Sizin reklam burada 728×90
Son dəqiqə

“Əvəz də belə getdi, növbədə mənəm...” – Sabiq deputat həbsinin ANONSUNU VERDİ

10.09.2022 19:26 601 1 dəq oxunur
“Əvəz də belə getdi, növbədə mənəm...” – Sabiq deputat həbsinin ANONSUNU VERDİ
Sabiq deputat Etibar Hüseynov jurnalist Əvəz Zeynallının saxlanılması barədə fikirlərini bölüşüb.

bakunews.az sfera.az-a istinadən bildirir ki, o, ölkədə ciddi proseslərin getdiyini vurğulayaraq fikirlərini bu cür ifadə edib:

“Dövlətinə, prezidentinə sədaqətli, həqiqətləri deyən hər kəsin müxtəlif adlarla "torbası tikilib" həbs edilir. Əvəz də belə getdi. Növbədə mənəm, bunu bilin. Özü də bunu kimlərin əli ilə edirlər? Harada bir satqın, ikiüzlü, yediyi qaba tüpürən varsa, onların..”.

Sabiq deputat həbs edilməyə hazır olduğunu əlavə edib: “Azadlıqda bu cür məxluqlarla eyni havanı udmaqdansa, elə "içəri"də oturmaq yaxşıdı”.


Qeyd edək ki, jurnalist Əvəz Zeynallının barəsində cinayət işi başlanılıb. "Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək", deyə Baş Prokurorluqdan məlumat verilib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az