Sizin reklam burada 728×90
Son dəqiqə

1 yaşlı uşaq yol qəzasında öldü

24.08.2022 15:37 652 1 dəq oxunur
1 yaşlı uşaq yol qəzasında öldü
Qobustan rayonunda yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə avqustun 23-də saat 13 radələrində Qobustan rayonunun Nərimankənd kəndi ərazisində baş verib.

Abşeron rayon sakini S.Tağıyev idarə etdiyi "Toyota" markalı avtomobili beton arakəsməyə vurub. Nəticədə hadisə zamanı avtomobildə olan 1 yaşlı Tuncay Quliyev xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.\\milli.az\

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az