Sizin reklam burada 728×90
Son dəqiqə

Meşə yanğınlarında olduğu kimi, zəlzələ zamanı da qardaşlarımızı tək buraxmadıq

23.02.2023 15:01 604 1 dəq oxunur
Meşə yanğınlarında olduğu kimi, zəlzələ zamanı da qardaşlarımızı tək buraxmadıq
Türkiyədə 2021-ci ilin iyul-avqust aylarında baş verən meşə yanğınlarında olduğu kimi, zəlzələ zamanı da qardaşlarımızı tək buraxmadıq, həm dövlət, həm də ictimaiyyət olaraq həm mənəvi, həm də maddi dəstək göstərdik.

"Qardaş Köməyi" platforması yaradıldı, dövlət qurumları ictimai birliklər, assosasiyaların Türkiyəyə yardımı üçün geniş şərait yaradıldı. Kasıb olsa da, ürəyi zəngin olan Sərvər Bəşirlinin Türkiyəyə etdiyi yardım, bəlkə də, gələcəkdə tarix dərsliklərinə düşəcək. Bu mənə bir hadisəni xatırlatdı.

Yadıma düşür, meşə yanğınları zamanı sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycanın göndərdiyi Amfibiya təyyarəsinin peşəkar pilotunun məharətlə yanğını necə söndürdüyünü əks etdirən videolar paylaşılırdı.

Meşə yanğınlarında tanımadığımız pilot, zəlzələ hadisələrində isə Sərvər qardaşlığımızın simvoluna çevrildi, birliyimizi bir daha dünyaya göstərdi. Allahdan zəlzələdə həlak olanlara rəhmət, yaralılara şəfa diləyirəm. Daima yanınzdayıq!

ƏBÜLFƏZ MƏMMƏDOV
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az