Sizin reklam burada 728×90
Son dəqiqə

Ermənistanda mülkilərlə hərbçilər arasında davada zabit öldü

12.12.2023 23:31 320 1 dəq oxunur
Ermənistanda mülkilərlə hərbçilər arasında davada zabit öldü
Ermənistanda Vazgen Sarkisyan adına Hərbi Universitetin yaxınlığında müdafiə nazirliyinin zabitləri ilə mülki şəxslər arasında baş verən bıçaqlanma nəticəsində zabit ölüb.

Bu barədə Ermənistanın yerli nediası məlumat yayıb.

Bildirilib ki, borcun qaytarılması tələbi ilə bağlı tərəflər arasında mübahisə düşüb. Qarşıdurmada 5-i hərbçi olmaqla, 8 nəfər iştirak edib. Söhbət zamanı borclu olan mülki şəxs hərbçilərin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra o, özü ilə gətirdiyi bıçaqla müdafiə nazirliyinin zabitləri - baş leytenantlar Gevorq Marqaryan və David Sayadyana ağır bədən xəsarətləri yetirib. Təcili yardım maşını onları tibb mərkəzinə çatdırıb. Sonuncunun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin uyğun maddələri üzrə cinayət işi başlanıb. Hadisənin baş vermə şəraiti tam aydınlaşdırılması üçün ilkin araşdırma aparılır. Nazirliyin mətbuat katibi Aram Torosyan hərbi qulluqçularla bağlı təfərrüatları açıqlamaq istəməyib.

Mənbə: hraparak.am
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az