Sizin reklam burada 728×90
Son dəqiqə

Mingəçevirdə hərbçi su anbarında boğuldu

13.07.2022 18:27 569 1 dəq oxunur
Mingəçevirdə hərbçi su anbarında boğuldu
Mingəçevir su anbarında çimən şəxs boğulub.

bakunews.az-nun “unikal”a istinadən məlumatına görə, hadisə Mingəçevir su anbarındakı çimərliklərdən birində baş verib. 1995-ci il təvəllüdlü Goranboy rayon sakini Bayramov Namizəd İsrayıl oğlu suda çimərkən boğularaq ölüb.

Meyit Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Dalğıc Axtarış qrupu tərəfindən sahilə çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Namizəd Bayramovun müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az