardan biri oldu. Cəmi 21 yaşı olsa da, o, nə oddan, nə də alovdan qorxurdu. Çünki onun zehnində və qəlbində elə bir ocaq qalanmışdı ki, bu döyüş onun üçün tarixin verəcəyi ilk və sonuncu fürsət idi.
Məzahir tanka qalxanda, kənarda duran əsgər yoldaşı narahatlıqla qışqırdı. Səsi top gurultularının və tank mühərrikinin nəriltisi arasında güclə eşidilirdi:
-Buraları tanımırsan, tanımadığın yerlərdə sənin tankda nə işin var? Düş aşağı!
Məzahir tankın boğuq səsini yaracaq qədər uca və qətiyyətli bir səslə cavab verdi:
-İndi bilinəcək nəyə qadirəm! Əgər bu dar məqamda bu tankı sürməyəcəmsə, əsgərlikdən qayıdanda hansı üzlə "mən tank sürmüşəm" deyə bilərəm?!
O, bu sözləri deyib tankın lyukunu bağladı. O an Məzahir üçün tanımadığı Füzuli düzü doğma Yaycı küçələrinə çevrildi.
Barıt qoxusu, tankların nəriltisi və mərmi uğultusu qışın sazağına qarışmışdı.
Füzulinin Mahmudlu qəsəbəsi və Qaraxanbəyli kəndi istiqamətində gedən amansız döyüşlər zamanı Məzahir yenə tankına eyni inamla mindi. O, dəmir atını birbaşa ölümün gözünə sürdü. Bu dəfə Məzahirin tankı barıt dumanının içində gözdən itdi. Duman nəinki tankı, hətta tankın səsini də boğmuşdu.
Qədər öz sözünü demişdi. Tarixə imzasını atan bu gəncin heç vaxt başdaşı olmayacaqdı. İnsanlar onun adını çəkəndə "rəhmətlik" kəlməsini dilinə gətirməyə belə tərəddüd edəcəkdilər. Çünki məzarı olmayan qəhrəmana "öldü" demək, ümidi tamamilə dəfn etmək qədər ağır idi.

Müəllif Nuray Rəşid

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Cəmiyyət

7-11-2025, 16:39

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Maraqlı

4-02-2026, 16:33

Yüksək postlarda çalışan azərbaycanlı qadın rəhbərlər - ƏTRAFLI

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Gündəm / Cəmiyyət

26-01-2024, 09:20

Daşaltı əməliyyatından 32 il ötür

Cəmiyyət

26-01-2026, 09:09

Daşaltı əməliyyatından 34 il ötür

Cəmiyyət

26-08-2023, 14:33

Pensiya yaşını keçmiş DEPUTATLAR - SİYAHI

Siyasət

2-10-2024, 10:44

“Bu məsələdə ikili standartlarla üzləşirik” - Prezidentin müraciəti

Cəmiyyət

30-08-2024, 10:23

Bu gün Beynəlxalq İtkinlər Günüdür

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
Dünən, 16:25
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
23-06-2026, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
23-06-2026, 16:31
Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı
17-06-2026, 09:28
Ağstafa su kanalında kişi batıb
14-06-2026, 12:00
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
Xəbər lenti
  • Dünən, 19:00
    Krasnodarda helikopter qəzaya uğrayıb
  • Dünən, 18:30
    İlham Əliyev Qalibafa: Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın
  • Dünən, 18:14
    Əli Əsədov Numan Kurtulmuşla görüşüb
  • Dünən, 18:04
    Azərbaycanlılar Tbilisi vağzalında qalıb - Qatar biletləri tapılmır, ADY cavab vermir...
  • Dünən, 17:42
    "Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb
  • Dünən, 17:28
    251 nömrəli məktəbdə "SON ZƏNG" adı ilə 100 min pul toplanıb? - Hər şagird 1800 manat...
  • Dünən, 17:07
    Kubada Venesuela variantına hazırlıq – "Azadlıq adası"nın "halına yanan gərək" - ŞƏRH
  • Dünən, 17:01
    “Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı
  • Dünən, 16:35
    Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb
  • Dünən, 16:25
    9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
  • Dünən, 16:10
    Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq
  • Dünən, 16:03
    Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
  • Dünən, 15:27
    Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək
  • Dünən, 15:11
    Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
  • Dünən, 14:56
    Pakistan XİN: ABŞ-İran texniki danışıqları gələn həftə bərpa olunacaq
  • Dünən, 13:23
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • Dünən, 13:11
    Sabah Bakıda və rayonlarda yağış yağacaq
  • Dünən, 13:02
    Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq
  • Dünən, 12:54
    İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
  • Dünən, 12:30
    Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək
  • Dünən, 12:21
    DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
  • Dünən, 11:53
    MM sədri: Azərbaycan İƏTPİ Konfransının hədəflərinin irəli aparılmasına tam sadiqdir
  • Dünən, 11:39
    "Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
  • Dünən, 11:20
    İlham Əliyev: Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir
  • Dünən, 11:01
    Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
  • Dünən, 10:23
    Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq
  • Dünən, 10:14
    AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
  • Dünən, 09:49
    Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb
  • Dünən, 09:41
    Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
  • Dünən, 09:20
    Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib
  • Dünən, 09:05
    Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
  • Dünən, 08:47
    Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
  • Dünən, 08:45
    Bakıda yalnız 3 istiqamətdə tıxac var
  • 23-06-2026, 19:25
    Sevda Abuzərli: “Bu səfər mənim üçün həm elmi, həm də peşəkar baxımdan olduqca faydalı təcrübə oldu”
  • 23-06-2026, 19:00
    Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə