Sizin reklam burada 728×90
Son dəqiqə

Həlak olan hərbçi dəfn edildi

27.08.2022 14:16 677 1 dəq oxunur
Həlak olan hərbçi dəfn edildi
Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vahid Ərəblinskinin dəfn mərasimi keçirilib.

bakunews.az qaynarinfo-ya istinadən xəbər verir ki, o, Zaqatalanın Aşağı Tala kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, qəzada həlak olan müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu Zaqatalanın Aşağı Tala kəndindəndir, o, general Balakişi Ərəblinskinin nəticəsidir, subay idi.

Xatırladaq ki, Balakişi bəy Ərəblinski (1828-1902) Rusiya İmperator Ordusunun zabiti, general-leytenant olub.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az