Sizin reklam burada 728×90
Son dəqiqə

“Dalğa Beach”də DAVA: iraqlı tələbə döyüldü

06.08.2022 12:14 675 1 dəq oxunur
“Dalğa Beach”də DAVA: iraqlı tələbə döyüldü
Bakıda əcnəbi tələbə döyülüb.

bakunews.az-nun lent.az-a istinadən məlumatına görə, hadisə paytaxtda yerləşən “Dalga Beach” istirahət mərkəzində qeydə alınıb.

Azərbaycan Tibb Universitetinin tələbəsi, İraq vətəndaşı, 1995-ci il təvəllüdlü Hussein Kamil Gumar ilə Türkiyə vətəndaşı, 1977-ci il təvəllüdlü Fuad Böyük Limat arasında dava olub.

Dava zamanı Türkiyə vətəndaşı iraqlı tələbəni döyüb. İraqlı tələbə hadisə ilə bağlı polisə məlumat verib.

Daxil olan məlumat əsasında Xəzər rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az