Sizin reklam burada 728×90
Son dəqiqə

Tanınmış rektorun oğlu rəis müavini təyin edildi (FOTO)

20.08.2022 12:16 721 1 dəq oxunur
Tanınmış rektorun oğlu rəis müavini təyin edildi (FOTO)
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin rəis müavini təyin olunub.

bakunews.az Qaynarinfo-ya istinadən əldə etdiyi məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə bu vəzifəyə bir müddət əvvəl Abdullayev Mehdi Kamal oğlu layiq görülüb.

M.Abdullayev bu ilin aprel ayından Ədliyyə Nazirliyində çalışmağa başlayıb. O bir neçə il əvvəl də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq İdarəsində müstəntiq işləyib.
Qeyd edək ki, Mehdi Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğludur. M.Abdullayev bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müşaviri vəzifəsində çalışıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az