Sizin reklam burada 728×90
Son dəqiqə

“Panda Baby” müştəriləri aldadır - Qiyməti uçuz yazıb, baha hesablayır

23.09.2026 09:01 97 1 dəq oxunur
“Panda Baby” müştəriləri aldadır - Qiyməti uçuz yazıb, baha hesablayır
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “Panda Baby” MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Buna səbəb “Panda Baby” MMC-nin qeyri-qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satması olub.
MMC Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 447.0.1. maddəsini pozub.

İnzibati Xətalar Məcəlləsinin 447.0.1. maddəsinə görə, fiziki şəxslər 350 manatdan 500 manatdək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək cərimə edilir.

Bizimesr.media
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az