• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycan təbiəti, ölkəmizin təbiəti Leyla Xanım Əliyeva ilə hər zaman inkişaf edir, hər zaman çiçəklənir

Cəmiyyət

28-10-2023, 00:01

Ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həll edilməsi davamlı inkişaf üçün vacib amillərdən biridir. Azərbaycan Respublikası ekoloji sağlamlığın təmini, gələcək nəsillərə təmiz ekoloji mühitin ötürülməsi məqsədilə müvafiq addımlar atır. Azərbaycanın mövcud təbii-coğrafi şəraiti, zəngin təbii ehtiyatları ekoloji təhlükəsizliyinin daim diqqət mərkəzində olmasını tələb edir.Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası ilə əlaqədar bir sıra layihələr uğurla icra olunmuşdur.
2010-cu ildə bu məqsədlə “Ekologiya ili” elan olunmuş, bu il ərzində respublikada ekoloji durumun vəziyyəti, gənc nəslin maarifləndirilməsi istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirilmişdir. Cənubi Qafqazda Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzi ilk olaraq Azərbaycanda yaradılıb. O cümlədən, respublikamız Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən təmizlənməsi üzrə kompleks tədbirlər həyata keçirir.Son zamanlar ətraf-mühitin mühafizəsi istiqamətində IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyəti danılmazdır. Təşkilat 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün realizə üsullarını tapmaqdır. Burada diqqətçəkən məsələ ondan ibarətdir ki, hər bir layihə gənc nəslin təşəbbüsü, iştirakı və rəhbərliyi ilə gerçəkləşir.Təşkilatın missiyası gənclərin regional və beynəlxalq səviyyədə real və virtual cəmiyyətlərinin yaradılması, ətraf mühitin qorunması ilə bağlı açıq dialoqlar vasitəsilə həmin cəmiyyətin inkişaf etdirilməsi, yerlərdə ekoloji maarifləndirmə işlərini həyata keçirmək üçün bu cəmiyyətin hər bir üzvünün lider kimi yetişməsini təmin etməkdir.Qısa müddət ərzində təşkilat ölkə daxilində, həmçinin xaricdəki fəaliyyəti ilə uğurlara imza atır, həyata keçirdiyi müxtəlif layihələr və tədbirlərlə ekoloji şüurun formalaşmasına, ekoloji təhsilin artırılmasına xidmət edir. Belə ki, gənc ekoloqlar və adi tələbələr üçün ağacəkmə fəaliyyətləri, o cümlədən 5 qitə və 90 ölkədən 1200 iştirakçının qatıldığı “Yer Kürəsi uşaqların gözü ilə” uşaqlar üçün beynəlxalq fotomüsabiqə, “Hər kağızı bir yarpağa dəyişək” layihəsi 1-ci Azərbaycan Ətraf Mühit Forumu və digər müxtəlif layihələr birliyin əldə etdiyi nailiyyətlərdəndir.

Həmçinin, 2011-ci ildə Qəbələdə baş tutan konfrans və 2012-ci ildə UNEP-in əməkdaşlığı ilə reallaşdırılan “Yaşıl həftə” konfranslar silsiləsi kimi beynəlxalq mütəxəssislərin iştirak etdiyi çoxsaylı konfrans və görüşlər beynəlxalq əməkdaşlığın genişləndirilməsi, dünyanın müxtəlif ölkələrindən olan gənc ekoloqların şəbəkələşməsini təmin etmişdir.2015-ci il ildə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri adına layiq görülmüşdür. 2017-ci ilin oktyabrın 16-da Bakıda IDEA İctimai Birliyi, Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – FAO-nun birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib. Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayından başlayaraq “Meyvə ağaclarının əkilməsi” üzrə layihəyə start verilib. Layihə çərçivəsində bölgələrdə meyvə bağları salınaraq, aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin təmənnasız istifadəsinə verilir.Ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması məqsədilə "Bizim həyət" layihəsi də uğurla icra edilir.IDEA-nın təşəbbüsü ilə 2018-ci ilin aprel ayından başlayaraq "Yaşıllıqları bərpa edək" layihəsi çərçivəsində Abşeron və Bakı şəhərinin torpaq və iqlim şəraitinə uyğun ağacların əkilməsi planlaşdırılır.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 iyul 2011-ci ildə fəaliyyətə başlamışdır.Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaqdır.IDEA gənc nəsli müsbət və davamlı ekoloji dəyişiklik yaratmağa hazırlamaq naminə dialoq, fəaliyyət, liderlik və təhsil kimi başlıca prinsiplərə əsaslanır.IDEA ekoloji maariflənmə işini ailə, cəmiyyət və milli həyatın ən mühüm hissəsinə çevirmək üçün bütün fəaliyyətini gənclər üzərində qurmuşdur.

Leyla xanımın fəaliyyəti müxtəlif sahələri əhatə edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, eyni zamanda “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı və lideri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Rusiyanın Azərbaycan Gənclər Birliyinin (AMOR) sədri, eləcə də “Bakı” jurnalının təsisçisi və baş redaktorudur.

Leyla Əliyevanın gördüyü bütün işlər keyfiyyət və uğur nümunəsinə çevrilir. Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı və mühüm layihələrdən biri “Xocalıya ədalət” kampaniyası olub. Artıq doqquz ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada – Avropadan Amerikayadək – yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.

Leyla Əliyeva öz müraciətində demişdi:

“Bu cinayətlər xüsusi amansızlıqla törədildiyindən və insan ləyaqətinə ciddi zərbə vurduğundan, bəşəriyyət həmin gecənin xatirələrini yaddaşlarda saxlamaq, soyqırımı unutmamaq və qurbanların və sağ qalanların xatirəsini əziz tutmaq üçün mənəvi məsuliyyət daşıyır. Lakin yaddaşlarda saxlama və xatırlama kifayət deyil. Biz bu yaddaşlardan dərs çıxararaq cinayətkarları məsuliyyətə cəlb etməklə ədaləti bərpa etməli və bir daha kütləvi şəkildə bu amansız cinayətlərin törədilməməsi üçün zəruri tədbirlərin görülməsinə nail olmalıyıq”.

Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə verib və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaradıb.

Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara diqqət yetirir.

Leyla xanım öz ad gününü ənənəvi olaraq qayğı göstərdiyi və yorulmadan köməklik göstərdiyi uşaqların yanında keçirir. Leyla Əliyevanın geniş ictimai fəaliyyəti həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda hər kəsə yaxşı məlumdur. O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə yardım göstərir. Bundan başqa, Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir. Onun hər bir layihəsi qayğı və sevgi ilə, xeyirxahlıq arzusu ilə əhatə olunub və bu amillər bir çox insanı Leyla Əliyevanın və onun ideyaları ətrafında birləşdirir.

Leyla Əliyevanın Rusiyanın Azərbaycan Gənclər Birliyinin VII Forumunda qeyd etdiyi kimi, 8 il ərzində kifayət qədər böyük işlər görülüb. Leyla Əliyeva vurğulayıb:

“Bizim başlıca məqsədimiz Azərbaycanın qədim ənənələrini, zəngin mədəniyyətini və tarixini qoruyub saxlamaq, bütün xalqlara və dinlərə hörmət bəsləmək, qarşılıqlı yardım və qarşılıqlı dəstək, Rusiya cəmiyyətinə inteqrasiya və Azərbaycanı Rusiyada layiqincə təmsil etməkdir”.

Leyla Əliyevanın fəaliyyətinin daha bir uğurlu istiqaməti ekologiya və heyvanların müdafiəsi sahəsində işdir. Onun təşəbbüsü ilə yaradılmış IDEA İctimai Birliyi Azərbaycanın unikal təbiətinin mühafizəsinə, ümumilikdə ölkənin ekoloji vəziyyətinin yaxşılaşmasına mühüm töhfə verib.

Ötən ilin noyabrında isə Leyla Əliyeva IDEA Heyvanlara Qayğı Mərkəzinin açılış mərasimində iştirak edib. Əsası 2014-cü ildə qoyulmuş Mərkəz Bakı və ətraf ərazilərdə heyvanların müayinəsi və müalicəsi, eləcə də onların müvəqqəti saxlanması üçün nəzərdə tutulub. Bundan başqa, kompleks ərazisində pişik və itlər üçün yemlərin istehsalı üzrə fabrik tikilib. IDEA Azərbaycanın yaşıllaşdırılması üzrə də aktiv fəaliyyət göstərir. Təsis edildiyi gündən Birliyin dəstəyi ilə ölkədə 5 milyondan çox ağac əkilib.

Leyla Əliyeva, həmçinin sosial və ekoloji layihələri özündə birləşdirən “Məktəb bağları” layihəsinin təşəbbüskarıdır.

Layihənin birinci aksiyası zamanı Bakı məktəblərindən birinin həyətində Leyla Əliyevanın iştirakı ilə 100 ədəd badam, gavalı və nar ağacı əkilib. IDEA İctimai Birliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində Göyçay, Şəmkir, Hacıqabul, Quba, Masallı, Oğuz və Zaqatala rayonlarında, eləcə də Bakının Xəzər rayonunda orta məktəblərin həyətlərində meyvə ağaclarının salınması nəzərdə tutulur. IDEA və Leyla Əliyeva sayəsində ölkəmizin ekologiyası etibarlı müdafiə olunur.

Belə bir deyim var ki, istedadlı insan hər sahədə istedadlıdır. Bu mənada, Leyla Əliyevanın rəhbərlik etdiyi bütün layihələr onun fərdi liderlik keyfiyyətləri, məqsədyönlülüyü, iradəsi və zəhmətsevərliyi sayəsində uğur qazanır.

Göründüyü kimi, Heydər Əliyev Fondunun humanitar sahədə son dövrlərdə həyata keçirdiyi işlərin və əldə olunan uğurların, müsbət nəticələrin həcmi yüksək fəallıqdan xəbər verir. Fondun vitse-prezidenti Leyla Əliyevanın ölkədə və respublikadan kənarda gördüyü işlər, eləcə də, onun şəxsi nüfuzu beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinin formalaşmasına da böyük töhfədir. Əldə olunan bu uğurlar isə gələcəkdə daha böyük işlərin görüləcəyinə təminat verir.

Göründüyü kimi, Heydər Əliyev Fondunun humanitar sahədə son dövrlərdə həyata keçirdiyi işlərin və əldə olunan uğurların, müsbət nəticələrin həcmi yüksək fəallıqdan xəbər verir. Fondun vitse-prezidenti Leyla Əliyevanın ölkədə və respublikadan kənarda gördüyü işlər, eləcə də, onun şəxsi nüfuzu beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinin formalaşmasına da böyük töhfədir.Əldə olunan bu uğurlar isə gələcəkdə daha böyük işlərin görüləcəyinə təminat verir. Çünki Leyla xanım Əliyevanın əsas amalı xalqına və dövlətinə, o cümlədən, bəşəriyyətə, sülhə xidmət etməkdir.
Azərbaycan təbiəti, ölkəmizin təbiəti Leyla Xanım Əliyeva ilə hər zaman inkişaf edir, hər zaman çiçəklənir və hər zaman canlanır.
Mən Fərid Şərifov YAP-ın üzvü və İDEA İctimai Birliyin Üzvü və könüllüsü olaraq, həmçinin bir gənc olaraq bildirmək istəyirəm ki, sevimli Leyla Əliyeva təbiətimizə gül açan çiçəkdir.

Leyla Əliyeva çıxışlarında demişdir: Bizim missiyamız gənclərin regional və beynəlxalq səviyyədə real və virtual cəmiyyətlərinin yaradılması, ətraf mühitin qorunması ilə bağlı məlumatlar verən və praktik çağırışlar edən açıq dialoqlar vasitəsilə həmin cəmiyyətin inkişaf etdirilməsi, yerlərdə ekoloji maarifləndirmə işlərini həyata keçirmək üçün bu cəmiyyətin hər bir üzvünün lider kimi yetişməsini təmin etməkdir.Leyla xanım Əliyeva ilə ölkəmizin Azərbaycanın təbiəti hər zaman çiçəklənir və İnkişaf edir.Allah Qorusun Sizi İDEA İB-in Sədri, Heydər Əliyev Fondunun Vitse Prezidenti Leyla xanım Əliyeva.Hər zaman varolun.

Hörmətlə YAP üzvü, birinci xanım Mehriban Əliyevanın könüllüsü, İDEA İctimai Birliyin üzvü və könüllüsü, Nərgiz Fondun əməkdaşı, Nərgiz Jurnalının əməkdaşı Fərid Şərifov

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

5-06-2023, 22:15

“AzerGold” QSC və "Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə Daşkəsən rayonunda ekoloji tədbirlər həyata keçirilib - FOTO

Cəmiyyət

26-06-2023, 19:17

Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir

Gündəm / Cəmiyyət

8-12-2022, 11:55

Azərbaycan: “Yaşıl İnkişafa Doğru” hesabatının təqdimatı keçirilib

Cəmiyyət

23-07-2022, 17:50

Avtomobilləri köhnə olanlar - SİZƏ PUL VERİLƏCƏK

İqtisadiyyat

2-09-2022, 12:01

“Qırmızı Ürəklər”200 kiloqrama yaxın batareya topladı

Hadisə

16-08-2022, 15:52

Ermənilərin Laçın və Xocalıda törətdiyi yanğınlarla bağlı cinayət işi başlanılıb

Siyasət

15-08-2022, 20:42

ETSN ermənilərin Laçın və Xocalı meşələrini yandırmasını pisləyib

Bölgə

24-07-2023, 10:27

Oğuzda qanunsuz kömür quyuları aşkarlanıb

Gündəm / Siyasət

29-12-2022, 16:49

Eskişehirdəki soydaşlarımız Qarabağdakı ekoterrora son qoyulmasını tələb ediblər

Cəmiyyət

30-12-2022, 16:50

Manisadakı gənclərimiz Şuşa-Xankəndi yolundakı aksiyanı dəstəklədiklərini bəyan ediblər

İqtisadiyyat

13-08-2022, 22:07

“Qoca avtomobil”i gözləyən aqibət: Utilizasiya prosesi necə gedəcək?

Hadisə / Kriminal

4-09-2022, 19:43

Bakıda "Rahat" marketin qabağında şam ağacları kəsilməsi araşdırılıb

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 13:22
    “İyundan yanan transformator hələ də düzəlməyib” - Məktəbdə nə işıq var, nə su...
  • Bu gün, 12:58
    İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • Bu gün, 12:40
    “İdeal Kredit” və vəzifəli şəxsi ümumilikdə 56 min manat cərimələnib - TƏFƏRRÜAT
  • Bu gün, 12:31
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Bu gün, 12:26
    Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi -İTTİHAM VAR...
  • Bu gün, 12:00
    Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
  • Bu gün, 11:04
    Ceyhun Cəlilovdan ƏCAİB TƏDARÜK... - BU NƏDİ BELƏ?
  • Bu gün, 10:58
    Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
  • Bu gün, 10:52
    “Bakı 4 №-li Yol İstismarı” MMC-dən şikayət - “Pulumuzu verməyən adama Vüsal Nəsirli tərəfindən yüksək vəzifə verildi”
  • Bu gün, 10:41
    Azərbaycan XİN Malini təbrik edib
  • Bu gün, 10:34
    “Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı: Gözlənilməz hökm - TƏFƏRRÜAT
  • Bu gün, 10:15
    Azərbaycan neftinin qiyməti 117 dollardan aşağı düşüb
  • Bu gün, 09:36
    Tehrandan Vaşinqtona sərt mesaj
  • Bu gün, 08:47
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Dünən, 22:09
    Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı
  • Dünən, 21:57
    Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
  • Dünən, 19:40
    Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
  • Dünən, 19:24
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 19:15
    Ağstafada 490 minlik “abadlıq”: söküntü və qazıntı var, konkret ünvan isə göstərilmir
  • Dünən, 18:42
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • Dünən, 17:43
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • Dünən, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
  • Dünən, 14:32
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
  • Dünən, 13:50
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 13:34
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 13:23
    21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
  • Dünən, 13:15
    Məktəblər açıldı, təmir isə hələ bitmədi - uşaqlar məktəbə hansı yoldan gedir?
  • Dünən, 13:05
    Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
  • Dünən, 12:40
    Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
  • Dünən, 12:27
    Pensiyalar sabah tam ödəniləcək
  • Dünən, 12:22
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 11:53
    İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
  • Dünən, 11:37
    Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
  • Dünən, 11:18
    AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq
  • Dünən, 10:51
    Goranboy məktəbində acınacaqlı mənzərə - Zibillər yandırılır, ayaqyolu dağılıb - FOTO
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə