Sizin reklam burada 728×90
Son dəqiqə

MN, DİN və Baş Prokurorluqdan hərbi qulluqçumuzun həlak olması ilə bağlı açıqlama

27.08.2022 13:19 1 365 1 dəq oxunur
MN, DİN və Baş Prokurorluqdan hərbi qulluqçumuzun həlak olması ilə bağlı açıqlama
Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlunun yol qəzasında ölümü ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən bakunews.az-ya qaynarinfo-ya istinadən bildirilib ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi "Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. Araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat Xidməti də hadisə ilə bağlı açıqlama verib. Bildirilib ki. Ərəblinski Vahid Maarif oğlunun baş vermiş yol qəzası nəticəsində ölməsi faktı ilə bağlı hazırda Gəncə Hərbi Hrokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi "Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.


Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az