Sizin reklam burada 728×90
Son dəqiqə

Bakıda yolda əlbəyaxa dava düşdü, qadını vurdular

18.07.2022 19:30 657 1 dəq oxunur
Bakıda yolda əlbəyaxa dava düşdü, qadını vurdular
Sosial şəbəkələrdə maşın yolunda dava görüntüləri yayılıb.

Görüntülərin Bakıda qeydə alındığı bildirilir.

Videoda biri qadın olmaqla iki nəfərin əlbəyaxa dava etdiyi görünür. İddia olunub ki, iki sürücünün avtomobili toqquşandan sonra onlar arasında gərginlik yaşanıb. Daha sonra təhqiramiz ifadə işlədiblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bakunews.az-ya report-a istinadən bildirib ki, yayılan görüntülərdəki hadisə nəzarətə götürülüb: "Hazırda araşdırma aparılır. Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az