Sizin reklam burada 728×90
Son dəqiqə

Hüseynbala Mirələmovun restoranında ölüm

29.08.2022 18:14 977 1 dəq oxunur
Hüseynbala Mirələmovun restoranında ölüm
Bakıda istirahət mərkəzində ölüm hadisəsi baş verib.

bakunews.az qafqazinfo-ya istinadən xəbər verir ki, Səbail rayonu Şıx qəsəbəsi, Salyan yolunda yerləşən “Min bir gecə” istirahət mərkəzində 1976-cı il təvəllüdlü Renat Səttarov qəfil vəfat edib. Onun ürəyində yaranmış problem səbəbindən dünyasını dəyişdiyi bildirilib.

Vəfat edən şəxs uzun illər Rusiyada biznes fəaliyyəti ilə məşğul olub və 2 il əvvəl Bakıya köçüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisənin baş verdiyi “Min bir gecə” istirahət mərkəzi sabiq deputat Hüseynbala Mirələmova məxsusdur.

Qeyd edək ki, hadisə barədə ilk xəbəri lent.az yayıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az