"Malaysia Airlines" aviaşirkətinə məxsus London-Kuala-Lumpur reysini həyata keçirilən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi (ürəktutması) səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
bakunews.az milli.az-a istinaden xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.
Təyyarə yerli vaxtı ilə saat 06:25-də Bakı hava limanına eniş edib.
Sərnişinə tibbi yardım göstərilib və onun Bakıda tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib.
bakunews.az