Sizin reklam burada 728×90
Son dəqiqə

Nazir onu müşavir təyin etdi (YENİ TƏYİNAT)

29.08.2022 13:31 700 1 dəq oxunur
Nazir onu müşavir təyin etdi (YENİ TƏYİNAT)
Müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevin əmri ilə polkovnik Arif Babayev nazirin müşaviri vəzifəsinə təyin edilib.

Bu təyinatadək Arif Babayev Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Mərkəzinin rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin ayrı-ayrı tarixli sərəncamlarına əsasən Arif Babayev "Vətən uğrunda”, "Hərbi xidmətlərə görə”, "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları ilə təltif olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin əmri ilə "Dövlət Təhlükəsizliyi Xidmətinin fəxri əməkdaşı” döş nişanı və "Qüsursuz xidmətə görə” I dərəcəli medalı ilə təltif edilib.//APA

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az